“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                 

"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq" - deputat
Tarix: 28-10-2020, 08:13 | Çap et
"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq"
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən görür. Türkiyə mediasından tutmuş, ən yüksək rəhbərliyinə qədər, birmənalı şəkildə Azərbaycanı dəstəkləməkdədir. Bu dəstəyə görə ermənipərəstliyi ilə tanınan bəzi ölkələr Türkiyəni sanksiyalarla belə hədələməkdən çəkinmirlər.

İqtisadçı-ekspert, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan vətəndaşlarını qardaş ölkəyə dəstək üçün öz vəsaitlərini Türkiyəyə yatırmağa çağırıb: “Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.

V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin ”Bir millət, iki dövlət" birliyinə hamımız töhfə verək"!

Qeyd edək ki, koronavirus pandemiyasının təsiri ilə bütün dünyada xarici investisiyaların kəskin azalması müşahidə olunur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49 faiz azalaraq 399 milyard dollar təşkil edib.

Azalma birbaşa xarici investisiyaların bütün əsas növlərinə toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37 faiz, transsərhəd birləşmə və satınalmaların sayı 15 faiz, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25 faiz azalıb.

Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75 faiz azalaraq 98 milyard dollar təşkil edib. O cümlədən Şimali Amerikanın yüksək inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinə birbaşa investisiyalar 56 faiz azalaraq 68 milyard dollara düşüb.

Asiyada isə əsasən Çinin hesabına investisiyaların azalma sürəti aşağı olub - cəmi 12 faiz. Keçid iqtisadiyyatına malik ölkələrdə birbaşa xarici investisiyalar əsasən Rusiyadakı kəskin azalma hesabına 81 faiz kiçilib.

İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16 faiz azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28 faiz, Latın Amerikası və Karib dənizinə 25 faiz azalıb.

Hesabatda 2020-ci ilin yekununda dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi, 30-40 faiz azalacağı bildirilir.

Bu hesabat göstərir ki, Türkiyəyə xarici investisiyaların azalmasının mühüm səbəblərindən biri pandemiyadır. Nəzərə alaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 2018-ci ildəki rekordunu 2 faiz üstələyərək 180,5 milyard dollara yüksəlmişdi. Bu fonda idxalın kəskin azalması nəticəsində ölkənin xarici ticarət kəsiri az qala ikiqat azaldı - 54,3 milard dollardan 29,9 milyard dollara. Bu nəticələr bütün beynəlxalq maliyyə-iqtisadi təşkilatların 2020-ci ildə Türkiyə iqtisadiyyatında dünyada ən yüksək səviyyədə - 5-7 faizlik artım proqnozlaşdırmasına səbəb olmuşdu. Ötənilki 35 faiz azalmaya qarşılıq bu il üçün qardaş ölkəyə xarici investisiyaların 15 milyard dollar həcmində olacağı gözlənilirdi. Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Türkiyədə iqtisadiyyata ciddi zərər vurdu.

Sırf koronavirus pandemiyasının təsiri ilə Türkiyədə bu ilin ikinci rübündə 9,9 faizlik iqtisadi daralma qeydə alınıb. Daralma sənaye sektorunda daha yüksək olub - 16,5 faiz.

İlin ilk iki rübündə Türkiyə iqtisadiyyatı pandemiyanın mənfi təsirini daha çox hiss etsə də, üçüncü rübdən vəziyyət xeyli yaxşılaşıb. Bunun nəticəsində "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyədə bu ilin yekununda gözlənilən iqtisadi azalma proqnozunu yaxşılığa doğru dəyişib: 3,9 faiz əvəzinə 3,2 faiz.

Türkiyə hökuməti bu ili iqtisadiyyatın 0,3 faiz böyümə ilə başa vuracağını proqnozlaşdırır. Ölkənin maliyyə naziri Berat Albayrakın sözlərinə görə, 2021-ci ildə pandemiyanın təsiri ilə azalan tələbin yenidən artması nəticəsində Türkiyədə iqtisadi artım 5,8 faizə qədər yüksələ bilər. Pandemiya davam edərsə, bu rəqəm 3,7 faiz ola bilər.

Azərbaycanın 2019-cu ilin sonunadək Türkiyəyə yatırdığı investisiyanın həcmi 17 milyard dollar təşkil edib. SOCAR-ın bu ölkə ilə bağlı yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, SOCAR vasitəsilə yatırılan investisiyaların həcmidir.

Özəl sektorun, sadə vətəndaşların sərmayələri bura daxil deyil. Özəl sektor və sadə vətəndaşların Türkiyədə yatırımları da kifayət qədər yüksək həcmdədir. Bu ölkədə azərbaycanlıların Türkiyədə ən çox vəsait qoyduğu sahələrdən biri daşınmaz əmlakdır. Türkiyə Statistika Qurumunun məlumatına görə, yanvar - 2015 - avqust - 2019 dövründə azərbaycanlılar bu ölkədə 4 min 328 mənzil alıblar. Təkcə bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil əldə edib. Bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08 faiz çoxdur. Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51 faiz çoxdur.

Daşınmaz əmlakdan əlavə, azərbaycanlılar Türkiyədə ticarət, xidmət, nəqliyyat sahələrinə də həvəslə investisiya yatırırlar. Bu baxımdan, millət vəkilinin təklifi Azərbaycan vətəndaşlarının qardaş ölkəyə yatırımlarının daha da artmasına gətirib çıxara bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru