DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                     Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub .....                     Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                     İrandan Ermənistana verilən o VƏD... .....                     İranın İrəvan şəbəkəsi çökdürüldü .....                     Simonyan TƏŞVİŞDƏ .....                     “Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                     Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... .....                     Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi .....                     Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ .....                     “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı .....                     Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı .....                     Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək .....                     Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi .....                 

Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü? - İLGİNC
Tarix: 29-11-2019, 10:45 | Çap et
Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu  azad etməsi təsadüfdürmü?
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 63 yaşı tamam olub. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən çıxarılan, ardınca rəhbərlik etdiyi qurum ləğv olunan Eldar Mahmudovla bağlı qaranlıq məqamlar bu günə qədər qalmaqdadır.

Onun işdən çıxarılması ilə MTN-də əsas idarələrin rəisləri həbs olundu, Mahmudovun qanunsuz əmrlərini icra etmiş işçiləri də qandallandı. Eldar Mahmudovla bağlı müəmmalı durum isə bu günə qədər davam edir. Onun statusu haqda məlumat verilmir. Bu günə qədər Eldar Mahmudovun təqsirləndirilən şəxs, şahid, zərərçəkən və ya digər statusu rəsmi olaraq açıqlanmır.

Bugünlərdə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov müsahibə verərək Eldar Mahmudovla bağlı, onun statusu ilə bağlı açıqlama vermişdi. YAP Yasamal təşkilatının sədri olan Tağı Əhmədov Eldar Mahmudovun ev dustağı olduğunu, onun hətta yas məclisinə belə icazə almaqla getdiyini açıqlamışdı.

Belə bir durumda Eldar Mahmudov özünün 63-cü doğum gününü qeyd edir. Onun Nardarandakı bağ evində nəzarət altında saxlanıldığı haqda xəbərlər var. Eldar Mahmudovun ad günündə əmisi oğlu, köməkçisi olmuş Vüqar Mahmudova Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsə qarşı mülki iddianı geri çəkib və hər hansı bir tələbi yoxdur. Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Vüqar Mahmudovun vəkili təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vüqar Mahmudov son söz deməkdən imtina edib. Məhkəmə müşavirəyə yollanıb. Sonra məhkəmənin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorun Vüqar Mahmudova gözlənilən cəzadan qat-qat aşağı cəza istəməsi və sonra isə azad edilməsinin məhz Eldar Mahmudovun ad gününə təsadüf etməsi ortada maraqlı gedişatın olduğundan xəbər verir. Bu, Eldar Mahmudov üçün 63-cü doğum günündə bundan yaxşı xəbər ola bilməz.

Sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdi. 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülüb. 23 iyul 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunmuşdu. 2015-ci il oktyabrın 17-si Eldar Mahmudovun karyerasının sonu oldu. Onun komandasının əsas üzvləri həbs edildi, özü də ev dustaqlığına göndərildi.

Belə görünür ki, Eldar Mahmudov ayağa qalxmaq üzrədir...
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Bu gün, 09:13
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək - UEFA Konfrans Liqası
Bu gün, 09:12
Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:09
Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Bu gün, 09:08
Nazirliklərdə yeni müavin postlarının pərdəarxası - AKTUAL
Bu gün, 09:07
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb - "Tasnim"
Bu gün, 09:02
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru