Buralar yəqin Oqtay Şirəliyevin nəzərindən yayınıb... - Sumqayıt 1 saylı Doğum Evində təhlükəli təcrübələr aparılır
Tarix: 11-08-2015, 11:38 | Çap et
 Redaksiyamıza yeni daxil olan məlumatlarda Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edilir. Bu xüsusda aldığımız açıqlamalarda son vaxtlar ümumiyyətlə Sumqayıt şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyü bildirilsə də, mənbələr bu sahədə ən zəif nöqtələrdən birinin də məhz 1 saylı Doğum Evi olduğunu xüsusi vurğulayırlar. İlk növbədə məlumatlarda bilıdirilir ki, müəssisənin baş həkimi Sevda İsgəndərli burada doğuşların qəbulunu əsil biznes fəaliyyətinə çevirib. Həm də bu biznes Sumqayıtın iqtisadiyyatını təmsil edən digər özəl sahələrlə müqayisədə daha çox gəlir gətirməsi ilə seçilir. Amma buna təəccüblənmək lazım deyil. Məsələ bundadır ki, baş həkimin təhriki ilə, 1 saylı Doğum Evində “göstəricilərin yüksəldilməsi” məqsədilə bəzi qanunsuz tədbirlərə əl atılır. Lakin bu barədə bir qədər sonra daha ətraflı açıqlama verəcəyik.Hələlik isə qeyd etmək istərdik ki, əldə etdiyimiz məlumatlarda 1 saylı Doğum Evinin bir çox məqamlarda məhz özəl tibb müəssisləri kimi fəaliyyət göstərdiyi vurğulanır. Məsələn, bildirilir ki, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir. Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Həmçinin aldığımız məlumatlara görə, Sevda İsgəndərli burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir. Həm də bu haqq ay ərzində müəssisənin xidmətlərindən istifadə etmiş insanların sayından asılı olaraq dəyişmir. Belə ki, müəssisənin sanitar və texniki personalı hər ay 5 manat, tibb bacıları 10 manat və həkimlər isə 20 manat olmaqla “fond pulu” ödəmək məcburiyyətindədirlər. Mənbə bildirir ki, bütün bu rəqəmlər bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən 1 saylı Doğum Evində keçirilmiş xüsusi yoxlama zamanı müəssisənin əməkdaşlarından birində aşkarlanmış bir dəftərçədə qeyd olunmuşdu. Solmaz adlı həmin əməkdaşın adı müəssisənin ştat cədvəlində liftçi kimi qeyd olunsa da, onun əsas vəzifəsi hər ay siyahı üzrə ödənişləri yığıb, baş həkimə təhvil verməkdən ibarət olub. Maraqlıdır ki, bu faktın aşkarlanmasından sonra, Solmaz işdən azad olunsa da, baş həkim Sevda İsgəndərli sadəcə “yüngül narahatlıq” keçirməklə yaxasını qurtara bilib.İndi isə, yuxarıda qeyd etdiyimiz kimi, 1 saylı Doğum Evində “göstəricilərin” necə yüksəldilməsi məsələsinə bir qədər aydınlıq gətirək. Mənbələrin iddialarına görə, müəssisənin həkimi Aziyə Hacıyeva bir gündə qəbul etdiyi doğuşların sayını süni şəkildə artırmaq məqsədilə, xüsusi preparatlardan istifadə edir. Açıqlamaya görə, bu preparatlar hamiləliyin son günlərini yaşayan anaların orqanizminə daxil edilərkən, orada gedən təbii proseslərə katalizator təsiri göstərir və doğuşun vaxtını bir neçə günə qədər yaxınlaşdırır. Bu isə təbii ki, normal hal deyil və bu kimi müdaxilələr böyük ehtimalla cinayət əməli kimi qiymətləndirilə bilər. Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu məsələnin araşdırılması üçün təxirə salınmadan müvafiq tədbirlər görülsün...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39 |
|
|
|
| • Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36 |
|
|
|
| • "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33 |
|
|
|
| • Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28 |
|
|
|
| • Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27 |
|
|
|
| • Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55 |
|
|
|
| • "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47 |
|
|
|
| • DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42 |
|
|
|
| • İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40 |
|
|
|
| • “Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36 |
|
|
|
| • Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33 |
|
|
|
| • Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24 |
|
|
|
| • Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
| • Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02 |
|
|
|
| • Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00 |
|
|
|
| • UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
| • "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57 |
|
|
|
| • NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50 |
|
|
|
| • BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45 |
|
|
|
| • Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
| • İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32 |
|
|
|
| • Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21 |
|
|
|
| • Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12 |
|
|
|
| • İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03 |
|
|
|
| • Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53 |
|
|
|
| • Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36 |
|
|
|
| • Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31 |
|
|
|
| • Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28 |
|
|
|
| • Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25 |
|
|
|
| • Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20 |
|
|
|
| • "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13 |
|
|
|
| • “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11 |
|
|
|
| • "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03 |
|
|
|
| • Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58 |
|
|
|
| • Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50 |
|
|
|
| • İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43 |
|
|
|
| • İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39 |
|
|
|
| • Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34 |
|
|
|
| • “Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29 |
|
|
|
| • SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28 |
|
|
|
| • Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16 |
|
|
|
| • Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37 |
|
|
|
| • Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35 |
|
|
|
| • “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34 |
|
|
|
| • Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32 |
|
|
|
| • Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30 |
|
|
|
| • Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29 |
|
|
|
| • Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24 |
|
|
|
| • İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20 |
|
|
|
| • Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
|