Partiyalar seçkiyə ayrılan 54 milyondan namizədlərə də verilməsini arzulayır
Tarix: 27-10-2018, 09:36 | Çap et
2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə 54 milyon manat vəsait ayrılacaq. Hakimiyyət partiyasının bütün seçkilərə olduğu kimi bu seçkilərə də hazır olduğu məlumdur. Müxalifət təşkilatlarının hazır olub-olmadıqlarını araşdırdıq.
AĞ Partiyanın sədri Tural Abbaslı respublikada keçirilən bütün seçkilərdə iştirakın tərəfdarı olduqlarını bildirdi: “Partiyaların əsas işinin seçkidə iştirak etməklə siyasi resurslar əldə etməklə proqramını həyata keçirmək olduğunu düşünürük. Odur ki, biz partiya kimi gələn keçiriləcək bələdiyyə seçkilərində də iştirak edəcəyik. Düzdür, Azərbaycanda bələdiyyələrin vəziyyətini nəzərə alsaq bu seçkilərə istər partiyalar, istərsə də cəmiyyət tərəfindən marağın aşağı olduğunu etiraf etməliyik. Təəssüf ki, Azərbaycanda bu strukturun effektiv şəkildə fəaliyyətdə olmasının qarşısı alınıb. Müstəqil olmalı olan bələdiyyələr yerlərdə icra hakimiyyəti orqanlarından asılı durumdadırlar. Bələdiyyə seçkilərində 30 mindən artıq yer uğrunda seçkilər keçirilir deyə bu seçkilərdə namizədlərin sayı da həddindən artıq çox olur, yəni əslində bu seçkilər partiyalar üçün ən miqyaslı və əhatəli seçki sayılmalıdır.
Təbii ki, bu miqyasda olan seçkilərə də xüsusi hazırlaşılmalıdır. Yuxarıda da qeyd etdiyim səbəblərə görə isə bu seçkilərə xalqın və siyasilərin marağı çox az olur. Hətta kifayət qədər namizəd belə tapmaq olmur. AĞ Partiya olaraq biz çalışacağıq ki, ən azından iri şəhərlərin bələdiyyə yerlərinə namizədlər irəli sürək. Həmçinin bu seçkilər də əsas məsələ şəxslərin aktivliyindən və təşəbbüskarlığından asılı olduğu üçün partiyaların da üzərinə böyük iş düşmür. Seçkilərin keçirilməsi üçün gələnilki dövlət büdcəsində 54 milyon manat ayrılacaq. Ancaq, bu vəsait əsasən MSK-nın seçkiləri keçirilməsi üçün təşkilati-texniki məsələlərə xərclənməsi nəzərdə tutulur. Yəni namizədlərə və ya seçkilərdə partiya şəkilində iştirak edəcək partiyalara ayrılması üçün heç bir vəsait nəzərdə tutulmur. Əslində isə partiyaları və namizədləri təşviq etmək üçün hansısa vəsaitin ayrılması nəzərdə tutulsaydı daha faydalı olardı”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, bələdiyyə seçkilərində iştirak etmək fikrində deyillər: “Bələdiyyələrin sədri, tərkibi rayon icra hakimiyyəti tərəfindən müəyyənləşir. Seçkinin necə keçirildiyi bəllidir. Seçkiyə ayrılan pullar isə seçki komissiyaları tərəfindən əhəmiyyətsiz işlərə sərf edilir və mənimsənilir. Ona görə də bələdiyyə seçkilərinə qatılmağı mənasız hesab edirik”.
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, indidən seçkilərdə partiyanın iştirak edib-etməyəcəyi barədə konkret danışmaq çətindir. Zaman yetişəndə partiya situasiyanı dəyərləndirib qərar verəcək: “Bələdiyyələrin özünü doğruldub-doğrultmaması və bələdiyyə seçkilərinə ayrılan vəsait məsələsinə gəlincə, hesab edirəm ki, Azərbaycanda bələdiyyə institutu ötən 20 il ərzində özünü doğrulda bilmədi. Bunun da əsas səbəbi odur ki, bizim qüvvədə olan bələdiyyə ilə bağlı qanunvericilik Azərbaycanın da qoşulduğu və 2001-ci ildə Milli Məclisində ratifikasiya edilən, yerli özünüidarəetmə haqqında ”Avropa Yerliözünüidarə Xartiyası"nın tələblərinə ziddir. Həmin xartiyanın tələblərinə görə yerli özünüidarəetmə anlayışı yerliözünüidarə orqanlarının qanun çərçivəsində məsuliyyəti öz üzərinə götürən və yerli mənafelər naminə dövlət işlərinin böyük bir hissəsini nizama salan, onu idarə etmək hüququ və real bacarığı olan bir qurumdur. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır.
Azərbaycan reallığında isə təəssüflər olsun ki, bu belə deyil. Bələdiyyələr faktiki olaraq yerli icra hakimiyyəti orqanlarının bir əlavəsi kimi fəaliyyət göstərir. Bunu zaman-zaman hakimiyyət deputatları da etiraf edirlər. Bu gün bələdiyyələrin etməli olduqları işlərin bir hissəsini icra hakimiyyəti orqanları, bir hissəsini MİS-lər, bir hissəsini digər orqanlar görür. Azərbaycanda bələdiyyə sözü beyinlərdə “torpaqsatan qurum” assosiasiyası yaradır. Bu baxımdan əgər ölkədə bələdiyyə institutunun inkişafına nail olmaq istəyiriksə, “Avropa Yerliözünüidarə Xartiyası”na tərəf olan dövlət kimi üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirməli və bələdiyyələrin statusu haqqında qanunu Xartiyanın tələblərinə uyğunlaşdırmalıyıq. Bələdiyylərin statusunu müəyyənləşdirən qanun yenidən işlənərkən bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. Bu baş verərsə ölkədə bələdiyyə institutu ciddi bir struktur kimi fomalaşar və bələdiyyə institutu ölkədə əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırımasına və yerli məsələlərin sürəti həllinə öz töhvəsini vermiş olar. Siyasi qüvvələrin də bələdiyyə seçkilərində aktiv iştirakı marağı yaranar".
AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinin siyasi partiyaların və seçicilərin xüsusi aktivliyi şəraitində keçəcəyinə inanmır: “Siyasi partiyalar bu seçkilərə həvəslə qatılmayacaqlar. Seçkilərdə maliyyə təminatı vacib faktorlardandır. Həm bələdiyyə qurumlarına, həm də ümumilikdə seçkilərə inamın olmaması bu seçkiləri siyasi partiyalar üçün maraqsız edir. Maliyyə xərclənməsində xəsislik göstərilir. Eyni zamanda partiyaların və partiya üzvlərinin maliyyə durumları da yaxşı deyil. Əvvəllər seçkilərdə iştirak edən namizədlərə dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılırdı. Yaxud depozit tələb olunurdu. İndi bu ayırmalar da yoxdur. Büdcədən ayrılan 54 milyon vəsait isə seçkiləri təşkil edəcək seçki komissiyalarının sərəncamında olacaq. Xüsusilə MSK bu vəsaiti öz istədiyi kimi xərcləyəcək. Bələdiyyələrin indiki durumunda bu qədər dövlət vəsaitinin seçkiyə ayrılmasına lüzum yoxdur. Bu israfçılıq və vəsaitin havaya sovrulması deməkdir. Əlbəttə, biz də istərdik ki, normal seçki və rəqabət mühiti olsun, dövlət seçkidə iştirak edən partiyalara və şəxslərə maliyyə ayırsın. Amma təəssüf ki, bu inandırıcı deyil. O ki qaldı bələdiyyə seçkilərində iştirak məsələsinə təkcə AMİP üçün deyil, ölkənin aparıcı müxalifət partiyaları üçün indiki şərtlər daxilində bunun cavabı açıq qalır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|