"Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                 

“HƏR İKİSİ MƏNİM ÖVLADIMDIR”
Tarix: 16-07-2012, 15:31 | Çap et
“HƏR İKİSİ MƏNİM ÖVLADIMDIR”

“HƏR İKİSİNİN MƏSULİYYƏTİ, ÇƏKİSİ EYNİDİR”

Həyat bir musiqidir. İnsan dünyaya ağlayaraq göz açır. Lay-lay ilə böyüyür. Sonra hərə öz taleyinə yazılmış fərqli ritmli melodiyaları ifa etməli olur. Kimisi ritmik, dinamik həyat sürür, kiminin həyatı hərbi marş dəqiqliyi ilə ölçülüb biçilir, kimi keşməkeşli ömür yolunu improvizasiyalarla dolu olan caz notları ilə davam etdirir, bir başqaları isə minor və ya major əhval-ruhiyə ilə yaşayır. Sonda bu musiqi hər kəsi ağladır.

Çox şükür ki, insan ömrü yeknəsəq deyil, onun müxtəlif mərhələlərində fərqli musiqilər səslənir. Məhz buna görə də biz insanlar həyatdan zövq almaqda davam edirik.

Bugünkü qonağım musiqiləri və şeirləri ilə bizlərə zövq verən Xanım İsmayılqızıdır.

- Xanım İsmayılqızının təqdimata ehtiyacı varmı?

- Bəli, təqdimata ehtiyac var. Şairə-bəstəkar Xanım İsmayılqızı.

- Necə oldu ki, birdən-birə bu cür tanınmağa başladınız?

- Yəqin ki, şansım gətirdi. Amma bu, birdən-birə olmadı. Tanınana qədər uzun bir yol var idi və mən o yolun çətinliyini dada-dada, keçə-keçə çox çətinliklərdən sonra dinləyicilərim və tamaşaçılarımla görüşə bildim. Təbii ki, mahnılarım və şeirlərimlə. Kənardan bu, bəlkə də birdən-birə kimi görünə bilər.

- Bəstəkarlıqda son zamanlar peşəkarlıq və qeyri-peşəkarlıq söhbəti gedir. Siz necə, bunun fərqinə varırsınızmı?

- Mən bu suala çox cavab vermişəm. Təkrarçılıq olsa da, bir də deyəcəyəm: “Mənim üçün mahnı faktoru var. Mahnı, şeir keyfiyyətlidirsə, səviyyəlidirsə, məzmunludursa, mənalıdırsa, kimin yazdığının fərqinə varmıram. İstər peşəkar olsun, istərsə də qeyri-peşəkar, əsas məsələ odur ki, zövqlərə xələl gətirəcək mahnılar yazılmasın. Ümumiyyətlə, bu həyatda hər bir şeyin öz məsuliyyəti var. Özünün, sözünün, əməllərinin, həyatının, yaradanların və yaratdıqlarının məsuliyyətini anlayan insan məsuliyyətsiz ola bilməz. O ki qaldı mənim yaradıcılığıma, həm şeirlərimin, həm də mahnılarımın altında mənim imzam yazılır, hər ikisi mənim övladımdır. Odur ki, hər ikisinin məsuliyyəti, çəkisi eynidir.

- Neçə ildir bu sənətdəsiniz?

- Artıq 20 ildir ki, mahnılarım səslənir və sevilir. Amma 26 ildir yazıram.

- Hansı müğənnilərlə çalışırsınız?

- Adlarını sadalasam, çox böyük bir siyahı alınar. Odur ki, qısaca deyim ki, sənət aləminin 80 faizi ilə işləmişəm və işləyirəm.

- Hansı müğənnilərlə çalışmaq sizə rahatdır?

- Ümumiyyətlə, yaradıcılıqda rahat alınan heç bir şey olmur. Əslində elə yazdıqlarım çətinliklərdən doğub və onların araya-ərsəyə gəlməsi də asanlıqla başa gəlməyib.

- Həyatdan küsdüyünüz anlar olubmu?

- Həyatdan küsdüyüm anlar da olub, bezdiyim anlar da olub, təbii ki.

- Neçə-neçə nəğmələrin müəllifi olan Xanım müəllimə hansı nəğməsini ürəyinin nəğməsi adlandırır?

- Hamısını. Mahnılarımın, şeirlərimin hər biri mənim həyatımın hansısa dönəmində yaşadığım kədərin, sevincin qığılcımlarıdır. O qığılcımlar da mənim ürəyimdən qopur.

- İndi hansı nəğmənizi bizə zümzümə etmək istərdiniz?

- Hal-hazırda heç birini. Çünki zümzümə etmək əhvalında deyiləm.

- Ailənizdə sizin yaradıcılığınızı dəstəkləyirlərmi?

- Ümumiyyətlə, yaradıcı insan və ailə – bu, çox çətindir. Ailənin öz ağırlıqları, çətinlikləri var. Yaradıcılığın da həmçinin. Dəstəkləmək deyəndə ki, mənə yaradıcılığımda indiyə qədər mane olmayıblarsa, bu elə dəstəkləmək deməkdir.

- Bir çox həmkarınız şəxsi həyatını qabartmağı sevmir. Sizin necə, bu tip suallara qarşı kompleksiniz var?

- Bir həyatın ki adı şəxsi həyatdır, o, niyə qabardılmalı, gündəmə gəlməlidir? Bu mövqedə olanlara hörmətim xüsusidir.

- Ailədə yolunuzu davam etdirən oldumu?

- Xeyr, ailədə bu sahənin adamı yoxdur. Övladlarım musiqi təhsili alıb, amma onlar başqa peşənin sahibidirlər.

- Bugünkü ünsiyyətimizdən necə, razı qaldınızmı?

- Baxmayaraq ki, mən sənətə gələndən bu günə kimi dönə-dönə eyni suallara cavab verirəm, razı qalmamağa səbəb yoxdur. Anlayıram ki, yeni gənc nəsil gəlir və sizlər bizi yenidən onlara təqdim edirsiniz. Buna, bu müsahibəyə gənc nəsillə yenidən tanışlıq kimi qiymət verirəm. Bu tanışlığa görə sizə minnətdaram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru