Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                 

Hitler, Paşinyan və Araz Əlizadə... - Deputat yazır...
Tarix: 18-05-2020, 09:23 | Çap et
Hitler, Paşinyan və Araz Əlizadə...
30 may 2017-ci ildə keçmiş sosial-demokrat deputat Araz Əlizadə “Şərq” qəzetinə belə bir açıqlama vermişdi: “Əslində mən Hitlerə minnətdaram ki, o, Məhəmməd Əminin sözünə qulaq asıb, azərbaycanlılardan ibarət diviziya yaratmadı. M.Ə. Rəsulzadə Hitlerdən azərbaycanlılardan ibarət diviziya yaratmağı xahiş etmişdi. Bu olsa idi, bizi tamam sürgün edəcəkdilər. Məhəmməd Əminin dediyi olsaydı, indi bu torpaqlarda ermənilər yaşayırdı”.

Burada mühacirətdə Azərbaycan Milli davasının yorulmaz lideri Rəsulzadənin faşist Almaniyası ilə əməkdaşlığana işarə edən nüanslar yer alırdı və o zaman məsələ ilə bağlı bizim də faktların təhrif olunmasına görə sərt mövqeyimiz mediada işıqlandırılmışdı. Təqribən buna bənzər fikirlər bir neçə dəfə Məhəmməd Əmin bəyin kimliyinə qarşı nifrətini gizlətməyən Azərbaycandakı başqa kəsimlər tətərfindən də işlədilimşdi.

Yekunda erməni faşizminin yeni lideri Nokol Paşinyan da ötən günlərdə belə bir açıqlama ilə çıxış etdi. Paşinyanın babasının İkinci Dünya müharibəsi zamanı əsir düşərək faşistlərlə əməkdaşlığı barədə faktlar aşkarlanandan sonra Azərbaycan tərəfinin ittihamlarını cavablandırmaqda aciz qalan erməni politoloqları ona cavab üçün tezis veriblər ki, bəs sən də Rəsulzadə məsələsini ortaya at. Eyniylə saxta soyqırım məsələsi kimi. Burada “Olmayan bir tezis bir neçə dəfə təkrarlandıqca, onsuz da bir yerlərə oturacaq” prinsipi ilə ənənəvi erməni davranışından söhbət gedir.

Qısa yoldan gələk. Rəsulzadənin 30-cu illərin Almaniyasında olması, müxtəlif danışıqlarda iştirak etməsi bir tarixi faktdır. M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Bütün danışıqları da Milli Azərbaycan Komitəsinin rəhbəri, yəni faktiki Azərbaycan mühacirət hökumətinin rəhbəri kimi aparıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub.

M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək idi. Ramiz Abutalıbovun ortaya çıxardığı sənədlərə görə bu əsərlərin ümumi sayı 150 min idi və sonradan Sovetlər Berlini işğal etdiyində 28 min nəfər azərbaycanlı əsir Qərb müttəfiqlərinə könüllü təslim olmuşdular. Eyni zamanda Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul ediləmsi şərti ilə danışıqlar aparmaq müttəfiqlik deyil, əməkdaşlıq deyil, birbaşa Azərbaycanın milli maraqlarının qorunması istiqamətində atılan ən cəsur addımlardan biri idi.

Bütövlükdə Hitler ayrı-ayrı “milli komitələr”lə deyil, məhdud səlahiyyətli “milli komissiya”larla əməkdaşlıq etməyi planlaşdırırdı ki, bu da Azərbaycanın maraqlarına uyğun gəlmirdi.

Maraqlıdır ki, nə azərbaycanlı, nə də erməni opponentlərdən kimsə Rəsulzadənin faşistlərə rəğbətlə yanaşdığını əks etdirən bircə cümləsini belə tapıb çıxara bilmirlər. Əməkdaşlıq edəndə gərək hansısa xoş sözləri də qarşı tərəf haqqında söyləmiş və ya yazmış olasan ki, qarşı tərəfi məmnun edəsən. Bunun əksinə, Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə açıq şəkildə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”. Bu barədə tanınmış Rəsulzadə tədqiqatçısı Nəsiman Yaqublunun “Azərbaycan legionerləri” (Bakı, 2005) kitabında faktlara əsaslanan geniş açıqlama verilib.

Digər tanınmış tədqiqatçı Aydın Balayev “Məmməd Əmin Rəsulzadə (1884-1955)” adlı monoqrafiyasında yazırdı: “Prometey” hərəkatının liderlərindən olan N. Jordaniya 1940-cı ilin fevralın 14-də bəyanatla çıxış edərək bildirirdi ki, “millətlərin hürriyyətini böyük bir rahatlıqla həll edən Alman dövləti Gürcüstanın hürriyyətini yenidən bərpa etmək istəyində olmayacaq”. Hələ 1933-cü ildə Hitlerə mənfi münasibətini açıq bəyan edərək onu demokratiyanı boğmaqda ittiham edən Rəsulzadə də Jordaniyannı bu mövqeyini bölüşürdü.

1943-cü ildə Azərbaycan legionları qarşısında məşhur çıxışında Rəsulzadə azərbaycanlı legionerləri öz azadlığı uğrunda vuruşan xalqlara qarşı silah qaldırmamağa çağıraraq Avropa xalqlarının azadlığını və siyasi müstəqilliyini əlindən alan nasist Almaniyasının heç vaxt Azərbaycana müstəqillik verməyəcəyini bəyan edib. Məhz bu çıxışına görə Vermaxtın Şərq nazirliyi Rəsulzadənin legionlarla əlaqələrini qadağan etmiş və bundan sonra o, Almaniyadan Buxarestə köçmüşdü. Bu çıxışın ardınca almanlar onun opponentləri olan Xasməmmədov qruplaşması və F.B. Düdənginski ilə planlarını müzakirə etməyə başlamışdılar. Bu mühacirlərin də faşistlərə nifrəti vardı, lakin Stalin rejiminə nifrətləri daha çox olduğuna görə bu münasibətlərin qurulmasına vəziyyətdən yeganə çıxış yolu kimi yanaşırdılar.

Digər tərəfdən hələ SSRİ hərbi kəşfiyyat xidmətinin 1944-cü ildə alman-faşistlərlə əməkdaşlıq edən Qafqaz mühacirləri haqqında hazırladığı və SSRİ xarici işlər naziri Molotova təqdim etdiyi hesabatda faşist kəşfiyyat idarəsi olan “Abver”lə əməkdaşlıq edənlərin adları ayrıca qeyd olunmuşdu və burada o zaman ən məşhur mühacir simalardan olan Rəsulzadənin adı yer almamışdı. Bu sənədi çıxarıb Paşinyanın gözünə soxmaq yetərlidir məncə.

Qondarma ittiham mövzusu olan bütün məsələlər belə süjet xətti ilə başa çatır. Bu böyük lider çantasında bir kağız sənəd və qəlbində isə bir ruh gəzdirirdi: “Azərbaycanın müstəqilliyi!”

Avropanın hər yerində fərqli ideologiyalara sahib hökumətlər iş başındaydı. Rəsulzadə bir siyasət adamı kimi, solçu ilə də, sağçı ilə də, mərkəzçi ilə də, faşistlə də, kommunistlə də görüşməyə hazır idi və imkan tapdıqca görüşürdü və birinci sualını sorurdu: “Siz kommunist əsarətində olan Azərbaycanın müstəqilliyini tanıyacaqsınızmı?” Kimsə bu müstəqilliyi tanımaq istəmirdi və Rəsulzadə də Azərbaycanın müstəqilliyini tanımaq istəməyəni tanımaq istəmirdi. O, faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlıları xilas edərək milli davaya cəlb etməyə çalışırdı.

Əslində faşistlərlə birbaşa ən ciddi əməkdaşlığı sonralar faşizmə qarşı mübarizənin az qala simvoluna çevrilmiş Stalin-Molotov dueti etmişdi. SSRİ-nin 1939-1941-ci illərdə Polşanın, Baltikyanı ölkələrin, Finlandiyanın. Bessarabiyanın, Ukraynanın başına gətirdiklərinin yanında faşistlər toya getməli idilər. Və bunları da faşistlərlə bağlanan Molotov-Ribbentrop paktının gizli müddəlarına əsaslanaraq qarşılıqlı razılaşma əsasında etmişdilər. O dərəcədə dərin əməkdaşlıq olmuş ki, faşistlərin hücumundan bir neçə həftə keçəndən sonra belə Sovet cəmiyyətini inandıra bilmirdilər ki, ən yaxın dostları olan Faşist Almaniyası SSRİ-yə hücum edib. Bunu biz demirik, dövrün tədqiqatçılarından olan Leonid Mleçin yazdığı “Kremlin gizli diplomatiyası” əsərində faktlarla ortaya qoyur.

Faşist Almaniyası, faşist İtaliyası, faşist İspaniyası - bunlar hər biri sadəcə rejimlər deyildi ki? Bu faşistlər hakimiyyət başında olduqları konkret dövlətləri təmsil edirdilər və dövlətlər arasında münasibətləri rejimlərlə əməkdaşlıq kimi qələmə vermək politoloji səfehlikdir. Hansı ki, Paşinyan məhz özünü bu cür aparır. Adamın babası əsgər olub, bu və ya digər səbəbdən əsir düşüb, bu və ya digər səbəbdən faşistlərlə əməkdaşlıq edib, bəlkə də SS orduları içində onlarla dinc insanın qətlində iştirak edib. Buna cavab vermək, hətta vəziyyəti yumşaltmaq, babasının əməkdaşlığa əlacsızlıqdan razı olduğunu bəhanə gətirmək yerinə, adam Azərbaycan mühacirət hökumətinin başçısına istənilən dövlət və onun təmsilçisi ilə apardığı danışıqlara görə mənasız ittiham irəli sürür. Maraqlıdır ki, Rəsulzadə üçün yalnız bir qırmız xətt mövcud idi: Azərbaycanın müstəqilliyi. Bir tək quru canı ilə Avropada at oynadan Hitlerin ət maşınının qarşısında “Azərbaycanın müstəqilliyini tanıyacaqsanmı?” şərtini qoymaqdan böyük qəhrəmanlıq nümunəsi haradan tapa biləcəksiniz? Bu müstəqilliyə birmənalı münasibət ortaya qoymadığına görə hətta sığındığı qardaş Türkiyəni tərk edərək, bu davaya dəstək verə biləcək dövlətləri bir-bir gəzərək təkliflərini ortaya qoymamışdımı?

Əslində faşizmlə bağlılığı müasir ermənilər trətdikləri Xocalı soyqırımında axtarmalı olduqları kimi, onların babaları 1918-ci ilin mart ayında törtədikləri Bakı, Şamaxı, Quba soyqırımında axtarmalı olduqları kimi eyni zamanda 1918-ci ildə ilk respublikalarının parlamentinin formalaşmasında da axtarmalıdırlar. Sadəcə hər iki dövlərin, ilk respublikaların parlamentlərin tərkibinə diqqət yetirsələr, məsələyə daha rahat aydınlıq gətirmiş olarlar. 1918-ci ildə Azərbaycan Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu.

Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar qanunverici oranın fəaliyyətini pozmaq üçün Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiyası - 38 nəfər, “İttihad” - 13 nəfər, “Əhrar” - 6 nəfər, “Sosialistlər” bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, “Daşnaksutyun” fraksiyası - 6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası - 4 nəfər. Diqqət yetirin, ruslara yer verilib, milli azlıqlara yer verilib, üstəlik də 8 ay öncə Bakıda 31 mart soyqırımını bolşevik erməniləri ilə birlikdə törətmiş digər erməni ünsürlərinə də parlamentdə 21 yer verilmiş. Bunlar erməni fraksiyası və “Daşnaksyutun” fraksiyası adları altında müstəqil Azərbaycan parlamentinə daxil olmuşlar. Faktiki olaraq 11 nəfər erməni deputat Azərbaycan Parlamentində bərabərhüquqlu üzv kimi iştirak etmişdir. Və rus dilində çıxış etmək, müzakirələrdə iştirak etmək hüququna sahib olmuşlar. Azərbaycan Cümhuriyyəti dövründə bizim hökumətdə bir erməni nazir də olub- səhiyyə naziri A. Dastakov ( 14 aprel 1919- 22 dekabr 1919).

Həmin illərdə yaranan Ermənistan parlamentinnə 1919-cu ildə keçirilən birbaşa seçkilərdə 80 nəfərlik parlamentin 72 yerini “Daşnaksyutun”, 4 yeri eserlər, 1 yeri müstəqillər, yalnız 3 yeri müsəlmanlar tutmuşlar. Ruslara yer yox, milli azlıqlara yer yox, üstəlik də həmin dövr Ermənistan əhalisinin haradasa yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinə etnik varlıq kimi deyil, dini icma adı ilə cəmi 3 yer verilmişdir. Faşizim budur e... Bir dövlətin faşist zehniyyəti üzərində quruluşunun təməli beləcə qoyulmuşdur. Fikrimcə erməni faşizminə, başqa xalqların hüquqlarını tanımamazlıq sindromuna bu aspektdən cavab verməmiz daha doğru olardı.

Burada bir haşiyə də çıxaq ki, ölkə prezidenti tarixin araşdırılmasına xüsusi diqqət yetirsə də, bu sahədə ayrılan vəsaitlərin səmərəli istifadə oluduğu qənaətində deyiləm. İki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası buraxılıb, içində dəxli olmadan xeyli sayda müasir dövrümüzə aid bir sıra məqalələr yerləşdirilib, lakin 1918-1920-ci ildə mövcud olmuş Ermənistan Respublikasının Parlamenti və burada təmsil olunan 3 nəfər müsəlman deputat barədə ümumiyyətlə bilgilər yer almayıb. Materialların müəyyən hissəsində bədiilik elmilikdən daha çöx özünü büruzə verir. Bir sıra materiallar mənbə və üslub baxımından yeniləşdirilməyib. Ümumilikdə isə nə Sovet dövründə, nə də müstəqillik dövründə yüksək standartlara cavab verən ensiklopediya sistemi formalaşdıra bilmədiyimizi düşünürəm.

Bu kimi əsassız ittihamların ermənilər tərəfindən irəli sürülməsi bizim Rəsulzadə irsinə və şəxsiyyətinə daha fəxarətlə yanaşmamıza, ən ağır şərtlər altında onun Azərbaycan müstəqilliyi üçün əlindən gələn bütün cəhdləri etdiyinə inamımızı bir daha möhkəmlədir.

Fazil Mustafa
//yenisabah.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Bu gün, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Bu gün, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Bu gün, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru