Bu gün Formula 1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür
Tarix: 28-04-2016, 17:51 | Çap et
 DİA.AZ: - Bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür.
DİA.AZ xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib:“Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır. Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”. Formula 1-in ən yeni şəhər treki özündə tarixiliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsünkar gözəlliyə sahib Dənizkənar Parkın trekin ətrafında yerləşməsi Bakını Formula 1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir. Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir: “Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir. Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək. Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək.” Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar. 17-19 iyun tarixlərində Bakıda pilot və azarkeşləri nələrin gözlədiyinə şahid olmaq istəyirsinizsə, Bakı və Formula 1-in ən yeni şəhər treki haqqında hazırlanmış video-materialı bu keçiddən izləyə bilərsiniz: www.bakucitycircuit.com/az/media/video 2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlər satışdadır! Bu möhtəşəm şəhərin mərkəzi küçələrində dünyanın ən məşhur Formula 1 pilotlarının amansız rəqabətinə 7 həftənin qaldığı bir ərəfədə əməliyyat şirkəti bütün Formula 1 azarkeşlərinə qısa müraciət ünvanlamaq istəyir: Siz burada yarışdan artığına şahid olacaqsınız. Odur ki, indi var ikən bilet almağa tələsin! 2016-cı il Formula 1 Avropa Qran Prisinə bilet almaq və yarış ərəfəsində Bakıya səfərinizi indidən planlaşdırmaq istəyirsinizsə, bununla bağlı lazımi məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com Bundan başqa, bilet almaq üçün Bakının qabaqcıl alış-veriş mərkəzlərində və şəhər əhalisinin sıx olduğu məkanlarda istifadəyə verilmiş bilet satışı məntəqələrinə yaxınlaşa bilərsiniz. Park Bulvar, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, Formula 1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yerləşən bu məntəqələr yarışadək həftənin hər günü fəaliyyət göstərəcək. Media nümayəndələri üçün əlaqə vasitələri Daha ətraflı məlumat üçün bu email vasitəsilə əlaqə saxlayın: press@synergy.az Bakı Şəhər Halqasını Sosial Mediada izləyin Siz Bakı Şəhər Halqasını sosial media platformalarında izləməklə 2016-cı il Formula 1 Avropa Qran Prisi haqqında ətraflı məlumat və yeniliklərdən xəbərdar ola bilərsiniz: www.twitter.com/BakuCityCircuit www.facebook.com/BakuCityCircuit www.instagram.com/BakuCityCircuit

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37 |
|
|
|
| • Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32 |
|
|
|
| • Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27 |
|
|
|
| • Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24 |
|
|
|
| • Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20 |
|
|
|
| • NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17 |
|
|
|
| • Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14 |
|
|
|
| • ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12 |
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02 |
|
|
|
|