Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                 

Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi, sərt cavab aldı
Tarix: 9-07-2018, 08:40 | Çap et
Elmar Vəliyevə yaxın deputat həmkarı Fəzail Ağamalını ittiham etdi,
İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

Həmin statusu təqdim edirik: “Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?" deyir’’.

Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri icra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fəzail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşı nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın".

Qeyd edək ki, bundan öncə də E.Vəliyevə yaxın olan Yevlaxın deputatı İlham Məmmədov F.Ağamalını tənqid edərək, bu fikirləri səsləndirib: “Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev kabinetdə oturmur. O, hər zaman insanların içərisində olur, tikinti meydanlarını gəzir, şəhərdə aparılan quruculuq işlərinə nəzarət edir və tapşırıqlarını verir. Belə bir halda Fəzail Ağamalının bu cür fikirlər səsləndirməsi təəssüf doğurur. Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev xalqın içində olmasaydı, bu hadisə də baş verməzdi”.

Məlumat üçün bildirək ki, F.Ağamalının icra başçısına yaxın həmkarları tərəfindən hücuma məruz qalması təsadüfi deyil. Belə ki, günlər öncə “Yeni Müsavat”a açıqlamasında deputat sui-qəsdə məruz qalan E.Vəliyev barəsində bu sözləri deyib: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır. Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Partiya sədri “Yeni Müsavat”a açıqlamasında E.Vəliyevin “deputatları”na sərt cavab verdi: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram. Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin. Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi. Belə faktları çox sadalaya bilərəm. Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb. Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən. Artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir. İstintaqın gedişinə bu və ya digər şəkildə fərziyyələrlə, sözlərlə kölgə salmalı deyilik. İmkan verməliyik ki, hüquq mühafizə orqanları məsələni sona qədər çözsünlər. Əminəm ki, hüquq mühafizə orqanlarımız hər zaman olduğu kimi dövlətin yanındadırlar, dövlətin onların üzərinə qoyduğu vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər. Sui-qəsdlə bağlı gedən istintaq sonunda məsələnin əsl təfərrüatlarını ortaya qoyacaq. Bu cür yanaşmalara, müraciətlərə son qoyulmalıdır”.

F.Ağamalı fikirlərinə bu cür davam etdi: “Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir. Bir daha sizin qəzetiniz vasitəsilə deyirəm, siz də daxil, bütün mətbuat orqanları bir daha bu mövzuda mənə müraciət etməsinlər. Sizlər müraciət edəndə məcburam ki, suallarınızı cavablandırım. Bir daha xüsusi olaraq vurğulayıram ki, Azərbaycan hüquq-mühafizə orqanlarının son bəyanatından sonra bir çox məsələlərə aydınlıq gətirilib. Burada əlavə şərhlərə ehtiyac yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Dünən, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Dünən, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Dünən, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Dünən, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Dünən, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Dünən, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Dünən, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Dünən, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Dünən, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Dünən, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Dünən, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Dünən, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Dünən, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Dünən, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
27-06-2026, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru