Arif Hacılı Müsavat başqanı olacağı təqdirdə bunları edəcək... - PLATFORMA
Tarix: 10-09-2014, 11:04 | Çap et
 Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı seçki platformasını təqdim edib. “Musavat.com”un məlumatına görə, Arif Hacılı üzərinə bu öhdəlikləri götürür:
1. Azərbaycanın müstəqilliyinin dönməzliyi, demokratik inkişafı, ərazi bütövlüyü, vahidliyi və firavanlığı uğrunda mübarizə aparmaq.
2. Müsavatçılığın təməl prinsiplərinə daim əməl etmək.
3. Müsavat Partiyasının qəbul etdiyi ideoloji-siyasi xətti davam etdirmək və dövrün tələblərinə uyğun olaraq inkişaf etdirmək.
4. Liberal demokratik milli məfkurəni əks etdirən Rəsulzadə-Elçibəy yoluna sadiq qalmaq.
5. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası üçün səyləri artırmaq.
6. Demokratik cəmiyyət quruculuğu, o cümlədən söz, vicdan azadlığı, azad seçki, bərabərhüquqlu siyasi rəqabət şəraiti və digər hüquq və azadlıqlar uğrunda mübarizəni gücləndirmək.
7. Partiyanın milli təsanüd prinsipinə əsasən fərqli sosial qruplar, konfessiyalar, ideoloji-siyasi dünyagörüşləri arasında uzlaşmaya nail olmağa çalışmaq.
8. Azərbaycanın demokratik inkişafı uğrunda fəaliyyət göstərən siyasi partiyalarla, ictimai birliklərlə müttəfiqlik münasibətlərinin qurulmasına daim səy göstərmək.
9. Bütün ictimai və siyasi təşkilatlarla müsavatçılığın təməl prinsiplərinə zidd olmayan məsələlərdə funksional əməkdaşlığa açıq olmaq.
10. Azərbaycanın milli mənafelərinə, o cümlədən Qarabağ probleminin həllinə aid məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlıq etmək.
11. Dövlət quruculuğu sahəsində partiyanın proqram və layihələrini təkmilləşdirmək, yeni layihələrin hazırlanmasını təmin etmək.
12. Partiya quruculuğu məsələlərində demokratik prinsiplərə əməl etməklə yanaşı azlığın hüququnun tanınmasını təmin etməyin zəruriliyini qəbul etmək.
13. Plüralizmin və şəxsi təşəbbüsün inkişafına şərait yaratmaq.
14. Partiyadaxili nizam-intizam qaydalarına əməl olunmasını təmin etmək.
15. Partiyanın resurslarının artırılması, maddi texniki bazasının möhkəmləndirilməsinə nail olmaq.
16. Partiyanın dinamik fəaliyyətini təmin etmək üçün çevik icra strukturları və icra mexanizmləri yaratmaq.
17. Partiyanın ictimai əlaqələrini təkmilləşdirmək, mətbuat, xarici əlaqələr və digər sahələrdə fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yeni siyasi, innovativ metod və texnologiyalardan istifadə etmək.
18. Partiya sıralarına gənclərin, ziyalıların cəlb olunması üçün fəaliyyət proqramı hazırlayaraq həyata keçirmək.
19. Partiyanın xarici əlaqələrini genişləndirmək, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna və s. ölkələrdə olan müttəfiqlərlə, Müsavatın üzv olduğu Avropa Liberal Demokratik İttifaqına daxil olan müttəfiq partiyalarla, beynəlxalq təşkilatlarla münasibətlərin səmərəliliyini artırmaq üçün səyləri artırmaq.
20. 2015-ci il parlament seçkisində partiyanın əvvəlki təsir imkanlarının bərpa olunmasına nail olmaq.
21. 2018-ci prezident seçkisində partiyanın hakimiyyətə gəlməsini təmin etmək üçün “xalqla bütünləşmə” siyasətini həyata keçirmək.
22. Başqan seçkisinin nəticələrindən asılı olmayaraq Müsavat Partiyası sıralarında siyasi fəaliyyəti sonadək davam etdirmək.
Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında yeni başqan seçiləcək. Sentyabrın 8-də Arif Hacılı Mərkəzi İcra Aparatının rəhbəri, Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postlarından, Divan və Məclis üzvlüyündən istefa verərək başqanlıq yarışına qoşulub.
Arif Hacılı 1962-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə olub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18 |
|
|
|
| • "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20 |
|
|
|
| • NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16 |
|
|
|
| • Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13 |
|
|
|
| • "Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00 |
|
|
|
| • 'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48 |
|
|
|
| • Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39 |
|
|
|
| • “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29 |
|
|
|
| • Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13 |
|
|
|
| • Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04 |
|
|
|
| • Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35 |
|
|
|
| • Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45 |
|
|
|
| • "İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42 |
|
|
|
| • Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01 |
|
|
|
| • “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58 |
|
|
|
| • Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53 |
|
|
|
| • “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49 |
|
|
|
| • Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34 |
|
|
|
| • "Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26 |
|
|
|
| • 350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19 |
|
|
|
| • Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15 |
|
|
|
| • Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11 |
|
|
|
| • Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58 |
|
|
|
| • İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54 |
|
|
|
| • "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51 |
|
|
|
| • Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49 |
|
|
|
| • Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
| • “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42 |
|
|
|
| • Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38 |
|
|
|
| • Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33 |
|
|
|
| • Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24 |
|
|
|
| • Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56 |
|
|
|
| • Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55 |
|
|
|
| • Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49 |
|
|
|
| • BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47 |
|
|
|
| • “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46 |
|
|
|
| • Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40 |
|
|
|
| • Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38 |
|
|
|
| • "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20 |
|
|
|
| • Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18 |
|
|
|
| • Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11 |
|
|
|
| • Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10 |
|
|
|
| • Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00 |
|
|
|
|