Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... .....                     Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur .....                     Ermənistan-İran əməkdaşlığı müzakirə olunub .....                     "“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" .....                     İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir .....                     Ermənistandan sərt bəyanat: .....                     Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib .....                     “Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” .....                     Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək .....                     Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri .....                     Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! .....                     Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı .....                     Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU .....                     “Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” .....                     Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... .....                     Onlar da YOL ÜSTÜNDƏDİR... .....                     Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... .....                     “Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi .....                     “Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” .....                     İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər .....                     Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR .....                     74-cü maddənin C BƏNDİ... .....                     Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... .....                     Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? .....                     Paşinyanın altından bir stul çəkilməlidir .....                     Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi .....                     İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? .....                     "Jurnalistlərin binası"nda qaz problemi yaranıb .....                     Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR .....                     Burda lisenziyasız “həkimlər” at oynadır .....                     Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB .....                     “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var .....                     Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                     Limonun ədədi 1,50 oldu... .....                     Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır .....                     Azərbaycan İranın düşməni deyil .....                     Ukraynanın Avropa yolundakı Orban əngəli .....                     SOCAR-da QAYÇILAMA davam edir .....                 

Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür? - ARAŞDIRMA
Tarix: 24-12-2016, 10:39 | Çap et
Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür?
Dekabrın 9 -da, saat 5:00 radələrində Ələt-Astara magistralının rayonun Qumbaşı kəndi ərazisindən keçən hissəsində dəhşətli yol qəzası olub. Lənkəran şəhər sakini Mirhüseyn Mirəziz oğlu Ocaqovun idarə etdiyi “Opel-Astra” idarəetməni itirərək, yolun sağ tərəfində dayanmış “Qazel” ilə toqquşub. Daha sonra yolda hərəkətdə olan digər “Ford” markalı minik avtomobili qəzaya uğramış “Opel-Astra”ya çırpılıb.

“Opel-Astra”nın müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişini, Lənkəran şəhər sakini, 32 yaşlı Anar Telman oğlu Rəhmanov və sürücüsü Mirhüseyn Ocaqov avtomobildən çıxarılaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin Anar Rəhmanov yarı yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mirhüseyn Ocaqovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Bu hadisə ilə bağlı AzVision.az -a qəribə məlumatlar daxil olub. Bildirilir ki, qəza zamanı həyatını itirən mərhum Anar Rəhmanov Lənkəranda çox tanınmış, nüfuzlu bir gənc olub. O, bir neçə il həbsxanada məhkum həyatı yaşayıb. Bir müddət öncə isə azalığına qovuşub. O da bildirilir ki, mərhum Anar Rəhmanov bir neçə ay öncə İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) yaxın “adamı” olub.

“Son vaxtlar Lənkəranda qəribə hadisələr baş verir. Lənkəranskinin yaxın adamları bir-bir yoxa çıxır, həbs olunur, bəziləri isə qəribə formada ölür. Bəlkə də Lənkəranskinin yaxın ətrafına qarşı kimlərsə əməliyyat keçirir. Anar Rəhmanov da tanınmış, hörməti olan bir gənc idi. Ona “Krıtı Anar” deyirdilər. Onu hər kəs Rövşənin yaxın adamı kimi tanıyırdı. O, təxminən 7-8 il həbdsə yatıb. Bu ilin iyun ayında isə azadlığa buraxılmışdı. Kriminal aləmdə də hörməti vardı. Onun ölümü çox müəmmalı şəkildə baş verdi. Bəlkə də bu, Rövşənin adamlarına qarşı hazırlanmış bir hadisədir”.

Mərhum Anar Rəhmanovun yas məclisində də hadisə ilə bağlı qəribə fikirlər səsləndirilib. Bildirilir ki, A.Rəhimovun olduğu “Opel-Astra”nın sürücüsü hadisədən sonra yoxa çıxıb: “Televiziyada sürücü Mirhüseyn Ocaqovun da ağır vəziyyətdə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirildiyi qeyd olunur. Halbuki, o, xəstəxanaya aparılmayıb. Hazırda heç kəs sürücünün yerini bilmir”.

Deyildiyinə görə, “Krıtı” Anarın üstündə olan pul, telefonları və bəzi əşyaları yoxa çıxıb. Onu da Rövşənin məzarının yaxınlığında, Kiçik Bazar qəbirstanlığına dəfn ediblər. Dəfndən bir neçə saat sonra qəbrstanlığa yad, əvvələr heç kəsin görmədiyi insanlar gəlib, ziyarət edib, gediblər. Onların “oğru aləmi”nin nümayəndələri olduğu söylənilir.

Lənkəran Şəhər Mərkəzi Xəstəxanasından AzVision.az -a hadisənin baş verdiyini təsdiqləyiblər: “Anar Rəhmanov xəstəxanaya gətirilən zaman artıq keçinmişdi. Morqa göndərdik. Həmin tarixidə xəstəxanamıza, qəbul şöbəsinə və yaxud reanimasiyaya heç kəs gətirilməyib”.

Lənkaran şəhər hüquq-mühafizə orqanları isə AzVision.az -a yalnız qəza faktını təsdiqləməklə kifayətləndilər.

Amma məsələ təkcə bununla bitmir. Dekabrın 21-də axşam saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən keçən hissəsində dəhşətli qətl hadisəsi törədilib. Lənkəran rayon sakini, 23 yaşlı Murad Əfqan oğlu Quluzadə 37 yaşlı Rusiya Federasiyası vətəndaşı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü avtomobilə avtomatla 10 dəfədən çox atəş açıb. Fariz İsmayılov hadisə yerindəcə keçinib. Hadisədən sonra M.Quluzadə könüllü şəkildə Lənkəran polis şöbəsinə gələrək, təslim olub və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı, 7 ədəd gülləni təhvil verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz də aşkar edilərək, götürülüb.

Daha sonra məlum olub ki, qətlə yetirilmiş Fariz İsmayılov lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu ilin iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək, qətlə yetirilib.

23 dekabrda gecə saat 3 radələrində isə Hollandiyada yerləşən “Staay Food Group Holding” topdansatış tərəvəz bazarında insident baş verib. Silahlı naməlum şəxslər topdansatış meyvə bazasına hücum ediblər. Sözügedən tərəvəz bazasına çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov nəzarət edir. Onun Türkiyədə qətlə yetirilən ən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olduğu bildirilir. Lənkəranskinin ölümündən sonra ona məxsus bəzi obyeklərə rəhbərlik edir.

Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri yaralanıb. Silahlı şəxslər də xəsarət alıblar. Hadisə yerinə gələn Amsterdam polisi "kriminal avtoritet"ə silahlı hücum edən iki nəfəri saxlayıb. Onların 30-35 yaşlarında olan azərbaycanlı və çeçen olduqları bildirilir.

Bu ilin oktyabr ayının ikinci həftəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Muradovda “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkarlanaraq, götürülmüşdü. Mediada Seyfəddin Muradov Lənkəranın “palajeniyasına baxan şəxs” kimi təqdim edilib. Onun da Rövşən Lənkəranskinin (Canıyev) yaxın adamı olduğu bildirilir.

Daha bir həbs xəbəri isə ölkə xaricindən - yəni Rusiyanın Tula şəhərindən gəlib. Belə ki, şəhər polisinin keçirdiyi əməliyyat zamanı 2 “qanuni oğru” saxlanılıb. Saxlanılan şəxslər Lyoşa Tulski və Roman Barindir. Onlar da Rövşən Lənkəranskiyə yaxın şəxslər kimi tanınıblar. L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına nəzarətçi (“smotryaşiy”) təyin edilibmiş. Onların üzərində 2 ədəd tapança və narkotik vasitə aşkar edilib.

Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlı isə bir neçə ay öncə Türkiyədə həbs edilib. Rövşən Canıyevin “sağ əli” sayılan Hacı Beyləqanski Lənkəranskinin qətlində şübhəli bilinərək, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir müddət öncə isə azadlığa buraxılıb.

“Rosbalt” agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə isə, Rövşən Lənkəranskinin öldürülməsində məqsəd Moskvada güllələnən “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq olub. Mənbənin məlumatına görə, Rövşən Canıyev İstanbulda öldürüldükdən sonra Rusiya xəfiyyələri qətlin yaxından araşdırılmasına başlayıblar. Məlum olub ki, “göyərti kralı”nın öldürülməsinə iki killer cəlb olunub və həmin şəxslər Lənkaranskinin klanının üzvü olublar.

Bundan başqa, gizli agentlər onu da aydınlaşdırıblar ki, “göyərti kralı” Canpoladın öldürüləməsini Lənkəranski şəxsən tapşırıbmış. Canpolad Şamiloğlu qətlə yetirildikdən sonra onun qohumları və tərəfdarları Rövşən Lənkəranskiyə qarşı “qan intiqamını” elan edərək, barəsində ölüm hökmü çıxarıblar. Hökmün icrası deyəsən, hələ də davam edir.
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37
Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33
Ermənistan-İran əməkdaşlığı müzakirə olunub
Bu gün, 10:29
"“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" - Müşfiq Ələsgərli
Bu gün, 10:27
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir
Bu gün, 10:26
Ermənistandan sərt bəyanat: - Biz Putini təhqir etsək, necə olacaq?
Bu gün, 10:24
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib
Bu gün, 10:22
“Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” - NƏ BAŞ VERİR?
Bu gün, 10:20
Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək
Bu gün, 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək
Bu gün, 10:15
Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! - ÇÜNKİ...
Bu gün, 10:11
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – "Sonra da deyirik bizi niyə sevmirlər?"
Bu gün, 09:51
Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU - Aralarında tatar da var
Bu gün, 09:49
“Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” - ÇAĞIRIŞ
Bu gün, 09:45
Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
Bu gün, 09:33
Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27
Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 09:23
“Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 09:15
“Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” - deputat
Bu gün, 09:14
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 09:12
Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR - aidiyyatı qurumlar isə...
Bu gün, 09:06
74-cü maddənin C BƏNDİ... - Ekspertdən ŞƏRH
Bu gün, 09:00
Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... - ÇÜNKİ...
Bu gün, 08:55
Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? - Heç olmasa... BU DƏFƏ!
Bu gün, 08:53
Paşinyanın altından bir stul çəkilməlidir - amma hansı?
Bu gün, 08:48
Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35
Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32
Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23
“Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru