Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                 

“ALLAH ELƏMƏSIN Kİ, ELƏ BİR DOSTUM OLSUN”
Tarix: 22-06-2012, 12:47 | Çap et
“ALLAH ELƏMƏSIN Kİ, ELƏ BİR DOSTUM OLSUN”

İLQAR MURADOV PİRATLARDAN NARAZIDIR

Yaşından asılı olmayaraq, hər bir insanın daxilində bir körpə yaşayır. O məsum körpə nəvazişlə, xoş sözlərlə bəslənir, nağıllara inanır. Odur ki, gəlin bu dünyanı nağıl bilək və həmin nağılın qəhrəmanına çevrilək. Axı qəhrəmanlar olmasa, nağıllar qorxulu yuxulara dönər. O yuxulara ki, insanı qəflətdə yatırdır. Bu zaman nə xoşbəxt sonluq olur, nə də göydən üç alma düşür.

“Biri var idi, biri yox idi” deməyəcəm. Çünki bu dəfə hər ikisi var idi – həm mən, həm də bu dünyanı nağıl görmək istəyən İlqar Muradov...

- Özünüz haqda məlumat verərdiniz?

- 1957-ci ildə Naxçıvanda anadan olmuşam. Orta məktəbi də, universiteti də Naxçıvanda bitirmişəm. Musiqi təhsilim ortadır. Üç oğlum, iki nəvəm var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- İlk dəfə 1981-ci ildə rəhmətlik Rafiq Babayev məni Bakıya dəvət edib. Uşaqlıqdan musiqiyə marağım olub. Rafiq Babayev məni Naxçıvanda Dövlət konsertində görüb. Mən Naxçıvanda gənclərin arasında yetərincə tanınırdım. Bütün tədbirlərdə mən ifa edirdim. Rafiq müəllimin dəvəti ilə Bakıya gəldim. Bakıya gələndən sonra səsimi öz studiyasında lentə yazdırdı. Allahımdan çox razıyam. Məni xalqım sevdi.

- Görəsən, şou-biznesin qanunlarını kim yazır?

- Qanunlar var şou-biznesdə. Amma mən qəbul etmirəm. Səmimi deyim ki, özümü şou-biznesdə görmürəm. Hətta hiss etmirəm.

- Bəs qalmaqal nə deməkdir sizin üçün?

- Mənim fikrimcə, paxıllıq hissidir. Heç vaxt özümü qalmaqalda görməmişəm. Ola bilər ki, kimlərsə paxıllığımı çəkiblər. Görəndə də özüm zəng edib, başa salmışam.

- Bu sənət sizə nə verdi?

- Şükürlər olsun Allahıma! Hər şey verdi. Ən əsası, xoşbəxtçilik verdi. Məni milyonlarla xalqıma tanıtdırdı, sevdirdi. Bu həyatda böyük məhəbbətlə yaşayıram.

- Bəs bu sənətə nələri qurban verdiniz?

- Heç nə qurban vermədim. Bir sözlə, bu həyatda yaşamaq çox gözəldir.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Hamı bilir ki, mən toylara ansamblla getmirəm. Tanımadığım toylara ümumiyyətlə getmirəm. Hansısa məclis olanda qabaqcadan maraqlanıb, sonra iştirak edirəm. Yalnız dost-tanışın məclislərində iştirak edirəm. Elə olur ki, tanışların vasitəsilə hansısa məclis olursa, məcbur olub qiymət deyirəm. O da baxır adamına.

- İlqar müəllim, niyə prodüseriniz yoxdur?

- İstəməmişəm heç vaxt prodüserim olsun. Artıq on beş-iyirmi ildir tanınıram. Həmişə də telefona özüm cavab vermişəm. Axı mən hər toylara getmirəm ki, mənə prodüser lazım olsun. Lazım olanda bütün işlərimi özüm danışıram. Bundan sonra da düşünmürəm ki, prodüserim olsun.

- İstərdim səmimi olasınız. Əli Mirəliyevlə münasibətiniz necədir? Barışdınızmı?

- Allah şahiddir ki, “Gün keçir” verilişində söz-söhbətimiz oldu. Ondan sonra ona zəng etmədim. Çünki, o, cılız məxluqdur.

- Bəs ola bilər ki, Əli Mirəliyev sizə dostluq əlini uzatsın?

- Allah eləməsin ki, elə bir insanla mənim dostluğum olsun. O səhifəni bağlamışam. Artıq istəmirəm onun adını eşidəm. Heç vaxt ola bilməz. Çünki qəlbim birindən qırıldı, qurtardım o insanla. Bu yaxınlarda mənə çatdırıblar ki, Əli hara gedirsə, məni sevənlər ondan əl çəkmirlər. Deyirlər, İlqar Muradovla sənin nə konfliktin ola bilər?! Efirə də çıxıb deyir ki, İlqarın pərəstişkarları mənə zəng edirlər, qarşımı kəsirlər, məndən əl çəkmirlər. İnanın, and olsun Allaha, bilmirəm kimlərdir onun qarşısını kəsənlər, zəng edənlər. Mən həmişə deyirəm, kimsə mənə ilişərsə, onu oturtmağa gücüm də var, qüvvəm də var. Bu söhbət bağlandı.

- İlqar müəllim, ola bilərmi Əli Mirəliyev hansısa düşməniniz tərəfindən sizə qarşı öyrədilmiş olsun?

- Mənim heç kimlə düşmənçiliyim yoxdur. Yəqin hamısı paxıllıqdan irəli gəlir. Bilmirəm, günah yuya bilmərəm, bəlkə öyrədirlər, öyrətmirlər. Sadəcə, bu Əli adamını tanımır. Kimə ilişmək olar, bilmir. O vaxt da gərək ona cavab verməyəydim. Evdə idim, yuxudan bacım oyatdı, gördüm evdəkilər də əsəbiləşib ki, bu, nə istəyir səndən? Çox əsəbiləşdim, məcbur olub “Gün keçir” verilişinə qoşuldum. Axı sən kimsən, mənim oxu tərzimdə səhv tutursan?! Şəxsən mən elə bir insanla heç vaxt efirə çıxmaram. Məni sənətkarlardan, Azərbaycan xalqından soruşmaq lazımdır. Mən şəxsiyyətimə hörmət qoyan insanam.

- Şəlalə nə deməkdir sizin üçün?

- Ən gözəl şəlaləni Norveçdə görmüşəm. Çox gözəldir. Sevirəm təbiəti.

- Həyatda ən böyük səhviniz nədə olub?

- Səhvim çox olub. Səhvsiz insan yoxdur. Səhvim olsa da, həmişə xoşbəxt olmuşam.

- Məndə olan məlumata görə, Azərbaycan Bilyard Federasiyasının Vitse-prezidentisiniz. İdman – musiqi. Buna necə vaxt tapırsınız?

- İnanın, ikisinə də vaxt tapıram. Demək olar ki, çox işləri Federasiyanın prezidenti İlham Aslanov görür. Mənə də nə düşən işlər olarsa, yarışmalarda dəstək oluram, bir vitse-prezident kimi.

- Kimin ifasını bəyənirsiniz və dinləyirsiniz?

- Səmimi deyəcəm, vaxtım olanda qulaq asıram Röyaya, Brilyanta, Nazpəriyə, Abbasa, Eltona, Ayaza, Nurlan Növrəsliyə və bir çoxlarına qulaq asıram və çox bəyənirəm.

- İlqar Muradov üçün ulduz sözü nə deməkdir?

- Şou-biznesdə hərə öz adının yanına bir ulduz qoyur. Artıq adların hamısı ucuzlaşıb. Kütlədə də ulduz çoxdur. Mənim üçün heç biri ulduz deyil. Səmimi deyəcəm, ulduzlar göydədir.

- Ürəkdən haçan ağlamısınız?

- Mən həyatda çox kövrək insanam. Təbii ki, əzizlərimi itirəndə.

- Həyatda necə insansınız?

- Çox yaxşı insanam. Hamı bilir ki, xeyirxah insanam.

- İlk məhəbbətinizi xatırlayırsınızmı?

- Bəli, altı-yeddinci sinifdə olub.

- Sizcə naxışınız yaxşı gətirib?

- Gətirib, çox gözəl gətirib. Şükür bu günə, xoşbəxtəm.

- Sizcə həyat qırx yaşından sonra başlayır?

- Yox. Qırx yaşından sonra başlamır (Gülür). Hər yaşın öz gözəlliyi var.

- Qadın gözəlliyini nədə görürsünüz?

- Dünyanın üstündə qadın gözəlliyi durur.

- Sevgi nə deməkdir sizin üçün?

- Sevgi hər şeydir. Sevgi ailəyə, vətənə, dövlətə, musiqiyə duyulan gözəl hissidir. Hər şeyin başında gözəllik durur.

- Qısqanc insansınız?

- Həddindən çox qısqancam.

- Kimdən halallıq almaq istərdiniz?

- Hər bir insan qəlbində kimdənsə halallıq almalıdır.

- Bəs sizi nə qıcıqlandıra bilər?

- Haqsızlığı, yalanı bağışlamıram.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Çox gözəl mahnılar yazdırmışam. Zəlimxan Yaqubun sözlərinə bəstəkar Sevda Məmmədli mahnı bəstələyib. Bu yaxınlarda məni sevənlər eşidəcəklər. İnşallah klip də çəkdirəcəm.

- Görəsən, niyə istedadı olmayanlar bu gün efirdədirlər?

- Çünki efirlər istedadı olmayanları çağırırlar. İstedadsızlar gərək utanmalıdırlar istedadlıların yanında.

- Bəs sizin nazınızı kim çəkir?

- Nazımı evdəkilər çəkir. Mən evin ağsaqqalıyam.

- Niyə siz diskinizi burada yox, xarici ölkələrdə çıxardırsınız?

- Piratların əlindən çıxarda bilmirəm. Bu gün bir mahnı işıq üzü gördü, səhər piratlar yayır. Mahnıları mən də ona görə xaricdə çıxardıram. Satışa da vermirəm, dost-tanışa hədiyyə edirəm.

- Həyatdan istəyiniz nədir?

- Əmin-amanlıq istəyirəm. Balalarımız xoşbəxt olsun. Dünyamızı da dəyişəndə bilək ki, balalarımız xoşbəxtdir.

Bu dəfə göydən üç alma düşmədi. Çünki sizə nağıl danışmadım. Sadəcə, həyatı nağıla bənzəyən bir insanın daxili aləminə səyahət etdim. O aləmə ki, orada məsum, xeyirxah, səmimi bir körpə yaşayır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru