“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                 

"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
Tarix: 10-10-2018, 08:43 | Çap et
"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.

Siyasi ekspertlər hesab edir ki, parlamentin belə bir qərar verməsi Ermənistanın baş naziri Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzalamasından sonra mümkün olub. Buna qədər Paşinyan parlamentdə növbədənkənar seçki qərarının qəbuluna nail ola bilmirdi. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyası müqavimət göstərə bilməyib. Səsvermə Paşinyanın istəyinin nəhayət reallaşması ilə nəticələnib.

Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərinin həddən artıq gərgin keçəcəyi proqnozlaşdırılır.

Azərbaycanın müxalifət düşərgəsi Ermənistanda seçkilərin nəticələrinin hansı ssenarisinin bizə sərf etdiyini düşünür?

VİP sədri Əli Əliyev bildirdi ki, Nikol Paşinyan seçkiləri önə çəkməklə Qarabağ klanının Kremllə hazırladığı planı pozmaq istəyir. Onun hesablamalarına görə uzaq vədədə Robert Köçəryan Moskvanın dəstəyi ilə güclənə bilər. Zaman keçdikcə Paşinyandan olan gözləntilər puça çıxa bilər deyə o, tələsmək zorundadır. Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin: “Bu halda Rusiyanın nüfuzu güclənəcək. Digər iki variant da xeyrə deyil. Köçəryanın timsalında Qarabağ klanı hakimiyyətə dönsə, Kremlin bölgə və Ermənistana təsiri həlledici olacaq. Üçüncü gedişat da ürəkaçan deyil. Belə ki, Ermənistanda demokratik sistemin qurulması Qarabağ münaqişəsinin həllində onların əlini güclü edə bilər. Ona görə də Azərbaycan ümidini Ermənistanda seçkinin necə nəticələnməsinə deyil, öz daxilində demokratik açılım, siyasi münasibətlərin yumşaldılması, Qarabağ münaqişəsinin həllində ümummilli platformanın yaradılmasına, daxili dialoqa bağlamalıdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Paşinyan faktiki olaraq ölkənin icra hakimiyyətini əlində cəmləşdirir. Ancaq nəzərə alsaq ki, Ermənistan parlamentar respublika modelinə keçib, hazırda burada əsas siyasi qüvvə parlament sayılır. Çünki belə dövlətlərdə hökuməti parlament formalaşdırır. Nə qədər ki, parlament Paşinyanın müxalifətinin əlindədir, o özünü arxayın hiss edə bilməz. Odur ki, Paşinyan və onun komandası tələsir.

Azərbaycanın maraqları baxımından yanaşsaq, hansı siyasi qüvvənin orada hakimiyyətə gəlməsinin strateji cəhətdən elə də fərqi olmayacaq: “Çünki erməni xisləti və onların Azərbaycana münasibətləri birmənalı olaraq mənfidir, düşməncədir. Yəni biz oradakı hansısa siyasi təlatümlərə və ya şəxslərə ümid etməməliyik. Tam əksinə, bütün mümkün vəziyyətlərin həllini özümüzdən asılı hala gətirməliyik. Yəni ki, rəqibin zəifliyinə deyil, özümüzün gücünə arxalanmalıyıq.

Ancaq ümumiyyətlə götürsək, düşünürəm ki, parlament seçkilərində təcrübəsiz, populist, yeganə hamiləri olan Rusiya ilə aranı soyudan Paşinyan və onun komandasının qalib gəlməsi bizə sərf edir. Çünki Qarabağ məsələsində lap əvvəldən birmənalı və tam şəkildə hərbi, siyasi, iqtisadi cəhətdən Ermənistanın yanında dayanan Rusiya ilə münasibətləri Paşinyanın populist və qərbyönlü siyasəti məhv edir. O da bəllidir ki, Rusiya kimi müttəfiqdən məhrum olan Ermənistanın Qarabağ konfliktində Azərbaycanın qarşısında heç bir mənada şansı yoxdur. Məncə, hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərin soyumasına səbəb olan siyasi qüvvənin Ermənistanın tam hakimiyyəti olması Azərbaycanın maraqları çərçivəsindədir. Belə bir vəziyyətdə Rusiyanın da sakit qalacağına inanmıram, ancaq bu artıq başqa bir məsələnin mövzusudur".

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Ermənistan Azərbaycan ərzilərini işğal edən və bu gün də ilhaq siyasətini həyata keçirən dövlətdir. Bu baxımdan Ermənistanda baş verən ictimai-siyasi hadisələr, o cümlədən keçirilən seçkilər Azərbaycanda həssaslıqla izlənilir. Ona görə də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin hansı ssenari üzrə keçirilməsinin sözsüz ki, Azərbaycan üçün əhəmiyyəti var: “Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsi Azərbaycan üçün daha məqbul olardı. Çünki yalnız demokratik seçkilərlə Ermənistanın nisbətən mütərəqqi qüvvələrinin parlamentə düşmə şansı böyükdür. Ermənistanın bu cür qüvvələri hakimiyyətdə təmsil olunarsa, bu faktor Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir edə bilər. Yox, əgər bu seçkilər də bu vaxta kimi keçirilən seçkilər kimi Rusiyanın nəzarəti altında keçiriləcəksə, sözsüz ki, bunun istər regionun demokratikləşməsi baxımından, istərsə də Dağlıq Qarabağ probleminin ədalətli həll olunması baxımından Azərbaycana heç bir müsbət təsiri olmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Bu gün, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Bu gün, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Bu gün, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Bu gün, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru