Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

TACİR DƏ İSTEDADI OLMAYANLARDAN GİLEYLƏNİR
Tarix: 9-06-2012, 11:24 | Çap et
TACİR DƏ İSTEDADI OLMAYANLARDAN GİLEYLƏNİR

“ONLAR MEYDAN SULAYIRLAR”

Uzun müddətdir ekranlarda görünməyən istedadlı müğənnimiz Tacir Şahmalıoğlunu çoxdandır arayırdım. Nəhayət, onunla tədbirlərin birində görüşdüm. İlk əvvəl soruşdum ki, bir vaxtlar qəlbləri titrədən bu səsin sahibi nədən geri çəkilib? Görünməməyinin səbəbi nədir? Bu və digər suallarla müsahibimə müraciət etdik.

- Tacir müəllim, oxucularımıza yaradıcılığınızdakı yeniliklər barədə məlumat verərdiniz. Deyin görüm, niyə az-az görünürsünüz?

- Yox, mən deməzdim ki, görünmürəm. Son vaxtlar efirlərə dəvət alıram və ara-sıra görünürəm. Zənnimcə hər gün efirdə tamaşaçını yormaqdansa az-az görünmək daha yaxşıdır. Musiqisi Razim Paşayevə məxsus olan "Kərbəlaya gedən yol" adlı dini mövzuda olan mahnıya çəkdirdiyim klip deyərdim ki, böyük marağa səbəb olub.

- Tacir müəllim Kərbəla ziyarətinə gedəcəkmi?

- Namaz qılıram. Hər bir müsəlman Allah qarşısında öz vəzifə borcunu yerinə yetirməlidir. Allaha yaxınlaşmaq insanı daha da saflaşdırır. Daha sonra Kərbəla, Məşədi, Həcc ziyarəti gəlir, təbii ki. İnşallah bunlar hamısı olacaq. Allah hər kəsə bu ziyarətləri nəsib etsin.

- Çoxları "hələ namaza hazır deyiləm" fikrini irəli sürərək ibadət üçün müəyyən vaxtın gəlməsini gözləyirlər. Sizi namaza tam hazırlayan nə oldu?

- Mənə deyirdilər ki, namaz qılanda səni şeytan güldürəcək. Belə maneələrlə rastlaşacaqsan. Sən demə, inanmaq istəmədiyim bu fikirlər doğru imiş. Namaz qılana qədər çox götür-qoy etdim, fikirləşdim. Sonda bu qənaətə gəldim ki, yeganə yol Allahın yoludur. Mən də bu yolu tutdum. O biri yollar dəfələrlə məni uçurumlara sürükləyib. Xoşbəxtlikdən uçurumlara düşməmişəm. Amma düşə də bilərdim. Bu gün əminəm ki, Allahım məni uçurumlardan qoruyacaq.

- Bu gün Tacir müəllimin qəlbində hansı ağrı-acı var?

- Yalnız və yalnız vətən dərdidir qəlbimdə. Vətənim üçün canımdan keçərəm, balamı qurban verərəm. Baxmayaraq ki, müğənniyəm, döyüş bölgələrində olmuşam. Demirəm ki, vuruşmuşam. Amma döyüşənlərə musiqilərlə, oxuduqlarımla mənəvi qida vermişəm. Mənim də döyüşüm nəğmələrim olub. Əgər bugünkü gün prezidentimiz "döyüşə getmək lazımdır" əmrini versə, bəlkə də silahlanıb ilk yola düşənlərdən biri mən olaram.

- “Vətən üçün hər şeyi qurban verərəm” deyən Tacir müəllim həyatda nələri qurban verib?

- Çox şeyi qurban vermişəm. Dünyalar qədər sevdiyim atam köçüb bu dünyadan... Bu itki məni çox sarsıdıb. Beş ilimi qurban vermişəm. Düz beş il "Ney səsi"ndən sonra sənətdə fasilə vermişdim.

- Nədən?

- Bir müddət oxumadım. Küsdürmüşdülər məni. Sənətdəki fasiləyə görə çox peşmançılıq çəkirəm. Çünki o illər bir də geri qayıtmayacaq.

- Kim küsdürmüşdü sizi?

- Mən həmişə sözün düzünü demişəm. Amma buna görə pis olmuşam. Bəzən acı həqiqət şirin yalandan gözəl olur. Otuz beş ildir sənətdəyəm. Təəssüf edirəm ki, bəzən efir vasitəsilə xalqa təqdim olunan mahnılara görə mən utanıram.

- Belə demək olarmı ki, bu gün sənəti olmayan, lakin eyni zamanda efirlərdən düşməyən dırnaqarası müğənnilər sizi küsdürmüşdü?

- Bəli. Çox təəssüf edirəm ki, istedadı olmayanlar, belə demək mümkündürsə, bu gün meydan sulayırlar. Bu da mənə çox pis təsir edir. Amma eyni zamanda onları gördükcə belə qənaətə gəlirəm ki, buna görə heç kimi qınamalı deyilik. Musiqidən xəbəri olmayanlar da nəsə nümayiş etdirmək istəyirlər. Mən o dırnaqarası müğənniləri təbliğ edənlərdən küsürəm. Çox düşünüb daşındım və nəticəyə gəldim ki, niyə dayanmalıyam. Ruhdan düşmək lazım deyil. Qəlbimdə elə musiqilər var ki, hələ onları xalqıma çatdırmamışam.

- Tacir müəllim, artıq bir neçə ildir ki, atanızı itirmisiniz. Bir tərəfdən vətən həsrəti, digər tərəfdən də ata itkisi. Hələ üstəlik sənətdəki fasilə həyata marağınızı azaltmadı ki?

- Bəli, vətən həsrəti illərdir qəlbimi göynədir. Atamın itkisi isə sanki qol-qanadımı sındırdı. Deməzdim ki, həyata marağım azaldı. Hardasa ruhdan düşmüşdüm... Atam Bakıda dünyasını dəyişdi, amma onu Ağdamda dəfn etdik. O, çox gözəl tarzən olub. Xan əmini, Cabbar Qaryağdı oğlunu görüb. Arif Babayev kimi sənətkarla el şənliklərində iştirak edib.

- Ən böyük arzusu nə idi atanızın?

- Onun ən böyük arzusu mənim bugünkü uğurlarımı görmək idi, amma qismət olmadı. Atam məni bu gün bax bu uğurlarla, mənə ünvanlanan alqışlarla görə bilsəydi (kövrəlir)...

- Sənətdəki fasilə atanızın ölümü ilə də əlaqədar deyildi ki?

- Müəyyən faiz onunla da əlaqədar idi. Onun ölümündən sonra sanki dünyam dağıldı. O, mənim həm atam, həm də dostum, qəlb sirdaşım idi. Onunla təsəlli alırdım, dəyərli məsləhətlər verirdi mənə. Səhvlərimi deyirdi, doğru yol göstərirdi. Mənə çox böyük dayaq idi, lakin bu gün təkəm... Atasızlıq həsrəti məni yandırıb yaxır və hələ çox yandıracaq... Vətən ağrısı ürəyimi göynədir. Ona görə də "Dərdliyəm"i oxumuşam. Ölüm labüddür. Atamın bu dünyadan köçməsi Tanrının məsləhətidir. Hər kəs zamanında "əlvida" deyəcək bu həyata. Allah vaxtsız ölümü heç kimə qismət etməsin. Vətənin getməsi isə faciədir.

- "Dünyam dağıldı", "bu gün təkəm" deyən Tacir müəllimin sənətdə beş il fasilə verdiyi zaman iç dünyasında nə var idi, bu gün nələr var?

- Sadəcə o beş ili, əgər belə demək olarsa, mən yatmışam, yuxuda olmuşam. Bəlkə də şeytanlar məni başqa bir dünyaya aparıb. Heç nə etməmişəm. Amma bugünkü işlərimi başlanğıc hesab edirəm.

- Bu günə qədər qəlbinizdə qurub yaratdıqlarınızdan hələ də ürəyinizdə qalanı və yaxud açmadan solan arzularınız oldumu?

- Həyata keçməyən arzum torpaq həsrətidir. Şuşada Cıdır düzündə qəlbləri riqqətə gətirən mahnılar oxumaq istəyirəm ki, bəlkə o yanğını söndürə bilim.

- Torpaqlarımız ilk alınan gün hara ayaq basacaqsınız?

- Doğulub böyüdüyüm Ağdamın Sarıhacılı kəndinə. Niyyət etmişəm ki, o gün evimizə qədər dizin-dizin sürünəcəm. Bu, atamın da arzusu idi. Mən onun arzusunu həyata keçirəcəm.

- Amma təəssüf ki, düşmən o yerləri viran qoyub...

- Bəli, bilirəm ki, o yerlər, evimiz viran qalıb...

Ürəyinin odunu, alovunu oxuduğu nəğmələrdə əks etdirsə də, qəlbinin fəryadı illərlə susmaq bilmədi. Hamıdan gizlində ağladı, hayqırdı bəlkə. Vətən həsrəti azmış kimi həyatda ən yaxın sirdaşı olan atasını da vaxtsız itirdi. Haqsızlıqlar sənətdən uzaq saldı onu. Amma sınmadı. Bəlkə də bütün bunlar yeni açılan sabahın işıqlı gecəsi idi. Bu gün Tacir Şahmalıoğlu o işığın sevincinə topladı sənət dostlarını. Bircə bu günü səbirsizliklə gözləyən atası sevincdən pay ala bilmədi. Ruhu şad olsun...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru