
QƏDDAFİNİN ÖLÜM XƏBƏRİ YAYILDI
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ölüm xəbəri yayılıb.
Bunu Liviya Müvəqqəti Keçid Şurasının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. O, M. Qəddafinin aldığı yaralardan öldüyünü deyib.
“Əl-Arabiya” televiziyası da M. Qəddafinin öldüyünü və hazırda cəsədinin Misrata şəhərinə aparıldığını xəbər verib.