Taliban Əfqanıstanı zülmətə bürüyür... .....                     Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... .....                     AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... .....                     "Siyasi müstəvidə də vəziyyət dəyişir..." .....                     “Azercell”in vətəndaşın cibinə girməkliyi... .....                     Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... .....                     Əli Həsənov hələ də TENDER UDUR .....                     Naxçıvanda işıq dirəyi YEYİNTİSİ .....                     Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... .....                     Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb .....                     Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” .....                     40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Bakıda kişi ondan pul istəyən sevgilisini döydü .....                     Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: .....                     Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib .....                     İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var .....                     Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu .....                     Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib .....                     “Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib .....                     Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib .....                     Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib .....                     Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir .....                     İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası .....                     Ən radikal “erməni”nin Bakıya növbəti hücumu .....                     SEPAH İsraili müharibə ilə təhdid etdi .....                     Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb .....                     “Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür .....                     BDU tələbələri PULLARINI TƏLƏB EDİR... .....                     “Elza Seyidcahanın yeri səhv düşüb” .....                     Həvəsinə görə məhkəməlik oldu .....                     "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" .....                     "DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? .....                     Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                 

"Bunu çevriliş adlandırmaq olmazdı" - Partiya sədri
Tarix: 16-05-2020, 09:46 | Çap et
"Bunu çevriliş adlandırmaq olmazdı"
1992-cü ilin 15 mayında baş verən hadisələrdən 28 il ötdü. Həmin ilin 5-6 martında Azərbaycan Ali Sovetində gedən iki günlük gərginlik müzakirələrdən sonra o zaman prezident olan Ayaz Mütəllibov istefaya getmişdi. Onun may ayında hakimiyyətə qayıdış cəhdi xalqın ciddi müqaviməti ilə qarşılanmış və nəticədə sabiq prezident ölkəni tərk etməyə məcbur olmuşdu.

Hər ilin bu günləri 15 may hadisələri ətrafında yeni-yeni müzakirələr açılır. Əksəriyyət bunu xalq inqilabı kimi qəbul etsə də, həmin hadisələri hakimiyyət çevrilişi kimi qəbul edənlər də var. Mütəllibovun birdəfəlik gedişindən sonra iqtidara gələn Xalq Cəbhəsinin doğru addım atıb-atmadığı yönündə də ziddiyyətli fikirlərə rast gəlirik.

Mövqelərdən biri ondan ibarətdir ki, Mütəllibov Rusiyanın adamı idi və o hakimiyyətdə qalsaydı, ərazi itkiləri ilə üzləşməzdik. Bu polemikalarda inqilab yolu ilə hakimiyyətə gəlib, çevrilişlə iqtidardan uzaqlaşdırılan AXC hökumətinin tərəfində duranlar çoxluq təşkil edirlər. 15 may hadisələrinin Azərbaycana nələr verdiyi yönündə də çoxsaylı mövqelər mövcuddur.

Həmin hadisələrin canlı şahidlərindən biri, o zaman AXC Ali Məclisinin üzvü olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a 28 il öncəki hadisələrin dəyişkən məsələ olmadığını qeyd etdi: “Bu məsələ ilə bağlı kim nə fikir söyləyirsə söyləsin, bu, sabit bir məsələdir, yəni dəyişən deyil. Baş verən hadisə tarixin reallıqları idi. O dövrdə açıq şəkildə cəbhələşmə var idi. Söhbət ondan gedirdi ki, ya imperiyanın, ya da xalqın yanında durmalı idin. Ayaz Mütəllibov dinc yolla istefaya getmişdi və ona əməkdaşlıq təklif olunmuşdu. Lakin o bundan imtina etmişdi. Ciddi şəkildə imperiyanın göstərişi ilə geriyə qayıtdı. Həm də bir ultimatum ilə qayıtmışdı. O, imperiyanın ayaq səsləri kimi gəlirdi, imperiyanın istəklərini gətirirdi. Onun xətti xuntanı dəstəkləməkdən ibarət idi. Söhbət fərdə qarşı mübarizədən getmirdi. O vaxtları Əbülfəz Elçibəy hətta bildirirdi ki, Əbdürrəhman Vəzirovla belə birlikdə işləmək, əməkdaşlıq etmək lazımdır. Bütün milli qüvvələri, millətin resurslarını toplamaq lazım idi.

Kimin siyasi baxışından asılı olmayaraq, buna ehtiyac var idi. O dövrdə xeyli Kommunist Partiyasının üzvləri xalqla bir yerdə oldular. Hakimiyyətdə təmsil olunanlar xalqla birlikdə həmrəylik nümayiş etdirdilər. Kim xalqla birlikdə idisə, yüksək vəzifələr tutdular. Məsəl üçün, baş nazir vəzifəsini tutan Rəhim Hüseynov Xalq Cəbhəsinin üzvü deyildi, kommunist idi. Buna baxmayaraq, Elçibəy onu baş nazir postunda saxladı. Bu siyahını uzatmaq da mümkündür. O dövrdə təkliflər səsləndirilirdi ki, hamı bir yerdə olsun. Təklifi müsbət dəyərləndirənlər kifayət qədər çox idilər. Kimsə imperiya adından bura gəlmək, revanş etmək istəyirdisə, buna yol vermək olmazdı. Gəlmişdisə, ancaq əməkdaşlıq etməli idi. Milli azadlıq hərəkatı ilə qazanılan müstəqilliyi sən gəlib imperiyaya verə bilməzdin”.

F.Quliyev 15 mayı xalq inqilabı sayır: “Bunu çevriliş adlandırmaq olmazdı. Birbaşa inqilab idi. Bu proseslər təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verirdi. Bundan da xeyli əvvəl Şərqi Avropada baş vermişdi. SSRİ o yerlərdə də xalqların istəklərini əzmiş, orada dəyişikliklərə imkan verməmişdi. Ondan sonra Qazaxıstanda hadisələr baş vermişdi. İmperiyadan qopma prosesləri gedirdi. Yəni bu hakimiyyət davası deyildi. Mən Xalq Cəbhəsində partiyaya çevrilənə qədər qaldım. İstəyim ölkəmizin müstəqilliyi idi. O zaman yüz minlərlə insan bu cür düşünürdü. Azərbaycan əsl bir müstəqillik savaşı aparırdı. Heç kəs vəzifə barədə düşünmürdü. Bu baxımdan 15 may hadisələrini hakimiyyət çevrilişi yox, xalq inqilabı adlandırmaq ən doğrusudur. Xalq imperiyanın yenidən geri qayıtması təhlükəsinə qarşı birləşdi. Bir mərhələ başlamışdı, onu sona çatdırmaq lazım idi”.

Müsahibimiz tarixi hadisənin Azərbaycana nələr verdiyindən də söz açdı: “Burada xalqın, xalqa qarşı olanların mövqeyi aydın oldu. Bütün dünyaya o da aydın oldu ki, biz xalq olaraq müstəqil olmaq istəyirik. Başqa bir istəyin həyata keçməyəcəyi qətiləşdi. Xalqın məlum niyyətin qarşısında duracağı aydınlaşdı. Bundan sonra bütün seçimlərdə bu prioritet oldu. Doğrudur, sonrakı dövrlərdə hakimiyyət çevrilişi cəhdləri yaşandı. Xarici dövlətlər buradakı maşalarından istifadə etməyə çalışdılar. Amma müstəqilliyimiz möhkəmləndirildi”.

Partiya sədri 5-6 mart hadisələrində A.Mütəllibovun istefaya göndərilməsini də doğru sayır: “15 may hadisələrindən əvvəl Ayaz Mütəllibov yola salınmışdı. Ölkədə idi, normal yaşaması mümkün idi. Ağalarının istəyi ilə revanş götürmək cəhdinin qarşısı alındı. Biz bütün milli qüvvələrimizin bir yerdə olmasında maraqlı idik. Kim yanlış yola gedirdisə, qarşısı alınmalı idi. Hər zaman bu fikrimin üzərində dayanmışam ki, milli azadlıq hərəkatı başlamışdısa, hakimiyyətə milli düşüncə gəlməli idi. Köhnə imperiya düşüncəsi hakimiyyətdə qala bilməzdi. Onun daşıyıcıları hakimiyyətdən getməli idilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
AzəriQaz: MİNLƏRLƏ İŞÇİ ÇÖLƏ ATILACAQ... - İlin sonunadək...
Bu gün, 05:58
"Siyasi müstəvidə də vəziyyət dəyişir..." - Arif Hacılı
Bu gün, 05:36
“Azercell”in vətəndaşın cibinə girməkliyi... - GİLEY
Bu gün, 05:22
Naxçıvanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Cəlilov Musayevi ram edə biləcəkmi...
Bu gün, 05:15
Kimsə təhsilə bu qədər ziyan vura bilməzdi... - FAKT BUDUR!
Bu gün, 05:04
Əli Həsənov hələ də TENDER UDUR - TƏFƏRRÜAT
Bu gün, 04:56
Naxçıvanda işıq dirəyi YEYİNTİSİ - "...ora heç kəsin ürəyi yanmır"
Bu gün, 04:49
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq... - AÇILMAYACAQ QAPINI KİM DÖYƏR Kİ...
Bu gün, 04:40
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb - Naxçıvan Muxtar "Dərəbəyliyində" mütləqiyyət rejimi
Bu gün, 04:36
Mustafa bəy əmlak bazarında “RACON KƏSİR” - İTTİHAM VAR...
Bu gün, 04:29
40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı
Dünən, 17:26
Azərbaycanda kredit faizləri artıb - BELƏ HARA GEDİRİK?
Dünən, 17:15
Bakıda kişi ondan pul istəyən sevgilisini döydü
Dünən, 17:14
Kreml “qaranlıq tunelə” geri dönür, dünyanı dağıtmaqla qorxudur: - Ukrayna savaşı Rusiyanı artıq daxildən çökdürür
Dünən, 17:10
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dünən, 17:07
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
Dünən, 17:00
Azərbaycanda baxça müdirəsi otağında BIÇAQLANDI: keçmiş əri həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:53
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Dünən, 16:40
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO
Dünən, 16:37
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SƏRƏNCAM
Dünən, 16:35
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib - SİYAHI
Dünən, 16:33
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
Dünən, 16:31
Erməni lobbisi AŞPA-da illərdir Azərbaycana qarşı işləyir - ŞƏRH
Dünən, 16:02
İrəvanda “ay aman, azərbaycanlılar gəlir” isterikası - BAŞLARI QAÇIB...
Dünən, 16:01
Ən radikal “erməni”nin Bakıya növbəti hücumu – O, nəyə çalışır?
Dünən, 15:58
SEPAH İsraili müharibə ilə təhdid etdi
Dünən, 15:56
Azərbaycan elektrik enerjisini Gürcüstana 9,8, Rusiyaya isə 8,1 qəpiyə satıb - SİYAHI
Dünən, 15:55
“Azərbaycan” sözünü təhqir kimi işlətmək forpost təfəkkürüdür - Paşinyan
Dünən, 15:53
BDU tələbələri PULLARINI TƏLƏB EDİR... - TƏFƏRRÜAT
Dünən, 15:50
“Elza Seyidcahanın yeri səhv düşüb” - AYB rəsmisi
Dünən, 15:45
Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
Dünən, 15:43
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub" - Seyid Taleh Boradigahi
Dünən, 15:42
"DOST Agentliyi şəhid ailəsinə DOST DEYİL? - NARAZILIQ VAR...
Dünən, 15:34
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Dünən, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Dünən, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Dünən, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Dünən, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Dünən, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Dünən, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Dünən, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Dünən, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Dünən, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Dünən, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Dünən, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Dünən, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru