Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                 

“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır? - İLGİNC
Tarix: 20-05-2020, 08:28 | Çap et
“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır?
Milli Şuranın sədri Cəmil Həsənli 8 aya yaxındır ki, Amerikaya gedib. Tarixçi alimin geri qayıtmaq fikrinin olmadığı açıq görünür. Onun Milli Şuranın iclaslarına internet üzərindən qatılması bunu deməyə əsas verir. C.Həsənlinin birdəfəlik Amerikaya köçdüyü yönündə də səslənən iddialar var.

Son olaraq, günlər öncə Milli Şuradan istefa verərək, səs-küy yaradan tanınmış yazıçı, rejissor Eldəniz Quliyev rupor.az-a müsahibəsində gedişi barədə danışarkən C.Həsənlinin məsələsinə də toxunub. O, istefasını bu cür əsaslandırıb: “Xalqın mənafeyi əsas götürülməlidir, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmaq lazımdır, siyasi maraqlar milli və dövlət maraqlarından sonra gəlməlidir. Biz bunu istəyirik. Təəssüf ki, Milli Şurada söylədiyim kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hakimiyyət pilləkəndir, onun sonuncu pilləsinə qədəm qoymaq istəyirsən, ancaq birinci pilləsi olan milli-mənəvi dəyərlər sistemini nəzərə almırsan. Onda ikinci pilləyə atdanıb çıxacaqsan? Bu, mümkün deyil axı, yıxılacaqsan, əziləcəksən, əzalarını sındıracaqsan. Siyasət yolunda bütün pillələri aramla keçəcəksən, əks təqdirdə, həmişə pilləkənin sonuna boylana-boylana qalacaqsan”.

O qeyd edib ki, yürüdülən yanlış siyasət nəticəsində Milli Şura ilə xalq arasında böyük çat yaranıb: “Xalqın avanqardına çevrilmək yolu tutubsansa, onun dəyərləri ilə hesablaşacaqsan, milli əxlaqına hörmət edəcəksən. Məntiqlə belə olmalıdır, sən xalqın fəlsəfəsinə zidd və ziyanlı olan amal yürüdəcəksənsə, məğlubiyyətə düçarsan. Mən belə olmasını istəmirdim. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər - təhqirləri, ittihamları qəbul etməli olurdum, düşünürdüm, bu adamları səhv yoldan çəkindirə bilərəm, gedib uçuruma düşməsinlər deyə, özümü fəda edirdim. Milli Şuranın mənə qarşı belə münasibət sərgiləməsi ikiqat ağırdır”.

Cəmil Həsənlinin əqidə mutasiyasına uğradığını deyən E.Quliyev keçmiş sədrinin ABŞ-dan, ümumiyyətlə, qayıtmayacağına da eyham vurub: “Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir. Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burada olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”.

Milli Şura sədrinin gedişi ilə bağlı iddialardan biri də odur ki, AXCP lideri Əli Kərimli bunda maraqlı olub. Bu ehtimal belə əsaslandırılır ki, Kərimli özünü müxalifətin “şəriksiz lideri” kimi göstərmək üçün tarixçi professoru Amerikaya yola salıb.

Milli Şura ətrafında gedən müzakirələr sırasında qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlməyə hazırlaşdığı" yönündə dediyi fikirlər də yer alıb. O, bu fikirləri qurumun yayılan son rüsvayçı videolarının birində səsləndirib. Bu cür fikirlərin ortaya atılmasında C.Həsənlinin payının olduğu istisna edilmir. Onun Amerikaya gedişindən sonra Kərimli və ətrafının guya Amerikanın payızda Azərbaycanla bağlı planlar qurduğu, bunun üçün Həsənlinin danışıqların içərisində yer aldığı barədə cəfəng fikirlər dövriyə buraxdıqları qeyd olunur.

Azadlıq Partiyasının sədri Əhməd Oruc “Yeni Müsavat”a açıqlamasında məsələlərə bu cür münasibət sərgilədi: “Öncəliklə onu deyim ki, Cəmil bəy Amerikaya getdikdən sonra ritorikasında xeyli sərtləşib. Ona görə ölkəyə qayıtmağa bir qədər tərəddüd edir. Burada istifadə etmədiyi sərt ritorika ilə siyasi proseslərə münasibətini bildirir. Açığı deyim ki, Milli Şuranı maliyyələşdirən bir dairə var. Həmin dairə də cinsi azlıqların müdafiəsini həyata keçirir. Bu qurum onların tezislərini cəmiyyətə təqdim etməyə çalışır. Milli Şurada son baş verənlər və nəticədə cinsi azlıqlara görə iki nəfərin istefa verməsi çox şeyi göstərir. Bu qurumun fəxri sədri Rusiyada, hüquqi sədri Amerikada, amma real sədri Əli Kərimli Azərbaycandadır. Milli Şura o qədər də böyük qurum deyil. Azərbaycan cəmiyyətində populyar olmayan qrup tərəfindən maliyyələşdirilir. Vaxtilə Rusiyanın maraqlarını təmin etmək üçün yaratdığı birlikdir. Milli Şura Rusiya və Amerikanın istəklərini yerinə yetirməyə hazır olduğunu daim nümayiş etdirib. Həmsədrlərin o ölkələrdə olması çox şeyin etirafıdır”.

Partiya sədri Milli Şuranın payız barədə xülyalarından da danışdı: “Etiraf edək ki, iqtidar dayanıqsızdır. Amma istənilən kataklizmdən hakimiyyət dəyişikliyi baş verə bilər. Bu heç kimə sirr deyil. Amma indiki dönəmdə koronavirus bəlasının olduğu, dünya iqtisadiyyatında ciddi problemlərin yaşandığı, münasibətlərdə çatların baş verdiyi bir dövrdə Azərbaycanda nəyinsə ola biləcəyinə inanmıram. Şəxsən Amerikanın belə bir niyyətdə olduğuna da inanmıram. Hakimiyyət dəyişikliyi üçün qeyd etdiyiniz qurumun heç bir resursu yoxdur. Payızda nəyinsə olacağına inanmaq bir xəyaldır. Bunun bir məntiqi əsasını da görmürəm”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Bu gün, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Bu gün, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Bu gün, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru