Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                 

“Hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq” - Sülhəddin Əkbər
Tarix: 6-11-2020, 08:58 | Çap et
 “Hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq”
Qarabağda gedən Vətən müharibəsinin möhtəşəm 40 gününü geridə qoyduq. Hər anı, hər saniyəsi bir tarix, bir dastan, hər günü bir başqa həyəcan olan bu savaşın yaşatdığı qələbələr, sevinc göz yaşları bəzən bir yuxu kimi gəlir. Lakin 27 illik işğala son qoymaqda olan bu 40 günü bizə yaşadan Azərbaycanın cəsarətli oğullarının döyüş meydanındakı qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və peşəkar, yorulmaz, mobil komandasının diplomatik siyasətidir. O nöqteyi-nəzərdən bu möhtəşəm 40 günün memarlarının həyata keçirdiyi şərəfli mübarizə müasir dünya tarixinə yazılmaqdadır.

Ordumuzun hər gün daha da irəliləməsi, düşmənin 40 gün ərzində aldığı sarsıdıcı zərbələrdən taqətini tamamilə itirməsi, Ermənistanın rəhbərliyinin istər hüquqi, istərsə siyasi baxımdan məğlub vəziyyətə düşməsi bizi böyük qələbəyə yaxınlaşdırır. Geridə qalan bir ay 10 günə nəzər salanda da aydın şəkildə görmək olur ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə edib.

Düşmənin 1992-1993-cü illərdə, yəni iki ildən çox müddətdə, hələ kənar qüvvələrin dəstəyi sayəsində çox çətinliklə işğal etdiyi torpaqlarımızın bir qismini indi cəmi ay yarıma azad etməyə müvəffəq olmuşuq. Bu, Ordumuzun gücündən, qüdrətindən, tərəflərin hansının haqlı və əzmkar, istəkli olmasından irəli gəlir. Odur ki, sentyabrın 27-dən bu yana artıq 4 rayon - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 200-dək kəndimiz düşmən tapdağından azad olunub, ermənilərin hərbi texnikası əsasən məhv edilib, bir hissəsi qənimət götürülüb.

Paralel olaraq siyasət meydanında Azərbaycan tərəfi Ermənistanın belini qırıb. Təbii ki, burada Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətli təsirlərini vurğulamaq lazımdır. Dünyanın əksər ölkələri, həmçinin qonşu dövlətlər Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara uyğun apardığı müharibəni dəstəkləyir, heç bir bəhanə tapa bilmirlər. Prezident İlham Əliyevin də dediyi kimi, Ordumuz BMT-nin həyata keçirməli olduğu qətnamələri icra edir və artıq 2 qətnamə reallaşıb. Baxmayaraq ki, oktyabrın 10-da, sonra 18-də və 23-də humanitar atəşkəsə riayət edilməsi barədə razılıq əldə olunub. Lakin düşmən anlaşmaya bir saat belə əməl etməyib. Ermənilər nəinki atəşkəsi pozublar, hətta cəbhədən uzaq olan Gəncə və Bərdəni raketlə vuraraq dinc insanları, uşaqları öldürüblər. Biz isə işğalçı güclərə döyüş poliqonunda cavab veririk, xain terrorun qisasını alırıq, separatçı rejimin bütün qaniçən generallarını məhv etməklə gücümüzü nümayiş etdiririk. Təsadüfi deyil ki, Vətən müharibəsinin 40 gününün tamamında qondarma respublikanın “hökuməti” İrəvana köçməli olub, Laçın yolunu bağlamağa məcbur qalıblar.

Ali Baş Komandan isə 27 sentyabrdan verdiyi bəyanatın arxasında dayanmaqdadır - Ermənistan rəhbərliyi torpaqların boşaldılması barədə cədvəli təqdim etsin, günü bu gün hərbi əməliyyatları dayandırmağa hazırıq.

Vətən müharibəsinin 40 gününü bizimlə dəyərləndirən deputat Vahid Əhmədov bildirdi ki, görülən işlər həddən artıq böyükdür. V.Əhmədovun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında şəhərlər, kəndlər, qəsəbələr azad edilib və yekun qələbəyə çox qalmayıb.

Deputatın fikrincə, çətinliklərin olması mümkündür, lakin Ordumuz tezliklə Laçın dəhlizi, Kəlbəcər yolu, Şuşa və Xankədini də işğaldan azad edəcək. “Bu 40 gündə əməliyyatların uğurla aparılmasında Ali Baş Komandan İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələrin böyük rolu oldu. Ali Baş Komandan bütün çıxışlarında qeyd etdi ki, işğalçı güclər bütün işğal edilmiş torpaqlardan çıxmalıdır, bu proses axıra qədər gedəcək və israrlı mövqeyini dünyaya nümayiş etdirdi. Eyni zamanda dövlət başçısı hər şeyi xalqla bölüşdü, dünyaya və cəmiyyətə ciddi mesajlar verdi” -, deyə V.Əhmədov möhtəşəm 40 günü belə qiymətləndirir.

Deputatın sözlərinə görə, Ermənistana kömək edən bəzi ölkələr var idi ki, Prezidentin açıqlamaları onları çəkinməyə vadar etdi: “İlham Əliyev yüksək səviyyəli lider olduğunu dünyaya bir daha nümayiş etdirdi. O baxımdan qələbələrimizdə onun müsahibələri rol oynadı. Bu, Vətən müharibəsidir və qısa müddətdə antiterror əməliyyatlarını uğurla başa çatdıracağıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, igid əsgərlərimizi qorusun”.

V.Əhmədov qeyd etdi ki, bu 40 gün ərzində Azərbaycana siyasi-mənəvi dəstəyi verən ölkələri də unutmaq olmaz: “Birinci növbədə Türkiyəni söyləməliyik. Qardaş ölkənin prezidenti hörmətli Ərdoğan, xarici işlərt naziri Çavuşoğlu, müdafiə naziri Akar və bütün türk xalqı yanımızdadır. Eyni zamanda Pakistan xalqı və baş naziri İmran Xan da bizim haqq işimizə dəstək verir və bu da bizi ruhlandırır. Bütün bunlar Prezidentin apardığı xarici siyasətin nəticələridir”.

Deputat bununla belə, ölkə rəhbərinin üç dəfə humanistlik edərək atəşkəsə getdiyini, amma ermənilərin əməl etmədiyini xatırlatdı. “Ermənistan hər üç humanitar atəşkəs razılaşmasını pozdu, mülki əhalini hədəfə aldı, Gəncə, Bərdə, Mingəçevir bombalandı. Bu, onların vəhşi xislətidir. Başa düşürlər ki, müharibəni uduzurlar, oan görə sivil əhaliyə bombalar yağdırırlar. Ən əsası son hadisələr göstərir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanın dövlət kimi bölgədə qalması sual altına düşəcək. Regionda ciddi hadisələr baş verir, qonşu ölkələrin münasibətlərində yeni baxışlar var və Ermənistanın həm iqtisadi, həm siyasi vəziyyətinin ağırlaşması onun dövlət kimi varlığını sual altına qoyacaq” -, deyə deputat bildirib.

Deputat Asim Mollazadə də qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri cəsarətli hərbçilərimiz və müasir hərbi texnologiyalarla öz torpaqlarını azad etməkdədir: “Bu gün Ordumuz beynəlxalq təşkilatların funksiyalarını öz üzərinə götürüb, BMT qətnamələrinin bir neçəsi icra olunub. Həmçinin Minsk Qrupunun Ermənistanı sülhə məcbur etməsi üçün böyük uğurlar qazanılıb”.

A.Mollazadə hesab edir ki, Ali Baş Komandanın Ordunun idarə olunmasında, xarici siyasətdə, dünyaya həqiqətləri çatdırmaqda göstərdiyi fəaliyyət xüsusi qeyd olunmalıdır. Deputat inanır ki, hərbi əməliyyatlar tezliklə Azərbaycanın qələbəsi ilə yekunlaşacaq və işğal edilmiş bütün ərazilərimiz azad olunacaq.

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər qəzetimizə bildirdi ki, 40 gün sonra müharibə həlledici mərhələyə daxil olub. Onun sözlərinə görə, bütün proseslər bundan sonra nələr baş verəcəyindən asılıdır. S.Əkbərin fikrincə, hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq: “Ordumuz artıq Laçın dəhlizinə və Şuşaya dayanıb, əməliyyatlar bu istiqamətdə gedir. Bu kritik dönəmi uğurla başa vursaq, ermənilər üçün sınma anı ola bilər”.

Qeyd edək ki, ukraynalı bloger Mixail Onufriyenko Azərbaycan Ordusunun üstünlüyünü vurğulayıb: “40 minlik Ermənistan ordusu havada, canlı qüvvədə və texnikada üstünlüyə malik olan Azərbaycanın 250 minlik Ordusuna qarşı döyüşür. Hərbi əməliyyatlar eyni templə davam edərsə, erməni əsgərləri bitəcək və Azərbaycan axır ki, Qarabağı alacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru