Naxçıvanda koronavirus kompensasiyası özəl şirkətlərə verilir, həkimlərin isə maaşı kəsilir - NARAZILIQ...
Tarix: 24-07-2020, 11:59 | Çap et
 Naxçıvanda iş yerlərində indiyədək heç bir koronavirus məhdudiyyəti tətbiq olunmayıb. Bütün özəl və dövlət şirkətləri işləyib. Buna baxmayaraq, Azərbaycan hökumətinin koronavirus kompansasiyasi kimi ayırdığı ailə 190 manat özəl şirkətlərin bütün işçilərinə verilib. Ovqat.com-un Naxçıvandakı etibarlı mənbələrdən aldığı məlumatda belə deyilir. Məlumata görə, bu heç də o demək deyil ki, dövlət hesabına kompensasiya verilən işçilər koronavirusun keyfini çıxara biliblər. Əsla. Məsələ burasındadır ki, eyni ailədən neçə nəfərin olmasında fikir vermədən hər işçi üçün ödənən 190 manat kompensiya sonra onların maaşından çıxılıb. Yəni özəl şirkətlərin işçiləri əslində eyni maaşı alıblar. Sadəcə olaraq, onların maaşının bir qismi dövlət tərəfindən ödənilib. Koronavirus təhlükəsi ilə üz-üzə qalan səhiyyə işçiləri isə bu fürsətdən yararlana bilməyiblər. Onlara nəinki kompensasiya pulu verilməyib, əksinə maaşlarının da 10%-i kəsilib. Bu isə tibb işçiləri arasında ciddi narazılığa səbəb olub. Onlar bütün dünyada faktiki ölüm təhlükəsi ilə üz-üzə qalan, koronavirusla mübarizənin “ön cəbhəsində” yer alan tibb işçilərinin maaşı 300-400% artırıldığı halda, öz məvaciblərinin niyə 10% kəsilməsini anlamaqda çətinlik çəkirlər. Hansı səbəbdən koronavirus kompensasiyası özəl şirkətlərə verilir, amma dövlət məmurları öz halal haqlarından da məhrum edilirlər? Şikayətçilər iddia edirlər ki, tibb işçilərinin maaşları bu ilin fevral ayından o zamaki Maliyyə naziri Səbuhi Məmmədovun şifahi göstərişiylə kəsilib. Bundan bir ay sonra - mart ayının 23-də o, Naxçıvan MR Baş naziri təyin olunub. Tibb işçiləri hesab edirlər ki, Səbuhi Məmmədov onların maaşının Muxtar Respublika rəhbərliyinin gizli kassasına yönəltdiyi üçün Baş nazir təyin olunub. Yəni bir növ həkim və tibb bacılarının boğazından kəsilən “hörmət” hesabına Muxtar Respublikanın ali rəhbərliyini məmnun etdiyindən mükafatlandırılıb. Halbuki, Səbuhi Məmmədovun Naxçıvanda “xanlıq” rejiminə son qoymaq üçün paytaxt tərəfindən indiki vəzifəsinə gətirildiyi güman olunurdu. Maraqlıdır ki, Səbuhi müəllimin özü də yeni vəzifəsini təhvil aldığı gün etdiyi çıxışında bu ümidləri cücərdən fikirlər səsləndirmişdi. “Nuhçıxan”ın məlumatına görə, yeni Baş nazir həmin çıxışında “durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə” söz vermişdi. Bəzi müşahidəçilər onun bu çıxışının rəsmi Bakıya ünvanlandığını və yaxın günlərdə Muxtar Respublikaya nəzarəti tam əlinə alacağına eyham vurduğunu düşünürdülər. Üzərindən 4 ay keçməsinə rəğmən, bizim kimi sadəlövh naxçıvanlılar Səbuhi Məmmədovun əlinə qayçı alıb ənənəvi iməcliklərdə kimlərinsə arxasında növbəyə durub gözlədiyini görəndə təəccüblənmiş, bu gedişlə Naxçıvan MR Nazirlər Kabinetinin necə “durğunluq və ətalətdən azad olacağı” sualına cavab axtarmağa başlamışdıq. İndi Naxçıvandan aldığımız son məlumatlar isə onsuz da öləziməyə başlamış ümidləri tamamilə soldurur. Əmin olmaq istəyirik ki, Səbuhi Məmmədov Muxtar Respublikadan gələn bu şikayətləri obyektiv araşdıracaq və lazımi tədbirlər görəcək, beləliklə ona duyulan ümidləri yenidən dirçəldəcək. Onu da qeyd edək ki, Naxçıvanda çoxsayda holdinqlər fəaliyyət göstərsə də, onların ildə dövlət büdcəsinə ödədikləri vergilərin həcmi 80 milyon dolları keçmir. Muxtar Respublikanı ayaqda tutmaq üçün Azərbaycan hökuməti ildə hardasa 400 milyon manat dotasiya ayırır. İddialar əgər doğrudursa, belə çıxır ki, həmin dotasiyalar özəl şirkətlərin əvəzinə işçilərə maaş olaraq verilir. Bəs Naxçıvan iqtisadiyyatının inhisarçıları olan həmin holdinqlərin qazancı hara gedir? Zənnimizcə, bu sual Səbuhi Məmmədovdan çox, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovu düşündürməlidir. //ovqat.com//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir milyondan çox aliment borcu olan azərbaycanlı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:35 |
|
|
|
| • Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
Bu gün, 11:16 |
|
|
|
| • Prokuror “Arzum” ləqəbli tiktokerə cəza istədi
Bu gün, 11:05 |
|
|
|
| • Ukrayna azərbaycanlı milyarderin BAZARINI VURDU - FOTO
Bu gün, 11:00 |
|
|
|
| • Bakıda kişi arvadının əvvəllər dayə kimi işlədiyi evdən oğurluq etdi
Bu gün, 10:57 |
|
|
|
| • Paşinyan Bakıya müraciət etdi, Azərbaycandan qaz alırlar - “Hraparak”
Bu gün, 10:52 |
|
|
|
| • Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Bu gün, 10:47 |
|
|
|
| • Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Bu gün, 10:36 |
|
|
|
| • "Guya universitetin nüfuzuna xələl gətirmişəm" - NDU İŞİ...
Bu gün, 10:33 |
|
|
|
| • "Ramiz Mehdiyevin göstərişi ilə CİNAYƏTİ ört-basdır edirlər" - İTTİHAM VAR...
Bu gün, 10:28 |
|
|
|
| • "Güclü Ermənistan" blokunun nümayəndəsi Kazinyan həbs edilib - AÇIQLAMA
Bu gün, 10:12 |
|
|
|
| • “Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanın ən istedadsız rejissoru - Saffari yazır...
Bu gün, 10:09 |
|
|
|
| • Ermənilər çiyələyi Türkiyə adı ilə Rusiyaya göndərirmiş - "Hraparak"
Bu gün, 10:08 |
|
|
|
| • Kişi keçmiş arvadı ilə münasibəti olan şəxsin qardaşını döydü - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • “Həkimlər mənə 3-4 ay vaxt qoymuşdular, konsertimə gələn pərəstişkarlarım artıq nənədir” - Xalq artisti
Bu gün, 10:00 |
|
|
|
| • Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR
Bu gün, 09:55 |
|
|
|
| • Dünyanın ən qonaqpərvər ölkə və şəhərləri açıqlanıb - SİYAHI
Bu gün, 09:54 |
|
|
|
| • “Burma” QSC-nin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 09:53 |
|
|
|
| • Xocavənddə iş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
| • “Kontakt Home” satdığı telefonu da öz balansında saxlayır... - GİLEY
Bu gün, 09:39 |
|
|
|
| • Yeni TƏBİB şefinin qrup yoldaşı da meydan sulayır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:35 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLAYIBLAR... _ Bu nə xidmətdir?
Bu gün, 09:23 |
|
|
|
| • “Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” - yanan ATANIN HARAYI...
Bu gün, 09:13 |
|
|
|
| • Paşinyan YENİ dəhliz açır: Bakı üçün RİSK? - AKTUAL
Bu gün, 09:10 |
|
|
|
| • Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb - Reuters
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Bu gün, 07:54 |
|
|
|
| • "Mənzərə belədir, indi özünüz bilərsiniz..." - partiya sədri
Bu gün, 07:29 |
|
|
|
| • "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
| • Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu - Sahibi görün kimdir
Bu gün, 07:06 |
|
|
|
| • “Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib – Mallara həbs qoyuldu
Bu gün, 06:59 |
|
|
|
| • Bütün səlahiyyətlər sektor müdirinə verilib? - Murad Məmmədov kimdir?
Bu gün, 06:53 |
|
|
|
| • “RAHAT AUTO”-dan inanılmaz dələduzluq - Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Bu gün, 06:40 |
|
|
|
| • TTY sistemində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 06:31 |
|
|
|
| • "Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22 |
|
|
|
| • İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? - AKTUAL
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… – RƏSMİ
Bu gün, 06:16 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52 |
|
|
|
| • Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49 |
|
|
|
| • Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
| • "Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43 |
|
|
|
| • Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39 |
|
|
|
| • Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23 |
|
|
|
| • "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20 |
|
|
|
| • Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17 |
|
|
|
| • Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16 |
|
|
|
| • ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10 |
|
|
|
|