Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                     Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub .....                     Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                     İrandan Ermənistana verilən o VƏD... .....                     İranın İrəvan şəbəkəsi çökdürüldü .....                     Simonyan TƏŞVİŞDƏ .....                     “Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                 

AXCP-dən istefa verəni hədələyiblər
Tarix: 17-08-2015, 18:02 | Çap et
AXCP-dən istefa verəni hədələyiblər
AXCP-də son aylarda yaşanan böhran kritik həddə çatıb. Təsadüfi deyil ki, keçən həftə qurumdan iki funksionerin istefası reallaşdı. Bunlar Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov və hazırda həbsdə olan Sumqayıt təşkilatının sədri İsa Qurbanov oldu. Hər iki funksioner getmələrinin səbəbi kimi, rəhbərliyin siyasətindən narazı olduqlarını bildirdilər. Hətta İ.Qurbanov həbsxanadan göndərdiyi müraciətdə YAP-a keçdiyini açıq şəkildə bəyan etdi.

Hər iki şəxsin istefasına AXCP-nin mövqeyi maraqlı oldu. Qurumun mətbuat orqanı funksiyasını icra edən “Azadlıq” qəzetindəki məlumatda S.Məmmədovun ümumiyyətlə, AXCP üzvü olmadığı qeyd olunub. Qəzetdə gedən xəbəri olduğu kimi təqdim edirik: “AXCP-dən ayrılma səbəblərini partiyanın idarəçilik sistemindəki nöqsanlarla izah etməyə çalışan bu şəxsin iddialarının nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün qurumun Gəncə şəhər Məclis sədri Qaçay Abbasovla əlaqə saxladıq.

Məlum oldu ki, Sabir Məmmədov ümumiyyətlə, AXCP-nin üzvü olmayıb. Qaçay Abbasovun dediklərindən: “Sabir Məmmədov 2013-cü il seçkiləri ərəfəsində AXCP-yə üzv olması üçün ərizə ilə müraciət etmişdi. Həmin vaxt o, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki kampaniyasına öz təşəbbüsü ilə könüllü kimi qoşulmuşdu. Biz də onun ərizəsini qəbul etdik. Lakin ona rəsmi üzvlük vəsiqəsi verilməyib. Çünki partiya rəhbərliyinə təqdim etdiyi sənədlərə baxış keçirilməmiş, onun Azərbaycan Demokratiya və Rifah Hərəkatında fəaliyyət göstərməsi haqda məlumat aldıq. Başqa təşkilatda fəaliyyət göstərən birisinin AXCP-dən istefa verdiyini bəyan etməsi sadəcə gülüncdür”.

“Yeni Müsavat”a müraciət edən Sabir Məmmədov AXCP rəhbərliyini yalançılıqda suçladı. O, “Azadlıq” qəzetində istefası ilə bağlı barəsində gedən məlumatda Qaçay Abbasovun adından fikirlər yazıldığını bildirdi : “Mətbuata Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olmağımla bağlı vəsiqə təqdim etmişəm. Bundan əlavə, Əli Kərimlinin öz imzası olan partiya üzvlüyümü təsdiq edən bileti də göstərmişəm. Partiya vəsiqəmin nömrəsi 400201-dir. 1 fevral 2012-ci ildən həmin partiyanın üzvüyəm. Qeyd olunur ki, guya Gəncə AXCP Məclisinin sədri Qaçay Abbasov üzv olmağımı inkar edib. Bildirib ki, belə bir üzvümüz yoxdur. Onun özü ilə danışdım. And içdi ki, belə bir açıqlama verməyib, “Azadlıq” qəzeti onun adından yazı dərc edib. O, beş-altı partiya üzvünün yanında mənə dedi ki, əgər belə sözlər desəm, səndən üzr istəyərəm. Açıqca dedi ki, Gözəl Bayramlı onun adından açıqlama uydurub. İstefamdan sonra Gözəl üzərimə gəldi. Mənə deyir ki, niyə “Yeni Müsavat”a açıqlama verirsən? Mən də dedim ki, belə məsləhət gördüm. “Yeni Müsavat”da obyektivliyinin olduğunu bildirdim. Qayıdıb mənə deyir ki, nə ilə sübut edə bilərsən? Gözümlə gördüklərimə uyğun addımlar atdığımı dedim. İstefamdan peşman deyiləm. Bunu Gözələ də dedim”.



Sabiq partiya funksioneri Gözəl Bayramlının onu hədələdiyini də qeyd etdi: “Gözəl mənə dedi ki, səninlə hesablaşacağıq. Mənə möhkəm hədə-qorxu gəldilər. Üzvlər mənə deyirlər ki, sən qorxursan? Bunlar insanları qorxu altında partiyada saxlayırlar. Hamı onlardan bezib. Heç nədən qorxum yoxdur. Hesab etmirəm ki, mənə təhlükə yaratmağa gücləri çatsın. Əli Kərimlinin partiyada nələrin baş verdiyindən xəbəri var. Qarşısını almaq üçün tədbirlər görmürsə, demək o da bu yolun yolçusudur. Partiyanın daxilində nizam-intizam olar. Qaydanı pozan hər bir üzv partiyadan xaric olunmalıdır. Amma belə şəxslər AXCP rəhbərliyi tərəfindən himayə edilir. Gözəl ikiüzlü adamdır. Samuxda mənə dediyi sözü Gəncədə dandı. İstefamdan sonra Əli bəy bir dəfə də olsun, mənə zəng etmədi. Təkcə Gözəl Bayramlı zəng vurdu. O da məni hədələmək üçün. “Yeni Müsavat”a müsahibə verməkdə düz etdiyimi ona da dedim. Belə bir partiya mənə lazım deyil. Orada saxtakarlıqla işləməkdən başqa əllərindən bir iş gəlmir. Məni Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi təyin ediblər. Amma “Azadlıq” qəzeti yazır ki, belə bir şey yoxdur. Bunların iç üzləri budur. Seçkilər ərəfəsində mənə digər partiyalardan pullar təklif olundu. Amma nə digər partiya keçdim, nə də təmsil olunduğum partiyanı satdım. İnsanda ən təmiz varlıq vicdandır”.

S.Məmmədov Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Demokratiya və Rifah Hərəkatının üzvü olduğunu açıqladı: “İyunun 28-dən bu hərəkata qoşuldum. Ellada Məmmədli təsis iclasında iştirak edirdi. Qaçay bəyin özü də ADR-in üzvüdür. Burada cəbhəçilərdən bu qurumun üzvü olanlar çoxdur. “Azadlıq” qəzetinin yazdıqları böhtandır. Birbaşa Əli Kərimlinin tapşırığı ilə məlumat yazılıb. Bunların siyasəti bundan ibarətdir”.

İ.Qurbanovun istefası ilə bağlı sosial şəbəkələrdə status paylaşan partiya lideri Əli Kərimli onun addımını təzyiqlərlə əlaqələndirib. AXCP sədri onun həbsinin gizlədilməsinin səbəbləri barədə geniş məlumat verib: “İsa Qurbanov İlham Əliyevə son müraciətində azadlığa çıxmaq üçün ondan istənilən hər şeyi etdi. Keçmiş əqidə yoldaşlarını təhqir edib, yamanladı. YAP-a keçdiyini bəyan etdi. Bütün bunlardan sonra indi nə istəyirsiniz? Adamı azad edin, getsin ailəsinin yanına, öz ömrünü yaşasın”.

Adından açıqlama yazıldığı iddia edilən Qaçay Abbasovun özü ilə danışmağa nail olduq. O, açıqlamasının təhrif olunduğunu etiraf etdi: “Demişəm ki, Sabir müəllimin mən də ərizəsi olmayıb. Bəzi fikirlər adımdan yazılıb. Amma üzvü olması ilə bağlı ərizəsinin şahidi olmamışam. Partiyanın üzvü olduğunu da deyə bilmərəm. Mən onu 2013-də tanımışam. Cəmil bəyin səlahiyyətli nümayəndəsi kimi. Sonradan bildirdi ki, AXCP-nin Qərb üzrə səlahiyyətli nümayəndəsidir. Qəzetdəki yazılar mənə aid deyil. Mənə zəng edib fikir almaq istəyiblər. Demişəm ki, təşkilatın sədrindən alın. Sabir müəllim və mən ADR-in üzvüyük”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru