Oxunmuş daş, həyəcan, dil-ağız bağlama duası - Abitüriyentlərin ilginc imtahan "silahları"
Tarix: 14-09-2020, 09:01 | Çap et
 Azərbaycanda imtahana gəlmiş abitüriyentin cibindən üzərində ərəb əlifbası ilə dua yazılmış daş çıxıb.
Dominant.az-a bu barədə illərdir ali məktəblərə qəbul imtahanlarında müşahidəçi kimi iştirak edən ekspert Elyar İslamoğlu deyib.
Elyar İslamoğlunun sözlərinə görə, müşahidəçi olduğu müddətdə buna bənzər hadisələrlə çox rastlaşıb: “Cəmiyyətin düşdüyü vəziyyət hər birimizi dərindən sarsıdır, o cümlədən də məni. Düşünürdüm ki, biz müasir dövrdə o qədər irəli getmişik ki, Sabirin, Cəlilin qoyduğu yerdən çox-çox irəlidəyik. Ancaq regionlarda keçirilən qəbul imtahanlarını izlədikcə gördüm ki, xeyir, biz elə Sabirin, Cəlilin qoyduğu yerdəyik, hətta bir qədər də geri addımlamışıq. Təsəvvür edirsiniz, abitüriyentin əlinin içinə dua yazırlar və qəbul imtahanına həmin dua ilə göndərirlər. Biz onların əllərini dezinfeksiya edəndə bəziləri imkan vermirdi ki, “əlimə dua yazılıb, silmək olmaz”. Onlara başa sala bilmirdim ki, onların sağlamlığı üçün bu addımı atırıq, əlləriniz dezinfeksiya olunmalıdır ki, imtahan binasına girə biləsiniz. İsrar etsələr belə, əllərini məcburən dezinfeksiya edirdik. Çoxu buna kədərlənirdi ki, “əlimin içindəki dua silindi””.
Müsahibimiz deyir ki, imtahana gələn abitüriyentlərdə, həmçinin həyəcan duası, müəllimin dil-ağzını bağlama duasına belə rast gəlib: “Keçən il bir abitüriyentin üzərində dua vardı, içində ərəb əlifbası ilə nələrsə, üzərində isə latın qrafikası ilə “müəllimin dil-ağzını bağlamaq üçün dua” sözləri yazılmışdı. Mən də ironiya ilə abitüriyentə dedim ki, imtahanın vaxtı 3 saatdı, bu duanı yazdıranda vaxtını 3 saatlıq edin, yoxsa ağzımızı bütün günü bağlayarsız, danışa bilmərik”.

Ekspert deyir ki, belə hallarla ən çox cənub rayonlarda, Şəmkir və Şəkidə rastlaşır, Bakı ətrafı kəndlərdən olan abitüriyentlərin üzərindən isə daha çox Mirmövsüm ağanın şəkli çıxır: “Böyük ehtimalla bunları abitüriyentlər özləri yox, onların valideynləri edir, etdirir. Valideynlər övladlarına elm-bilik vermək əvəzinə, təəssüf ki, molla, cadügər yanına getməyi üstün tuturlar. Təbii ki, rayonlarda belə fırıldaqçılar da geniş yayılıb. İnsanların saflığından, cahilliyindən, təhsilsizliyindən, savadsızlığından istifadə edirlər. Valideynlərdən külli miqdarda pul alaraq onları əmin edirlər ki, övladları imtahanda həyəcanlanmayacaq, yaxşı nəticə göstərəcək”.
Müsahibimiz cahil valideynlərə məsləhət də verib: “Yaxşı olardı, ki, valideyn imtahandan qorxan, həyəcanlanan övladını molla, cadügər yanına yox, həkimə, psixoloqa aparsın. Abituriyent ancaq psixoloq, həkim dəstəyi alaraq qorxusunu, həyəcanını yenə bilər. Yoxsa ki, caduyla, duayla qorxu-həyəcanı yenmək, imtahanda uğur qazanmaq mümkün deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58 |
|
|
|
• Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52 |
|
|
|
• "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48 |
|
|
|
• Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27 |
|
|
|
• "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22 |
|
|
|
• "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17 |
|
|
|
• İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14 |
|
|
|
• Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06 |
|
|
|
• Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
• Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46 |
|
|
|
• Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41 |
|
|
|
• Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37 |
|
|
|
• Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36 |
|
|
|
• "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49 |
|
|
|
• Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43 |
|
|
|
• Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06 |
|
|
|
• Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03 |
|
|
|
• Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55 |
|
|
|
• Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33 |
|
|
|
• “Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56 |
|
|
|
• "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52 |
|
|
|
• Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47 |
|
|
|
• AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42 |
|
|
|
• Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30 |
|
|
|
• Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18 |
|
|
|
• Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16 |
|
|
|
• Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11 |
|
|
|
• Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06 |
|
|
|
• "Qocalıqdan çox qorxuram"
Dünən, 10:00 |
|
|
|
• İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52 |
|
|
|
• Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49 |
|
|
|
• Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39 |
|
|
|
• II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34 |
|
|
|
• Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32 |
|
|
|
• İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30 |
|
|
|
• Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25 |
|
|
|
• İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19 |
|
|
|
• ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17 |
|
|
|
• Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16 |
|
|
|
• FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02 |
|
|
|
• İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59 |
|
|
|
• Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51 |
|
|
|
• Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44 |
|
|
|
• Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37 |
|
|
|
• `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21 |
|
|
|
• Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10 |
|
|
|
• Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04 |
|
|
|
|