"Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                 

"Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir" - Mirmahmud Mirəlioğlu
Tarix: 28-01-2019, 09:16 | Çap et
"Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir"
Ötən həftənin şənbə günü yanvarın 19-da elan olunmuş Azərbaycan Xalq Hərəkatının (AXH) təsis konfransı keçirildi. Yayılmış xəbərlərdə bildirilir ki, tədbirə 20-dən çox siyasi partiya rəhbəri və 300-ə yaxın iştirakçı qatılıb. Amma ölkənin bir sıra müxalifət partiyalarını, iddialı liderlərini tədbirdə görmədik. Ötən onilliklərdə Azərbaycanda bir sıra birliklər yaranıb, lakin ömrü uzun olmayıb. Xalq Hərəkatının məram-məqsədi barədə KXCP sədri Mirmahud Mirəlioğlu ilə danışdıq.

- Mirmahmud bəy, Azərbaycan Xalq Hərəkatının yaradılması hansı zərurətdən ortaya çıxdı?

-Birinci ondan başlayaq ki, nədən buna ehtiyac oldu? Bu ehtiyacın olmasının əsas səbəbi Azərbaycan problemləridir, Qarabağ problemi və ölkəmizin hazırki vəziyyətidir. Bunlar əsasnamədə də nəzərdə tutulub. Azərbaycanın strateji əhəmiyyəti, dünyada mövqeyi, bugünkü vəziyyəti hər kəsə bəllidir, iqtidara da, müxalifətə də. Azərbaycanın indiki halda əşhədü-ehtiyacı var ki, onun insanları bir arada olsun, bütün enerjilər məqsəd, hədəfə doğru toplansın və konkret hədəf də Azərbaycan problemlərinin həlli olsun. Burada Qarabağ probleminin həlli də burada vacib məsələdir. Həmçinin xaricdən və daxildən Azərbaycan dövlətçiliyinə qarşı olan münasibətə konkret mövqe bildirilməlidir. Bu mövqe də dövlətçilik mövqeyi, problemlərin həlli istiqamətində olmalıdır. Bu məsələ uzun müzakirələrdən keçib. Xüsusilə də Qarabağ Komitəsindəki müzakirələrdən sonra nəhayətdə siyasi partiyaların bir araya gəlməsindən ötrü görüşlər, müzakirələr aparıldı və sonda Azərbaycan Xalq Hərəkatı adı ilə təsis olunan qurum meydana gəldi.

-2019-cu ilin Xalq Hərəkatı ilə 80-ci illərin sonlarında meydanlarda yaranan xalq hərəkatı arasında nə kimi fərqlərin olduğunu düşünürsünüz?

-30 il bundan qabaqkı Xalq Hərəkatı ilə indikinin arasında həm böyük fərqlər və həm də oxşarlıqlar var. Fərqlərdən biri budur ki, onda milli azadlıq hərəkatı ciddiliyi ilə imperiyaya qarşı idi, azadlıq hərəkatı idi. Bu azadlıq hərəkatında hamı bir arada idi, onda daha iqtidar-müxalifət söhbəti də yox idi. Onda sovet nomenklaturası var, postsovet məkanında baş verən proseslər, Azərbaycana qarşı yönəlmiş 70 illik siyasət var idi. Ona görə də hamı bir arada idi, bu, milli azadlıq hərəkatı idi. Orda olan insanların əksəriyyəti bu gün burda təmsil olunmaqdadır. Yəni həmin insanlar yenə də bir aradadırlar və onların da 30 ildə keçdiyi yol, mövqe, münasibətlər, özlərinin fəaliyyətləri ilə yazdıqları tərcümeyi-hallar var. Bu adamların bir-birinə münasibəti, axan sular, keçən tarix zahirən bunları bir araya gətirməyi mümkünsüz hesab edir. Amma indi Azərbaycandakı hazırki durum, vəziyyətlə bağlı, istək və arzuları gerçəkləşdirməklə əlaqədar bir arada olmağın vacibliyi var. Ona görə də bunun həm oxşar, həm də fərqli cəhətləri var. Onda imperiya idi, indi müstəqil Azərbaycan dövlətidir. İmperiya zamanında aldığımız azadlıqların bəziləri bərpa olunub, bəziləri yox, amma əvəzində torpaq itkisi ilə üzləşmişik. Dünyada baş verən proseslər, Azərbaycana münasibət var. Azərbaycanın düşmənlərinin birliyi var, Azərbaycan vətəndaşlarının və dostlarının da birliyi mütləq və mütləq olmalıdır. Yəni bu düşmən birliyinə qarşı Azərbaycanın daxilində də bu birlik olmalıdır. Təbii ki, burada başqa məsələlər, sosial ədalətsizlik, yerinə yetirilməyən məsələlər, daxildə yürüdülən siyasət və s. amillər də var.

-Qeyd etdiniz ki, 30 il əvvəl hərəkatda təmsil olunanlar yenə də bir aradadır. Amma biz təsis toplantısında onların bir çoxunu, partiya rəhbərlərini görmədik. Müsavat, AXCP və digərlərinin iştirak etməməsi nə ilə bağlıdır?

-Bu işin içində olan İsgəndər bəyin və ya digərlərinin bu məsələyə aydınlıq gətirməsi daha yaxşı olar. Çünki onlar bu istiqamətdə həm iş görüblər, həm də konkret görüşlər keçiriblər. Mənim bildiyim budur ki, hamıya istisnasız şəkildə müraciət olunub, həm də hamı ilə görüşlər keçirilib. Amma cavablar nədir, onu yalnız görüş keçirənlər bilir. Bu, mənim cavab verə biləcəyim sual deyil. Ona görə ki, bu məsələdə mənim bilgim detallı deyil. Amma başqa məsələlərlə bağlı bildiklərim var: məsələn, Ümid, ADP bu prosesin əvvəlində var idi. Amma bir sıra məsələlər reallaşmadığına, anlaşma olmadığına görə onlar bu gün orda müşahidəçi kimi iştirak edirlər. Özləri cavab versə, daha doğru olar. Bir qisim partiyalar da var ki, onların məsələlərə münasibəti kəskin və net şəkildə ortadadır. O da hər kəsin haqqıdır. Bir qisim adamlar da var, bu gün burdadırlar və iclasda çıxış edəndə də yenə də bəlli oldu ki, bəziləri düzələn deyillər, “qozbeli qəbir düzəldər”. Yaxud “sən hansı havanı çalırsan-çal, mən ”Heyvagülü" oynayacağam" deyənlər var. Yəni dəyişməyən adamlar var. Amma mövqelər, münasibətlər dəyişmədikcə, Azərbaycanda böyük, güclü dəyişikliklərə nail olmaq mümkün deyil. Mən bunların ötəri olacağını düşünürəm. İnşallah, hər şeyin fövqündə durmağı bacaracağıq.

-Amma bu da var ki, birinci hərəkatdan keçən dövr ərzində bu qüvvələr arasında dəfələrlə birlik təşəbbüsləri olsa da, sonda parçalanmalar, qarşılıqlı ittihamların şahidi olmuşuq. Onları yenidən bir araya gətirmək real görünürmü?

-Bir araya gələ bilənlər gələ biləcəklər, orda bir problem olmayacaq, amma gələ bilməyənlərdən də ötrü narahat olmağa dəyməz. Ona görə ki, əslində Milli Azadlıq Hərəkatından üzü bəri, 30 il müddətində keçilən yola baxış olsa, görünər ki, elə Azərbaycan, dövlətçiliyimiz uğrunda milli mücadilə aparanlar, imperiyaya qarşı çıxanlar həm də Azərbaycanın taleyini yaşamalı oldular. Tərcümeyi-hallar da Azərbaycan taleyinə oxşadı, param-parça oldu. Cəbhə ayrıldı, vaxtından əvvəl yeni partiyalar yarandı, bəzi ayrılmalar bir az sonra olmalı idi. Milli hökumət zamanında, ona qədər olanlar, yeni yaranan siyasi partiyalar, buradakı münasibətlər və s. ortadadır. Amma bütün bunların hamısı o demək deyil ki, bu münasibətlər, bu ayrılmalar əbədi, uzunmüddətli, yaxud hər bir siyasi partiya liderinin ömrünün sonuna qədər olmalı olmalıdır. Mən bu fikirdən uzağam və hesab edirəm ki, böyük və ciddi dəyişikliklər üçün bu dəyişmələr də olmalıdır. Bu yanlış yanaşmalarda da mütləq və mütləq bir inkişaf, dəyişiklik olmalı, yanlışlıqlar aradan qaldırılmalıdır.

-Qeyd etdiniz ki, hərəkat Qarabağ məsələsinə önəm verir. Azərbaycanda Qarabağ məsələsinə münasibətdə iqtidar-müxalifət məsələsi olmayıb. Amma son zamanlar hətta düşərgələri birləşdirən yeganə mövzuya münasibətdə də parçalayıcı cəhdləri müşahidə edirik. Bu, sizi narahat edirmi?

-Məncə, bu, olmayacaq. Epizodik məsələlər var. Necə ki, aydınlıq qabağı, hava düzələn ərəfədə sis-duman olur. Bunlar ötüb-keçəcək. Yəni Azərbaycan naminə, Qarabağ problemi naminə 1993-cü ildə, iyun qiyamından sonra belə, Əbülfəz Elçibəyin, yəni o zaman qiyam nəticəsində devrilmiş hakimiyyətin birinci şəxsinin özünün təklifi ilə - özü Kələkidə olarkən - hələ iyul ayının axırlarına doğru qərar verildi. AXC-nin İcraiyyə Komitəsində qərar qəbul olundu ki, Qarabağ probleminin aradan qaldırılması, işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı iqtidar-müxalifət məsələsi olmayacaq, ola da bilməz və burada vahid mövqe olmalıdır. Bizim həmin qərarımız dəyişməz qərardır. Biz bunu öz təşkilatımıza aid edirik. Məncə, bu, hər kəsdə, bütün siyasi qurumlarda var. Amma bundan sui-istifadə edən adamlar mövcuddur. Yəni hakimiyyətin ayrı-ayrı qollarında bu adamlar var, məsələyə baxışları fərqlidir. Azərbaycan diplomatiyasında, Azərbaycanın daxili siyasətində bu məsələyə baxış bir az fərqlidir. Yəni bəzi hallarda baxışlar bir-birinə uyuşmur, o cümlədən iqtidar-müxalifət münasibətlərində də...Bu birləşdirici məsələ hələlik siz dediyiniz kimi, hələlik fikirayrılıqlarına gətirir, məncə, əməl ayrılıqlarına gətirməyəcək. Nə üçün? Sabah Vətən müharibəsi, ümumi səfərbərlik elan olunsa, müharibə çağırışı olsa, burada artıq kimliyindən asılı olmayaraq, Azərbaycan vətəndaşının bu səfərbərlikdən, bu çağırışdan kənarda durması mümkün deyil. Fərmanı kimin imzalamasından, Ali Baş Komandanın kim olmasından asılı olmayaraq, “Vətən dardadır”, “Vətəni azad etmək lazımdır” deyiləcək və burada daha dartışma olmayacaq. Uzaqbaşı müharibə zamanının diktə etdiyi qanunlar olacaq, bu da elə ciddi problem deyil. Bu gün sadəcə olaraq diskussiyalar var deyə, müzakirələrdə vahid mövqeyə gəlməkdən ötrü dartışmalar olmalıdır. Amma bundan sui-istifadə edərək problemin həllinə heç bir yardım etmədən, təsir göstərmədən, həm barmağı barmağı vurmadan fəaliyyət göstərmək ancaq söz toqquşdurmaqdan başqa bir şey deyil. Bu sahədə də bəzi siyasətçilər, xüsusilə millət vəkilləri var ki, bunlar bəzən özləri də fərqində olmadan bəzi fikirlər irəli sürürlər, özlərindən müştəbeh yanaşmalar edirlər. Bu da istər-istəməz Azərbaycan insanını çaşdırır. Sanki bu adamlar birbaşa hökumətin, dövlətin mövqeyindən çıxış edirlər. Elə bir saat sonra artıq ortalıqda net mövqe, addım olanda görürsən özləri də çaş-baş qalırlar, bilmirlər ki, nəyi necə desinlər, hansı fikirlərini redaktə edib xalqa çatdırsınlar.

-Yeni hərəkatın planlarına kütləvi aksiyalar da daxildirmi?

-Bu hərəkat hələlik formalaşma dövründədir. Təbii ki, kütləvi aksiyalar da nəzərdə tutula bilər və nəzərdə tutulur. Amma bu məsələ ilə bağlı qərarlar konkret günə, saata və şəraitə bağlıdır. İndi bu haqda danışmaq tezdir.

-Milli Şuranın təşəbbüsü əsasında keçirilən mitinq və növbəti aksiyaya icazə verilməməsi ilə bağlı qarşılıqlı ittihamlar səngimir. Siz həmin aksiyada iştirak etməsəniz də, yəqin ki, bu müzakirələrlə bağlı fərdi yanaşmanız var. Siz bu polemikalarda Qarabağla bağlı aktivliyin yarandığı bir ərəfədə ölkəmizi xaricdən qarışdırmaq istəyən qüvvələrin olması haqda fikirlər barədə nə deyə bilərsiniz?

-Məncə, “xaricdən və daxildən qarışdırmaq istəyən qüvvələr var” deyənlərin özü qarışdırıcıdır. Nə üçün? Ona görə ki, bunu kimin deməsindən asılı olmayaraq - bu fikri daha çox iqtidar nümayəndələri deyir - onlar Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin və bugünkü iqtidarın zəifliyinin göstəricisi kimi çıxış edirlər. Yəni biz o qədər zəifik ki, adicə işləri görə bilmirik, ona görə də ehtiyatlanırıq, xaricdən bu planları hazırlayanlar var. Bunu deyənlərin özləri qarışdıranlardır, məsələnin kökü budur. Milli Şuranın keçirtdiyi tədbirə gəldikdə, o, Mehman Hüseynovla bağlı idi. Bu məsələdə artıq addımlar atılıb, işlər görülüb. Heç kəs bu məsələnin əleyhinə olmayıb. Hətta hökumət mitinqə icazə verib, mitinq də keçirilib. 29 sentyabr 2018-ci ildə də Qarabağla bağlı mitinq keçirildi, ardınca 27 gün qabaqdan cavab verildi ki, növbəti mitinqə icazə verilmir. Biz indi onun məhkəmə işləri ilə məşğuluq, bu prosesin növbəti mərhələsindəyik. Bakı Şəhər İcra Hakimiyyəti özü də qanunları bilmədən bu məsələyə münasibət bildirdi və Qarabağla bağlı aksiyaya icazə verilməyib. Son məsələyə gəldikdə, bildiyimə görə, icra hakimiyyəti ona da icazə verməliydi. Verməyib, qanunu pozub. Ayrı-ayrı strukturlarda olan adamlar bilmədən bəzi məsələləri qarışdırırlar, öz hüquqlarını bilmədən, yaxud səlahiyyət həddini aşırlar. Bunlar ölkədə narahatedici məsələlərdir və doğru məsələlər deyil. Qarşılıqlı ittihamlar isə nə qədər ki, qarşı-qarşıya durmalar var, o qədər də davam edəcək, hər kəs öz arqumentini doğru sayacaq. Bu da müsbət nəticəyə gətirən məsələ deyil.

-Mirmahmud bəy, yeni hərəkat hakimiyyətlə dialoqa başlanılması məsələsinə necə yanaşır?

-Bu məsələ gündəmdə yoxdur, mən bildiyim qədər... Mən həm proseslərdən kənardayam, həm az iştirak etmişəm. Ola bilər bir saat sonra kimsə çıxış edib deyər ki, bu məsələ var, onu da normal qəbul edirəm.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru