Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                     Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır .....                     İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub? .....                     Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir .....                     Azərbaycan rusiyalı aparıcılardan .....                     DSX generalı vəzifədən azad edilib? .....                     Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub .....                     “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” .....                     Tramp əslində istəyir ki... .....                     “Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı .....                     Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında .....                     Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı .....                     Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı .....                     Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb .....                     Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: .....                     Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb .....                 

“İlk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik” - deputat
Tarix: 8-12-2021, 09:27 | Çap et
“İlk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik”
Dekabrın 15-i və 16-sında Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Xatırlatmaq üçün qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramına Avropa İttifaqı (Aİ) 2009-cu ilin may ayından start verib və bu proqram Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafını nəzərdə tutur.

Qeyd edək ki, bu il iyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşündə bir sıra məsələlər müzakirə olunmuşdu və mühüm bəyanatlar verilmişdi. Elə bir müddət öncə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi ideyası da cənab Mişeldən gəlmişdi. Azərbaycan görüşlərdən heç zaman yayınmayıb, ancaq Ermənistanın davranışları görüşün baş tutacağına da şübhə yaradıb. Eyni zamanda görüş olacaqsa belə, nəticənin əldə olunacağına inam çox azdır. Bununla belə, Azərbaycan dövləti ikitərəfli əməkdaşlığa üstünlük verir, o cümlədən AB ilə münasibətlərdə. Bir neçə gün öncə Bakıya səfər edən Aİ rəsmisi ilə keçirilən görüşlə bağlı məlumatlar da Bakı-Brüssel əlaqələrinin normal məcrada davam etdirilməsinə şübhə yeri qoymur. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü, həmçinin hazırda quruma sədrlik etməsi ölkəmizi bloklara üzv etmək istəyən cinahlar üçün keçilməz səddə çevrilib.

2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramı irəli sürülərkən Aİ-nin sərhədləri yaxınlığında olan dövlətlərdə sabitliyin, islahatlar və modernləşmənin aparılması, təhlükəsizliyin təmin edilməsi, azad ticarət zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi (və sonra ləğvi) kimi məqsədlər qarşıya qoyulurdu. 2013-cü il Vilnüs sammitində Ukrayna və Ermənistan assosiativ üzvlük haqqında müqaviləni imzalamadılar. Hətta Ermənistan Rusiyanın dominantlığı altında olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) yaxınlaşma, sıx tərəfdaşlıq xəttinin davam etdirilməsini zəruri sayırdı. Azərbaycan isə tam müstəqil mövqe tutaraq, ümumiyyətlə, assosiativ üzvlüyə mənfi münasibətini ifadə etdi. Assosiativ üzvlük haqqında sənədə ancaq Gürcüstan və Moldova imza atdılar. Beləliklə, 2013-cü ildə “Şərq Tərəfdaşlığı” proqramı ciddi siyasi zərbə aldı. Məlum oldu ki, proqrama daxil olan dövlətləri eyni qəlibə salmaq praktiki olaraq səmərəli deyil. Onda Aİ həmin proqramda tərəfdaş olan ölkələrə qarşı fərdi yanaşmaya üstünlük verməyə başladı. 2017-ci ildə isə Aİ ilə Ermənistan arasında assosiativ saziş imzalandı. Cənubi Qafqaz ölkələrinin “Şərq Tərəfdaşlığı” proqramında iştirakının özəllikləri və gəlinən nəticələrin təhlili maraq doğurur.

Bir sıra ekspertlər hesab edirlər ki, bu proqram çərçivəsində ən çox uğur qazanan ölkə Gürcüstan olub. Əslində Brüssel də bu qənaətdədir. Ermənistanla bağlı konkret bir fikir ifadə etmək çətindir. Bu ölkə rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət nəticəsində onun “Şərq Tərəfdaşlığı” proqramında yeri və rolu da aydın deyil. Azərbaycanla bağlı isə tamamilə fərqli situasiya yaranıb. Rəsmi Bakının müstəqil siyasəti “Şərq Tərəfdaşlığı” proqramı daxilində onun məxsusi və ardıcıl mövqeyinin olduğunu təsdiqləyir. Azərbaycan assosiativ sazişi imzalamamaqla düzgün siyasi kurs seçdimi? Brüssel sammitində bu məsələ yenidən gündəliyə gələ bilərmi, yoxsa Aİ artıq Azərbaycana münasibətdə çoxtərəfli əməkdaşlıq formatı ilə barışıb?

Deputat, BQB başqanı Fazil Mustafa hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı istiqamətində əməkdaşlığı bir çox müddətli geniş müzakirələr fonunda əslində əlaqələrimizin inkişafı baxımından faydalı bir istiqamət olub: “Amma mütləq mənada Avropa Birliyinin bir sıra istiqamətlərdə regional problemlərə baxışı ilə Azərbaycanın maraqları üst-üstə düşmədiyinə görə bəlli bir ziddiyyətlər də ortada qalıb. Burada həm də Avropa Birliyinin müəyyən məsələlərə prinsipial mövqe sərgiləməməsi də öz rolunu oynayıb. Çünki Azərbaycan əraziləri işğal olunmuşdu və işğal edən dövlətlə 2017-ci ildə belə bir sazişin imzalanması onu göstərdi ki, ərazi bütövlüyü prinsipini nə qədər bəyan eləsələr də, amma real praktik tətbiqində işğalçı ölkəyə qarşı sərt mövqe sərgiləmir. Eyni zamanda 44 günlük savaş dövründə, ondan sonrakı müddətdə də Ermənistana edilən dəstək, böyük miqdarda, 2,6 milyard avro maliyyə yardımının ayrılması, ardınca da müxtəlif layihələr üzrə yardımın verilməsi, Azərbaycan üçünsə cəmi 160 milyon yardım edilməsi, onun da hələ verilməməsi onu göstərir ki, bu standartlar fərqlidir. Fərqli olduğuna görə də Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində inam amili çox ciddi rol oynayır. Yəni birinci növbədə səmimiyyətə, əməkdaşlığın perspektivinə inanmalısan və əməkdaşlıqda müəyyən prinsipləri qorumağa çalışmalısan. Ona görə də Azərbaycan bütün bu kimi məsələlərdə Avropa Birliyinin Cənubi Qafqaz siyasətinə müəyyən qədər ehtiyatla yanaşır, burada da haqlıdır. Digər tərəfdən, Azərbaycan həm də müstəqil siyasət yeritdiyinə görə ayrı-ayrı dövlətlərlə, Avropa Birliyinə daxil olan ayrı-ayrı subyektlərlə ayrıca münasibətlər saxlama xəttini diqqətdən kənarda tutmur. Bu mənada AB-yə daxil olan xeyli ölkələrlə də əməkdaşlıq əlaqələri geniş şəkildə inkişaf edib”. F.Mustafa məhz bu mənada Ermənistanın avantajlı vəziyyət əldə etdiyini düşünmür: “Çünki bölgədəki proseslərdə Ermənistan Avropa Birliyinə ona görə daha çox arxalanır, yaxud dəstəyini almaq istəyir ki, ATƏT-in Minsk Qrupunun yenidən canlanması mümkün olsun. Burada əsasən iki dövlət Ermənistanın mövqeyini müdafiə edir: ABŞ və Fransa. Fransa Avropa Birliyinə daxil olduğuna görə bu birliyin siyasi kursunun da Ermənistana dəstək verdiyini düşünürlər. Amma hesab edirəm ki, Azərbaycan hər hansı şəkildə asossiativ sazişi indiki mərhələdə imzalamamalıdır. Rəsmi Bakı yenə də Avropa Birliyinə daxil olan ölkələrlə ikili əlaqələrə üstünlük verməlidir. Digər məsələlərdə də birlikdə bu prosesi irəli aparmağın yollarını tapmalıdır. Çünki əks halda, bu məsələ Azərbaycan üçün indiki şərtlərdə o qədər də əlverişli deyil. Çünki Avropa Birliyinin buradakı prosesləri tənzimləməsi mümkün deyil. Qurumun bu prosesə hansısa bir dəstək verməsi də, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qorunan hüquqlarını müdafiə etməsi də inandırıcı görünmür. Ona görə də biz yenə də ehtiyatlı mövqeyimizi davam etdirməliyik, daha çox bölgədə söz sahibi olan ölkələrlə əməkdaşlıq modelini inkişaf etdirməliyik, çünki sahədə tamam başqa proseslər gedir. Təbii ki, Avropa Birliyi ilə də bəlli bir standartların qorunması istiqamətində münasibətlərimizi saxlamalıyıq. Burada ilk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik. Əgər belə bir addım olarsa, Azərbaycan onlarla bağlı da istənilən səviyyədə əməkdaşlığı önə çəkə bilər”.

Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlərini açıqladı: “2013-cü ildən bu yana cərəyan edən proseslər Azərbaycanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamamaqda və heç bir manipulyativ davranışlara yol vermədən Aİ ilə münasibətlərinin perspektivi ilə bağlı mövqeyini öncədən, həm də açıq şəkildə sərgiləməkdə doğru addım atdığını sübuta yetirir. Hazırda Aİ ilə assosiativ saziş imzalayan ”Şərf Tərəfdaşlığı" proqramına üzv olan ölkələrdən hansısa birinin uğur qazandığını söyləmək çox çətindir. Əslində ortalıqda “uğur” sözünün doğurduğu assosiasiyaya uyğun gələn nəticə yoxdur. Ukrayna, Gürcüstan və Moldova ərazi bütövlüklərini bərpa etməyiblər, işğalçı Ermənistan isə müharibədə məğlub edilib". İqtisadi amillərə gəldikdə isə, E.Mirzəbəyli qeyd etdi ki, Aİ ilə assosiativ saziş imzalayan ölkələrdən yalnız Gürcüstan nisbətən sabit durumdadır: “Bu isə Avropa İttifaqı ilə birbaşa bağlı olan məsələ deyil. Əgər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri olmasaydı, Gürcüstan hazırda Moldova və Ukraynadan, bəlkə Ermənistandan da ağır durumda olacaqdı. İqtisadi sabitlik bir yana qalsın, Aİ heç assosiativ saziş imzaladığı ölkələrin enerji təhlükəsizliyi ilə bağlı problemləri həll edə bilməyib. Məsələn, bu ilin oktyabrında təbii qazın qiymətlərinin fantastik həddə çatması nəticəsində Moldovanın Aİ üzvü olan Rumıniya, Polşa və Almaniyaya müraciətləri nəticəsiz qalmışdı və rəsmi Kişinyov Azərbaycanın ”qapısını döyməyə" məcbur olmuşdu. Ukrayna isə iyun ayından Azərbaycandan təbii qaz almağın yollarını axtarır. Bu ölkədə artıq bir neçə aydır ki, ciddi enerji böhranı yaşanır və hətta bir sıra bölgələrdə elektrik enerjisinin fasilələrlə verildiyi bildirilir. Hazırda Ukraynada təbii qazın qiyməti hər min kub metr üçün 730 dollar təşkil edir ki, mövcud iqtisadi imkanlar çərçivəsində rəsmi Kiyevin ölkəni təbii qazla təmin edə biləcəyi inandırıcı görünmür".

Politoloq olduqca mühüm olan bir məqamı qeyd etdi: “Aİ-nin ”Şərq Tərəfdaşlığı"na üzv olan ölkələrin əraz bütövlükləri ilə bağlı nümayiş etdirdiyi qorxaq mövqe, bəzən “Şimal axını-2" layihəsində olduğu kimi, öz iqtisadi maraqlarını assosiativ müttəfiqlərindən dəfələrlə üstün tutması ittifaqa olan etimada ciddi zərbə vurub. Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasına münasibətdə nümayiş etdirilən ikili standartlar, Gürcüstan ərazilərinin ilhaqı prosesində Aİ-nin təmsilçisi kimi vasitəçi missiyasını yerinə yetirən Fransanın qorxaq davranışları, Ukrayna ilə bağlı məsələdə dəstəyin sözçülükdən o yana keçməməsi Avropa İttifaqına güvənməklə yürüdülən siyasətin perspektivinin olmadığını göstərir". E.Mirzəbəyli hesab edir ki, artıq ümumi mənzərə çoxlarına aydındır: “Məsələ burasındadır ki, postsovet məkanında artıq heç kim ”demokratiya" haqqında nağıllara inanmır və bu müddət ərzində bu coğrafiyada yaşayan xalqlar və onların liderləri Qərb siyasətçilərini “dişlərinə vuraraq” nəyə qadir olduqlarını müəyyənləşdiriblər. Rusiyanın ötkəm siyasətinin təməlində də bu amil dayanır. Putin Qərbin hara qədər gedə biləcəyini yaxşı bilir və onu da yaxşı bilir ki, Aİ öz maraqlarını təmin etmək üçün bütün yüksək dəyərləri ayaqlar altına atmağa və assosiativ müttəfiqlərini iqtisadi-siyasi alver predmetinə çevirməyə hazırdır. Bu baxımdan, Azərbaycan başqalarının indi əmin olmağa başladığı məsələlərlə bağlı qənaətini çoxdan müəyyənləşdirib və ötən hər gün Prezident İlham Əliyevin haqlı olduğunu təsdiqləyir".

Bir həftə sonra Brüsseldə nə baş verəcək, bunu indidən demək çətindir. Amma əminik ki, dövlət maraqlarımız həmişə olduğu kimi, bu dəfə də yüksək səviyyədə qorunacaq. Necə ki, Azərbaycan illər öncə assosiativ sənədi imzalamamaqda haqlı olduğunu isbatladı...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı – Talıbovdan sonrakı bir ayda nə baş verib?
Bu gün, 11:52
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı
Bu gün, 11:50
Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 11:43
Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39
Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37
İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi - "Ölkədə hər büdcəyə uyğun yaltaq var"
Bu gün, 11:36
Hacı Vəliyevin DURUMU AĞIRDIR... - Aclıq aksiyası keçirir...
Bu gün, 11:34
Baba Vəziroğlu nazirə nə hədiyyə edib? - "Mən olacağam"
Bu gün, 11:32
Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29
Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19
Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06
Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru