Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                     “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib .....                     İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                 

İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: - Məktəblər, xəstəxanalar, mənzillər qışda istiliksiz qalacaq?
Tarix: 19-07-2019, 18:23 | Çap et
İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal:
“Azəriqaz” İB son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a borcunu ödəmədiyini bildirib:

“Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb”.

Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 в„–-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən “qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.

Bildirək ki, “Azəristiliktəchizat” ASC-nin istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyi və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb.

Maraqlıdır, məsələ həll olunmasa, qışda isitliklə bağlı problem yarana bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov qış aylarına qədər “Azəristiliktəchizatı” ASC-nin məsələyə biganə qalmayacağını ümid etdiyini və “Azəriqaz”ın qış ayları üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib:

“Biz dünənki açıqlamamızda əslində faktı ortaya qoymuşduq. Bu, elə bir faktdır ki, işimizə həqiqətən də maneçilik törədir. “Azəriqaz” İstehsalat Birliyi zərərçəkən tərəfdir.

“Azəristiliktəchizat” ASC öz öhdəliklərini yerinə yetirməlidir. Bu tip hallarda biz əziyyət çəkməyə məcbur oluruq. Qazı aldığımız mənbəyə ödənişlərin hamısını etmişik, amma ondan sonra gələcəkdə qarşılaşdığımız bu tip problemlər nəticəsində qoyduğumuz vəsaiti götürə bilmirik. “Azəristiliktəchizat”dan gələcək pul bizim gəlirimizdir. O gəlirlə biz çox işlər görə bilərik. Ala bilmirik, amma alsaq, abonentlər əziyyət çəkməz. Bizi bəzən günahlandırırlar ki, təmir getmir, işinizi vaxtında görə bilmirsiniz. Bu gün əgər mövsümdən asılı olmayaraq hər hansı bir vaxtda abonent əziyyət çəkəcəksə, səbəbkar biz deyilik. Biz faktı ortaya qoyub, maneənin nə olduğunu göstərmişik. Abonentlərlə bağlı nə olacağını bilmirik”.

Borc ödənmədiyi təqdirdə qışda istilik problemi yaranması məsələsinə gəldikdə isə qurum təmsilçisi bunları deyib:

“Hələ qışa xeyli müddət var, “Azəriqaz” olaraq biz qışa hazırlıq prosesini həyata keçiririk. Sayğaclar, əvəzlənmələr, təmir-tikinti ilə bağlı biz mütəmadi olaraq məlumat yayırıq. Dünənki məlumatımızda da qeyd etmişdik ki, “Azəristiliktəchizat” qış mövsümündə dayandırmalara yol vermir. Amma vəziyyət gəlib elə bir həddə çatır ki, borc çoxalır. Ümid edirik ki, qarşı tərəf abonentin vəziyyətini düşünüb bir nəticə çıxarar, həmçinin “Azəriqaz”ın bu qədər borc qarşısında qaldığını da anlayıb bir tədbir görər”.

Maraqlıdır, ümumiyyətlə bu tip qurumlara kommunal xidmətlər hansı şərtlərlə dayandırıla bilir?

Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Natiq Cəfərli kommunal xidmətləri dayandırmağın mümkün olmayacağını, lakin bu cür borcların olmaması üçün özəlləşdirmənin tətbiqinin vacib olduğunu vurğulayıb:

“Bu, bir neçə dəfə təkrarlanan prosesdir, keçən il də, ondan öncəki il də eyni hadisənin şahidi olmuşduq. “Azəristiliktəchizat” ASC ödəniş edə bilmir. Səbəb kimi də əhalidən və dövlət orqanlarından yığılan vəsaitin azlığını göstərir. Çünki istiliklə bağlı elə bir vəziyyətdir ki, orada sayğaclaşma həyata keçirmək mümkün deyil. Ancaq fərdi qaydada adambaşına düşən istiliyin həcminə qədər hesablayıb ödəniş sisteminə keçiblər. Sayğac olmadıqda dəqiq istifadə qaydalarını da bilmək olmur. Ona görə də hər il eyni hal təkrarlanır. “Azəristiliktəchizat”ın da arqumenti ondan ibarətdir ki, əsas borclular dövlət orqanlarıdır. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, dövlət borcun ödənilməsini üzərinə götürəcək və bu da dövlət şirkətlərinin qeyri-effektiv işləməsinin əyani sübutudur. Bir çox ölkələrdə, hətta Rusiyada belə sistem çoxdan özəlləşdirilib və özəl şirkətlər tərəfindən idarə olunur. İstilik sistemi xilasedici sahə deyil ki, orada dövlətin nəzarəti mütləq olsun. Azərbaycanda isə hökumət bu addımı atmaq istəmir və “Azəristiliktəchizat” kimi dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf çalışdığından nə göstərdiyi xidmətin keyiyyəti qanedici olur, nə də yığım yüksək olur. Yığım iqtisadiyyatı çox vaxt aşağı olduğuna görə də bu tipli problemlər yaşanır. Əslində bu problemin qarşısını ancaq özəlləşdirmə ilə almaq olar. Əgər özəl şirkətlər bu işlə məşğul olsalar, birbaşa vətəndaş və ya hüquqi şəxslərlə müqavilələri olsa, həm xidmətin keyfiyyəti , həm yığımın səviyyəsinin artması üçün şərait yaranar. “İndi dövlətindirsə, heç kimindir” prinsipi işə düşür və əvvəl-axır bu borcların ödəyicisi yenə dövlət olur. Çox güman ki, dövlət büdcəsindən dotasiya ayrılacaq və onun hesabına borc ödəniləcək. Uzun illərdir eyni praktika davam edir. “Azəristiliktəchizat”ın xidmət göstərdiyi xəstəxanalar, dövlət müəssisələri var. Təbii ki, onlara istilik verilməsi dayandırıla bilməz. Bir də hazırda aktual deyil, istilik istehsalı 15 apreldən 15 noyabra qədər dayandırılıb. Kəssələr də, kəsməsələr də effekti olmayacaq. Növbəti istilik mövsümünə qədər çox güman ki, bu problemin dövlət büdcəsi hesabına həlli mümkün olacaq. Borcluların əksəriyyəti dövlət idarələridir və onların istiliyini kəsmək çətin ki, mümkün olsun”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Bu gün, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Bu gün, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
Deputatın partiyası da qurultaya gedir
Bu gün, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Bu gün, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Bu gün, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Bu gün, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:37
"Bu, tamam başqa bir hissdir"
Bu gün, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Bu gün, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Bu gün, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Bu gün, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Bu gün, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Bu gün, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Bu gün, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Bu gün, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Bu gün, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru