"Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                 

“Azərbaycanı xaosa sürükləmək üçün bu şəbəkələrdən çox istifadə edirlər” - Cahangir Məmmədli
Tarix: 30-01-2019, 09:28 | Çap et
 “Azərbaycanı xaosa sürükləmək üçün bu şəbəkələrdən çox istifadə edirlər”
İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa, sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib. O, şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib. Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.

Azərbaycanda da sosial şəbəkələr üzərindən kifayət qədər təhqirlər səsləndirilir. Təkcə siyasi sahə ilə bağlı deyil, son zamanda ailə-məişət mövzusunda əxlaqsız videolar paylaşılır, müzakirələr açılır. Ölkədə də bəzi siyasi şəxslər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı fikirlər bildirib. Lakin Azərbaycanda sosial şəbəkələrə məhdudiyyətlərin qoyulması təklifi qəbul edilməyib.

“Yeni Müsavat”a danışan tanınmış jurnalist, professor Cahangir Məmmədli bildirdi ki, ölkədə sosial şəbəkələrə ciddi nəzarət olmalıdır: “Ümid edirdim ki, Azərbaycanda sosial şəbəkədən istifadə edənlər burada öz fəaliyyətlərini ağıllı şəkildə aparacaqlar. Lakin bunu görmədik. Sosial şəbəkələri artıq siyasi çağırışlara çeviriblər. Dövlət əleyhinə sosial şəbəkələrdən istifadə olunur. Baxırsan ki, dövlət çevrilişinə çağırışları belə edirlər. Bundan vətəndaş kimi çox narahatam. Ona görə hesab edirəm ki, sosial şəbəkələrə müəyyən dərəcədə qadağalar qoymaq olar. Yaxud çox ciddi şəkildə araşdırmaq lazımdır ki, bu çağırışları edənin kim olduğunu öyrənək. Bunun üçün ayrıca qurğular da quraşdırmaq mümkündür.

Ümumiyyətlə, internet dünyası ilə bağlı müəyyən qanun qəbul olunarsa, daha yaxşı olar. Dövlətçiliyə qarşı çağırışlar edən adamlar xeyli dərəcədə məsuliyyət hiss edərlər. Son günlər sosial şəbəkələrdən xeyli ehtiyat etməyə başlamışam. Azərbaycanı yeni xaosa sürükləmək məqsədilə bu şəbəkələrdən çox istifadə edirlər. Baxırsan ki, insanları açıq şəkildə təhqir edirlər. Bu yaxınlarda mitinq gedə-gedə uşaq-muşaq oturub reportaj verirdi. Həmin reportajlarda Azərbaycanın ən mötəbər adamlarını təhqir edib, böhtan atırdılar. Milləti də aşağılayırlar. Bu mənada mənim çox böyük narahatlığım var. İnternet aləminin elə saytları var ki, onlar azərbaycançılığa, millətə qulluq edən saytlardır. Lakin yenə də çox ciddi nəzarət lazımdır. Bu, milləti, dövləti, insanları qorumaq üçün nəzarət olmalıdır”.

Psixoloq Azad İsazadə isə sosial şəbəkələrə qadağa qoymağa ehtiyac görmür: “Sosial şəbəkə 21-ci əsrin reallığıdır. Bu, nə pisdir, nə də yaxşı. 17-18-ci əsrlərdə kitab idi, indi isə sosial şəbəkə, internet öndədir. Kitabın özü pis deyil. Söhbət yalnız onun müəllifindən gedir. Kimsə yaxşı kitab, kimsə də pis kitab yaza bilər. Hitler də kitab yazıb, məşhur klassiklər də. Deməli, problem kitabda yox, onu yazan və oxuyanlardadır. Sosial şəbəkə də bu cürdür. Orada yaxşı və pis məlumatlar yayılır. Lap sosial şəbəkələri bağlasaq da, heç nə dəyişməyəcək. Birincisi, bu, texniki baxımdan qeyri-realdır. İnsanlar ən çox avtomobil qəzalarında ölür. İndi maşınları qadağan edək? Problem maşında yox, onu idarə edəndədir. Sosial şəbəkənin tərkibində doğrudan da çoxlu mənfi məlumatlar var. Lakin burada eyni zamanda müsbət informasiyalar da çoxdur axı. Onu qadağan edib, bağlamaq yox, sadəcə, qanun çərçivəsində idarə etmək lazımdır. Burada əsas söhbət uşaq və yeniyetmələrin istifadəsindən gedir. Söhbət təkcə intiharlardan getmir. İndiyə qədər xeyli insanla rastlaşmışam ki, internetdən məlumat alıb, özü ilə bağlı nəticə çıxarıb. Hətta adam internetdə oxuyub, özünə diaqnoz da qoyur. Mənfi tərəfləri ilə bağlı sosial şəbəkələrə, saytlara filtr qoyulmalıdır. Yalnız bu formada sosial şəbəkələri qanun çərçivəsində idarə etmək mümkündür. Qadağan etmək, bağlamaq isə çıxış yolu deyil. Heç terrorizmə qarşı ciddi işləyən dövlətlər də gizli sosial şəbəkələri, oradakı qrupları tam nəzarətə götürə bilməyiblər. Olub ki, sosial şəbəkələr vasitəsilə terrorist qruplar təşkilatlanıb, planlar qurub, öz ideologiyalarını kimlərinsə arasında yayıblar. Deməli, sosial şəbəkələri tam bağlamaq qeyri-realdır. Qeyri-real olan işin üzərində fikirləşmək isə lazımsızdır. Başqa yol axtarılmalıdır. Psixologiyada belə bir şey də var ki, insanlar arasında olan qadağalar onların qadağan edilən şeyə marağını daha da artırır. Buradan belə nəticə də çıxarmaq olar ki, sosial şəbəkələr qadağan edilərsə, ona maraq daha da arta bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru