Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                 

QARDAŞI BIÇAQ GÖTÜRÜB ÜSTÜNƏ CUMSA DA...
Tarix: 1-06-2012, 11:20 | Çap et
QARDAŞI BIÇAQ GÖTÜRÜB ÜSTÜNƏ CUMSA DA...

O, BU SƏNƏTİ SEÇDİ

Hər dəfə coşub-daşan şəlalə suları bu dəfə göz yaşlarına qarışdı. Ana itkisinə dözməyən, bəxtindən şikayət edən, bu sənətə gəldiyi üçün peşman olan, aldadılmaqdan yorulan, ikiüzlü insanlara üsyan edən gənc bir xanımın göz yaşlarına. Onun taleyinə tənhalıq yazılsa da, yanğılı səsi minlərlə insanın qəlbinin sakinidir. Yəqin ki, bu, onun sərhədsiz səmimiyyətindən və həyatının keşməkeşlərini əks etdirən zəngin sənətindən irəli gəlir.

Qonağım istedadlı müğənni, gözəl xanım Mətanət Əsədovadır.

- Özünüz haqda məlumat verərdiniz.

- Təvəllüdümü deməyəcəm. Göyçayda anadan olmuşam. Musiqi savadım olmayıb. İki il Alim Qasımovdan dərs almışam. Əvvəllər istəmişəm sənədlərimi İncəsənət Universitetinə verim, sonra nədənsə həvəsdən düşmüşəm.

- Necə oldu ki, məhz bu sənəti seçdiniz?

- Uşaqlıqdan marağım var bu sənətə. Uşaq vaxtından məktəbdə dərnəklərdə fəaliyyət göstərmişəm. Bir gün direktor dedi ki, bütün məktəblərdən gənc istedadları seçmək üçün Bakıdan sənətkarlar gəlib. Bizim də dərnəyə rəhmətlik Şövkət Ələkbərova, Tükəzban xanım, Həbib müəllim, Məmmədbağır Bağırzadə gəlmişdilər.

İlk dəfə mən səhnəyə çıxanda ayağımın altına stol qoyub, oxudum. Mənim indi-indi boyum çıxır, mən çox balaca qız olmuşam. Mən oxuya-oxuya gördüm ki, Şövkət Ələkbərova ağlayır. Mahnı bitəndən sonra mənə sual verdi: “Bu mahnını haradan öyrənmisən?” Mən də çox utancaq qız idim. Dedim ki, mahnı Zeynəb xanımın repertuarından “Olmalı idi, olmadı” mahnısıdır. Seçildim. Çox bəyənmişdilər səsimi. Mənim rəhmətlik anamın da gözəl səsi olub. İnanın, o qədər sevinirdim ki, iyirmi beş tələbənin içindən məhz məni seçmişdilər.

- Bu seçim turu sizin üçün uğurlu oldumu?

- Seçim turundan sonra uçmağa qanadım yox idi. Anama dedim ki, ay mama, mən də gedəcəm onlarla Bakıya, məni də aparırlar özləri ilə. Qardaşım bildi bu məsələni. Bıçağı götürüb, üstümə cumdu. “Olmaz” - dedi. Düz bir saat evə zəng elədilər. Gördülər ki, qardaşım icazə vermədi, çıxıb getdilər.

- Bəs şeytanın qıçını necə qırdınız?

- Qardaşım gördü ki, artıq mən oxumaq deyə-deyə qalmışam, özü ilə toylara aparmağa başladı. Bir çox tanınmış müğənnilər məni toylarda görürdülər. Sonra Allah elə qismət yaratdı ki, 1998-ci ildə, səhər verilişlərinin birində “Kəsmə Şikəstə”ni özümdən asılı olmayaraq ağlaya-ağlaya ifa elədim. Həmin verilişin aparıcısı Ofeliya Sənani və qonağı Məmmədbağır Bağırzadə idi. Gördüm ki, onlar da ağlayır. İlk dəfə idi efirə çıxırdım, bədənim əsirdi. Sonralar bu “Kəsmeyi Şikəstə”yə görə bir çox telekanallar məni təmənnasız efirə çağırmağa başladılar. Ağlı-başı olan insanam. İstəyirdim ki, sənətimlə qabağa gedim. Amma bəzi sənətkarlar mənə imkan vermədilər. Təbii ki, mən də öz-özümdən küsdüm.

- Sirr deyilsə, həmin sənətkarlar kimlərdir?

- Bir iki nəfər var, adlarını çəkməyəcəm. Allah onları yox eləsin, heç onları xoş gün görməsin! Axı mən kimə neyləmişəm?! Başımı aşağı salıb, pulumu qazanıram da!

Təsəvvür edin ki, ATV kanalına çıxıram, veriliş qurtarır. Kimsə həmin aparıcıya zəng eləyir ki, onu efirə niyə qoyursunuz? Ağzından çıxan söyüşləri mənim haqqımda aparıcıya deyir. Yarım saatdan sonra həmin söyüş söyən insan mənə zəng edir, deyir, haralardasan, darıxıram sənin üçün. Bax, buna nə ad vermək olar indi? Mən tıxsız balığam. Dəymə mənə, dəyməyim sənə. Mənə ilişən odla oynayır. Mən çox çılğın insanam. Gözümün yağını da hamıya verməyə hazıram. Tərbiyə görmüşəm. Bəs bu insanlar fikirləşmirlər ki, sənətimin qabağında mənimlə kəllə-kəlləyə verə bilməzlər? Bəzi müğənnilər çıxırlar efirə, bilirlər ki, mən də orada olacam, mənim adımı həmin siyahıdan çıxardırlar. Mətanətdə hər şey təbiidir. Geyim-kecimi də yerindədir. Onlar bilir ki, yüz adam qarşımda olsa da, mənimlə bir səhnədə ifa edə bilməz. Mən olan verilişlərə də gəlmirlər. Elə bil ox olmuşam, gözlərini deşirəm.

- Görəsən, şou-biznesin qanunlarını kim yazır?

- Deyə bilmərəm. Çünki kim nə işlə məşğuldur, mənə maraqlı deyil artıq. İkiüzlü, maskalı insanlardan zəhləm gedir. İnanın, bezmişəm.

- Sizcə, sizin ifanıza tələbat varmı?

- Əlbəttə, var. İnanın, bir günüm də boş deyil. Əgər mənə tələbat olmasa, toylarına çağırmazlar.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Ansamblla yeddi min manata, tək beş min manata gedirəm.

- Qalmaqal nədir sizin üçün?

- Qalmaqal edənlərin sənəti yoxdur. O insan ki bir insanın sənətini həzm edə bilmir, o, paxıllıqdan qalmaqal edir. Toya gedirəm, əgər mən oxuyanda kiminsə əri və ya oğlu mənə baxırsa, yanında oturan mənə qısqanclıq edirsə, günahı məndədir? O günlərdə Asena danışdı. Asenanın həyatı necədirsə, həyatında nə olubsa, başına nə gəlibsə, onların hamısı məndə də var. Mən də fikirləşirəm ki, demək, kimsə mənə paxıllıq edirsə, məndə olan şey onda yoxdur. Ürəyim təmizdir, xarici görünüşümə də söz ola bilməz. Məndə olan parfümeriya heç Hollivud ulduzlarında yoxdur.

- Bəs onda niyə Hollivud ulduzları kimi sizin də prodüseriniz yoxdur?

- Prodüser düşməndir. Təsəvvür edin ki, başının altına balış qoyursan, heç nədən xəbərin yoxdur. Bir də görürsən ki, sənin bütün elədiklərini hamı bilir. O qədər incimişəm ki, dost deyib, evə buraxırsan, bir yeyib içirsən, nəslinin içinə buraxırsan, səhər durduğun yerdə səni doğmalarınla üz-üzə qoyur. Prodüser çöldən-çölə olmalıdır, əlaqə saxlayasan ki, filan məclisə diskimi gətir. Prodüser peşəkarcasına işlərini görməlidir, şəxsi həyata müdaxilə etməməlidir. Yoxsa sevgilini tanısın, evinin içini bilsin, sonra da aləmə car çəksin. Bu aləmdə düzgün insan yoxdur. Öz canım-ciyərimə şübhəm var. Prodüser mənə lazım deyil, öz işlərimi özüm görürəm. Əgər hansısa bir ideyası varsa, ideyasını irəli sürə bilər və qazancın götürə bilər. Mən prodüseri elə-belə yanımda gəzdirib, pul vermərəm.

- Solo-konsert vermək fikriniz varmı?

- İnanın, solo-konsert vermək istəyirəm, amma imkanım yoxdur. Neyləmişəm, özüm-özümə eləmişəm. Hansısa verilişlərə də çıxanda heç kimdən ağız açıb, SMS istəməmişəm, acizlikdən zəhləm gedir. Kimsə sənətimi sevirsə, qiymətimi versin. Heç vaxt da istəmərəm. Hansısa bir sponsor pis mənada məndən nəsə bir təmənna güdəcəksə, mənə lazım deyil. Əgər hansısa qardaş-bacı mənə sponsorluq edib, sənətimə pul qoyub, pul götürəcəksə, razı olaram. On beş ildir sənətdəyəm.

- Bəzi gənc müğənnilər var ki, tez-tez solo-konsertlər verirlər. Buna münasibətiniz necədir?

- Aydın məsələdir, hamı hər şeyi yaxşı bilir. Kim kimə kömək edir, kim kimin sevgilisidir, kimin sənəti var, kimin sənəti yoxdur, hər kəsə bəllidir. Mən hər addımımda ailəmi fikirləşirəm, bacımı, qardaşımı. İstəmərəm ki, nəsə bir inciklik olsun.

- Məndə olan məlumata görə, sizin səhhətinizdə ciddi bir problem olub. Bu məsələyə aydınlıq gətirərdiniz.

- Şükürlər olsun bu günümüzə də! Gözümdə problem olmuşdu. Gözümün biri görmürdü. Bu da ki, çox ağlamaqdan olmuşdu. Gecə-gündüz diz çökdüm, Allaha yalvardım ki, özü mənə kömək olsun. Uzağı o qədər də yaxşı görmürəm indi. Heç telefonuma SMS gələndə də yaxşı görüb, oxuya bilmirəm. Anamdan sonra gözümdə problem yarandı. On yeddi gün çörək yemədim, anam öləndən sonra. Mənim anam ölməyib, cənnətə qovuşub. (Şəlalə: Kövrəlir).

- Bilirəm, ananız haqda danışmaq sizin üçün çox çətindir.

- Düzdür, çətindir. Ancaq ilk dəfə sizə açıqlama verəcəm. Anamı Eksperimental xəstəxanada (Şəlalə: M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) Qurban həkim öldürdü, ona həkim demək olarsa. Gözüm görə-görə 2007-ci ildə anam getdi, artıq beş ildir həyatda yoxdur. Gecə-gündüz təkliyə çəkilib ağlayıram. Türkiyəyə, Moskvaya aparmaq istədim, getmədi anam, təyyarəyə minməkdən qorxurdu. Bacılarımın səhvi oldu ki, bu xəstəxanaya gətirdilər onu. Düzdür, pulum çox çıxdı, qurban olsun anamın yolunda. Məndən çox istifadə etdilər. Hər gün üç restorandan yemək gəlirdi oradakı həkimlərə, nədir-nədir anama yaxşı baxsınlar. Anamın problemi o idi ki, yoğun bağırsağı uzanmışdı, böyrəyinə dəyirdi, tez-tez qan təzyiqi qalxırdı. Həmin bu Qurban həkim anamın qadınlığını, bütün içalatını çıxardıb, bir də ki, nazik bağırsağını çıxardıb, dörd saat əməliyyat edib. Sən demə, anamı səhv əməliyyat edib, diaqnozunu da xərçəng xəstəliyi qoyub. Gör bu nə qədər savadsız, əclaf həkimdir ki, anamın için-içalatın çıxardıb, mənə göstərir. Hələ də o səhnə gözlərimin önündən getmir. Yetmiş iki yaşlı qadını dörd saat əməliyyat edəsən, ondan sonra o qadın qalar, yoxsa yox?! Heç anama yetmiş iki yaş vermək olmazdı, qırx beş, əlli yaş vermək olardı. Gözümün önündə getdi anam. Əməliyyat qurtardı. Əməliyyatdan sonra anam dedi ki, ay Mətanət, elə bil səndən başqa heç kim yox imiş, hər şeyim sənsən, atam, anam, qardaşım da sənsən. Bütün övladları başına toplaşmışdı. Birdən anam dedi ki, ay aman, ölürəm! Dedim: “Ay ana, heç nə olmaz, narahat olma!” Həmin an həkimlər anamı reanimasiyaya qaldırdılar. İki gün elektrik xəttinə qoşdular, məndən də iynə-dərman üçün külli miqdarda pul istədilər. Sən demə, anam çoxdan ölübmüş. Bütün xəstəxana, hamı şahiddir ki, xəstəxananın həyətində, torpağın üstündə o qədər özümü çırpdım ki, paltarlarım cırıq-cırıq oldu. Həmin o Qurban həkimi bir müddət gizlətdilər məndən. Söz vermişdim ki, onu öldürəcəm. Həmin an əlimə düşsəydi, inanın ki, onu öldürüb, girərdim həbsxanaya. Heç nə demirəm, mənim anama elədikləri Qurbanın başına gəlsin, bilsin ki, hansı dərdi mən yaşayıram (Şəlalə: Kövrəlir.) Hər gün də bu qarğışı edirəm, onu Allaha tapşırıram! Anamı pula görə yalandan əməliyyat elədi, öldürdü. O dünyada da onun yaxasından əl çəkmərəm.

- Pul nə deməkdir sizin üçün?

- Pul mənim üçün önəm daşımır. Əsas insani keyfiyyətdir. Amma belə baxanda, pul hər şeyi həll edir.

- Nəyə biganə qala bilmirsiniz?

- Məsələn, mən həddindən artıq təmizkaram, çirkinliyi sevmirəm. Düz danışmayana biganə qala bilmirəm, ona-buna görə dalaşıram.

- Fala-caduya inanırsınız?

- Elə müğənnilər var ki, adlarını çəkməyəcəyəm, gedirlər mənim sənətimə, səsimə cadu eləyirlər. Bu şeytan əməlidir. Allah da şeytanı lənətləyir.

- Bu sənət sizə nələri öyrətdi?

- Mənim bicliyim yoxdur. Bu sənətə gəlməyimə çox peşmanam. Mənim yerim deyil. Səhv düşmüşəm. Çox peşmanam bu sənətə gəldiyimə görə. Bir sifət yoxdur bu sənətdə.

- Həyatda necə insansınız?

- Çox sadə insanam, amma çox səbirsizəm.

- Bəs yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni mahnılar yazdırmışam. Türk mahnılarım da var. Sadəcə foto-sessiya olmalıdır, ondan sonra diskim işıq üzü görəcək.

- Sizin üçün sevgi nə deməkdir?

- Sevgi mənim üçün yuxudur. Məni yeddi il bir adam sevib. Amma mən onu bilməmişəm.

- Bəs ailə həyatı qurmaq haqda fikirləşmirsiniz?

- Mən deyən kişi yoxdur. İndiki oğlanlar “kitayski” saqqızdır, ağzında çürüyür. Hazırda subayam, sevdiyim yoxdur, amma məni sevənlər çoxdur. Vaxtında ailə qurmadım, uşağım olmadı. Bundan sonra bilmirəm necə olacaq. Bütün bacı-qardaşlarım ailəlidir. Allah hamısının canını sağ eləsin, mən öz evimdə tək yaşayıram, bir də köməkçilərim var.

- Xəyanətə münasibətiniz necədir?

- Çox pisdir münasibətim. Aldadılmaqdır da. O qədər məni aldadan olub, mənə xəyanət edən olub. Amma mən hamısını Allaha tapşırıram.

- Ötən günlərə dönmək istərdinizmi?

- Çox istərdim. Rayona gedəndə anam süfrə açırdı mənə. Atamı istəyirəm. Böyük-kiçik yeri bilinirdi bizim evdə. Anamdan sonra Göyçaya da gedə bilmirəm. Kim açacaq o süfrəni mənə? Mətanətin varlığını bilən yoxdur, nə qohum-əqrəbadan, nə də müğənnilərdən. Anamın məzarını ziyarətə gedəndə barmağımla torpağı deşirəm ki, niyə məni tək qoydunuz bu həyatda. Od tutub yanıram. Bacılarımla da zəngləşirəm. Amma anasız həyat mənim üçün çox çətindir.

- Mətanətin nazını kim çəkir?

- Heç kim. Düzdür, hamıya əl tuturam, ailəni dolandıran mənəm. Mən kiməsə, nəyə görəsə lazımam. İstəmərəm ki, yaxınlarımın nəyəsə ehtiyacı olsun.

- Kimdən halallıq almaq istərdiniz?

- Anamdan.

- Şou-biznesdə ən yaxın dostunuz kimdir?

- Heç kimlə dostluq eləmirəm. Ata kimi sevdiyim müəllimim Alim Qasımovu canim qədər istəyirəm. Bir də “Xalq ulduzu” Xəlili balam kimi çox istəyirəm. Alim Qasımova qurban olaram, iki gözümü də onun yolunda qurban verərəm. Bayramlarda ona utana-utana zəng edirəm. Məncə, o, muğamın əlçatmaz varlığıdır.

- Həyat bir məktəbdir. Bu məktəb sizə nə öyrətdi?

- Pisi yaxşıdan seçə bilirəm. Düzgünlüyü, eyni zamanda ikiüzlü insanları gördüm.

- Xoşbəxtsinizmi?

- Yox. Xoşbəxt deyiləm. Allah-Təala mənə şüur verib, əqidə verib. Özüm qazanıb, özüm yeyirəm. Artıq yorulmuşam.

- Nəyi şeytanın ayağına yazardınız?

- İkiüzlü adamların arxamca danışmaqlarını. Harda olursa-olsun, onlardan zərbə görürəm, çıxıb üzümə demirlər, arxamca danışırlar. Həyatda həm kişi oldum, həm qadın.

- Ürəyinizdə hansı sual qaldı?

- Mətanət, hər şeyi qurban verdin. Niyə ana olmağa gecikdin, bir övlad dünyaya gətirmədin? Bu sualları özümə verərdim.

- Oxucularımız bilir ki, ilk dəfə Zöhrə Abdullayeva ilə sizin aranızda söz-söhbətləri mən qələmə almışdım. Hazırda münasibətiniz necədir?

- Düzünü deyim, Allahdan ona nəvə toyu arzu edirəm, Allah cansağlığı versin ona. Böyük uğurlar arzu edirəm ona. Ana-bala olmuşuq, ikimizin də arasına girdilər. İkimizdə də günah oldu. Gərək imkan verməzdik ki, aramıza girsinlər. O kitab bağlandı, böyük hörmətim var ona, amma hazırda danışmırıq.

- Şəlalə nə deməkdir sizin üçün?

- Gözəllikdir, insanın əsəblərini sakitləşdirir. Bəh-bəhlə baxıb, xəyala dalırsan.

Onun cavan taleyinə göz yaşları yazılıb. Əgər elədirsə, qoy bu yaşlar sevinc göz yaşlarına çevrilsin və bəh-bəhlə seyr etdiyi şəlalə sularına qarışsın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru