Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                 

“Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də” - Arif Rəhimzadə
Tarix: 8-06-2018, 08:13 | Çap et
 “Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin fikirləri növbəti dəfə geniş müzakirələrə səbəb olub. Onun sovet hökuməti ilə bağlı səsləndirdiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə sərt təpkilərlə qarşılanıb. Qeyd edək ki, bir neçə ay əvvəl də A.Rəhimzadə səsləndirdiyi fikirlərə görə tənqidlərə məruz qalmışdı. “Yeni Müsavat”a müsahibəsində komitə sədri fikirlərinin kontekstdən çıxarıldığını bildirdi.

- Arif bəy, Milli Məclisin komitə iclasında dedikləriniz birmənalı qarşılanmadı, yəqin bunun fərqindəsiniz... Doğrudanmı siz hesab edirsiniz Azərbaycan dövlətini sovet hökuməti qurub?

- Mən çox yaxşı bilirəm ki, Azərbaycan Demokratik Respublikası təkcə müsəlman aləmində yox, bütün Şərq aləmində ilk dəfə ölkəmizdə yaranıb. Ancaq sonra bu respublika sovet hakimiyyətinin qəddar münasibətinin qurbanı olub. Eyni zamanda sovet hökuməti bizim respublikanı formalaşdırıb. Bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Ən əsası, biz özümüz-özümüzü azərbaycanlı kimi tanımırdıq, bizə onu tanıtdı. Bir vaxtlar deyirdik müsəlmanıq, sonra dedik türkük. Ancaq bütün dünyada yerin adına görə də xalqın adı formalaşır. Azərbaycanda yaşayan insanların hamısı azərbaycanlıdır, etnik mənsubiyyətindən asılı olmayaraq. Bax, bu, bizim dövlət siyasətimizdir.

- Yeri gəlmişkən, keçən dəfə bizim türk olmamağımızla bağlı fikirləriniz də mübahisə yaratmışdı...

- Mən deməmişdim ki, biz türk deyilik. Mən demişdim kökümüz türkdür, amma biz azərbaycanlıyıq.

- Amma bu da var ki, sovet hökuməti heç də bizi çox istədiyindən türklüyümüzü unutdurub, azərbaycanlı olmağımızı önə çəkmədi. Sovetlərin verdiklərinə gəldikdə, Cümhuriyyətimiz qurulanda hətta xarici ölkələrə tələbələr göndərilmişdi. Ancaq o gəncləri məhv edən də sovetlər oldu...

- Aydındır. Mən də o fikirdəyəm ki, sovetlər bizimlə qəddarcasına rəftar etdilər. Mən soveti ideallaşdırmıram. Həqiqətən də Azərbaycan xalqına çox böyük mənfi təsiri olub, qəddarlıq ediblər.

- Repressiyalar olub, bunlar unudula bilməz...

- Bəli, repressiyalar olub, nə qədər azərbaycanlı həlak olub, sürgün olunub, ən savadlı adamlar məhv edilib.

- Cümhuriyyət qurucularının birinin belə məzarının Azərbaycanda olmaması hər şeyi deyir.

- O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub... Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı... Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək? İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara “malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil. Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək? Dedim, əlbəttə, daha iş-işdən keçib, bunlar qərar qəbul ediblər, özü də təkid edirlər. Amma biz gərək onlara izah edək, camaata başa salaq ki, bu tarixi bir addır, bunu dəyişdirmək düzgün deyil, çünki bizim xeyrimizə deyil, ziyanımızadır. Bu, istər-istəməz bizim camaatı tarixə qaytarır. Məsələn, bilirsiniz Qusar necə yaranıb? Orada Qusar alayı olub, Lermantov da o alayda xidmət edib. O ev də bu saat durur. Həmin evdə bizim bir nazir yaşayırdı, Şair Nəcməddin oğlu Həsənov. Həmin şəxsin şərəfinə rayonun adını Şair qoyublar. Onda gəlin Qusarın da adını dəyişək də. Yaxud Novxanı, Zağulba adlarını da dəyişək də. Zağulba nədir? Ərəb sözüdür. Demək, hansısa əsrdə bura ərəblər gəlib, yaxud iranlılar burada olub. Bunun özü tarixdir, bunu dəyişmək olmaz. Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

- Deputat həmkarlarınız Fazil Mustafa ilə Tahir Kərimli də sizin fikirlərinizə etiraz edib. Onlar da bu fikirdədirlər ki, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin memarlarının adları əbədiləşdirilməli, Rəsulzadəyə, Nuru Paşaya abidə qoyulmalıdır. Siz bu haqda nə deyə bilərsiniz?

- Mən bu fikirlərlə tamamilə razıyam. Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

- Amma bu da var ki, hətta müstəqilliyimizin 27-ci ilində belə, xalqımıza qarşı düşmənçilik edənlərin də adlarını daşıyan küçələrə rast gəlirik. Bunlar da tarix üçün saxlanılmalıdır?

- Misal üçün, bizim abidələr var idi. Sənət əsəri idi də. Bunların hamısını söküb apardılar, “metallom”a verdilər, məhv etdilər. Məndən olsaydı, bir yer ayırardım, həmin abidələrin hamısını ora düzərdim. Qabağına da yazardım ki, bax, Şaumyan xalqımıza qarşı belə qəddarlıq edib, terrorçu təşkilatların başında dayanıb, Azərbaycana qarşı zülmlər edib, bizə qarşı soyqırımlar törədib və s.

- Amma illərdir təklif səslənsə də, nə soyqırım muzey-kompleksi, nə Cümhuriyyət qurucuları ilə bağlı eyni mərkəzin yaradılması reallaşmayıb. Bəlkə əvvəlcə bundan başlanılsın.

- Lazımdır. Mütləq lazımdır. Bütün bunları etmək lazımdır.

- Bəs niyə bunu işləmirik. Hətta “sovet adamı” kateqoriyasına daxil olan Arif Rəhimzadə də bu təkliflərlə razıdırsa, niyə bu vacib addımlar atılmır?

- Addımlar atılmır, yəqin hələ imkan yoxdur. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılacaq. Biz gərək olanlarımızı məhv etməyək, heç olmasa olanları qoruyub saxlayaq.

- Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması barədə təklifləri də müdafiə edirsiniz?

- Mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir.

- Elə söhbətimiz Elçibəyin prezident seçilməsinin növbəti ildönümünə təsadüf edir...

- Bəli. Hesab edirəm ki, gərək ona da abidə qoyulsun. Düzdür, abidələrin hamısını eyni vaxtda qoymaq mümkün deyil. Amma Əlimərdan bəy Topçubaşovn abidəsi Sankt Peterburqda qoyulub, mən abidənin açılış mərasimində iştirak və çıxış etmişəm, onun silinməz ideyalarından danışmışam. Vaxtilə o, Sankt-Peterburqdan qovulmuşdu. Amma zaman gəldi, bu şəhərdə ona abidə qoyuldu. Bu, çox əlamətdar hadisədir.

- Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq görülür. Dəvət alsanız, iştirak edərsinizmi?

- Nə vaxtdır?

- İyunun sonlarında olmalıdır.

- Yox, mən burada olmayacağam. Dəqiq deyə bilmərəm. Ancaq burada olsam, əlbəttə, gələrəm.

- Bakıda Nəriman Nərimanovun nəhəng abidəsi var. Bu barədə nə deyə bilərsiniz?

- Nərimanov sovet dövrünün xadimi olub, Azərbaycan xalqına xidmət edib və müəmmalı şəraitdə dünyasını dəyişib. Elə o xidmətinə, Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə sovetlər dövründə “qara siyahı”ya düşüb.

- Arif bəy, sizin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər barədə fikriniz necədir? Yubiley ilində əlavə təklifləriniz varmı?

- Mən hesab edirəm ki, bu tədbirlər daim keçirilməlidir. Məncə, yubileyi təmtəraqlı keçirməkdən daha çox, insanların biliyini artırmasına çalışmaq və onlara düzgün istiqamət vermək əsasdır. Biz bir dəfə yubiley tədbiri keçirməklə kifayətlənməməliyik. Bu məsələlər gərək dərsliklərdə olsun, müsbət və mənfi cəhətləri deyilsin. Tarixi hadisə baş verən məsələdir. Bunun üzərindən xətt çəkmək, ona göz yummaq düzgün deyil. O cümlədən Elçibəyin də. Müsbət cəhəti varsa, demək lazımdır, mənfi cəhətləri varsa, onlar da deyilməlidir.

- Yəqin Bakı Dövlət Universitetinin qarşısında üzərində Rəsulzadəyə abidə qoyulacağı yazılmış daş lövhəni görmüsünüz...

- Yəqin hələ abidəni qoymağa imkanları yoxdur. Yazıblarsa, qoyacaqlar.

- Yəni abidə qoyulmalıdır?

- Əlbəttə.

- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsinə necə baxırsınız?

- Vallah mən bilmirəm, onların məzarları orada necədir, hansı şəraitdədir? Yaxşı şəraitdə deyilsə, əlbəttə, gətirilməlidir. Hüseyn Cavidin məzarı gətirildi də. İndi o məzarlar niyə gətirilməsin? Amma digər məsələ də var. O məzarların xaricdə olmasının özü də təbliğatdır, Azərbaycan tarixinə dair əyani faktlardır.

- Söhbətimizdən belə qənaətə gəldim ki, siz də Azərbaycan dövlətinin əsasının sovetlərdən gəldiyini güman etmirsiniz...

- Yox, mən heç vaxt belə hesab etməmişəm. Ancaq mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizə nə qədər mənfi təsir göstərsə də, nə qədər bizi sıxıntıda saxlasa da, bizi xristianlardan seçib, bizə pislik etsə də, onun müsbət cəhətləri də olub. İndi biz deyirik birinci demokratik respublikamız. İranda bu respublika niyə yaranmadı? Demək istəyirəm ki, bunların hamısının müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də olub. Bizim ilk Demokratik Respublikanı yaradanlar təhsillərini harada almışdılar? Əsasən Rusiyada. Mən bunu demək istəyirəm.

- Amma Xalq Cümhuriyyəti yaşasaydı və 1920-ci ildə işğalçı ordu gəlməsəydi, bəlkə biz indi Avropa ölkələrini də geridə qoya bilərdik. Deməli, bizə ən böyük zərbəni sovetlər vurub, deyilmi?

- Ola bilər. Amma deyir tarix belə şeyləri sevmir, olsaydı, gəlsəydi... Fakt budur ki, Cümhuriyyət məhv edildi, 20-ci illərdə əksəriyyəti Azərbaycana qəlbən yaxın olmayan insanlar rəhbərliyə gəldi, Azərbaycanın bütün vacib orqanlarında əcnəbilər, bizə düşmən mövqeyində dayanan insanlar oldu. Ancaq eyni zamanda müsbət cəhətləri də olub. Yəni bir boya ilə çəkmək düzgün deyil. Yəni bu, tarixdir, inkar etmək düzgün deyil. Pisi də demək lazımdır, yaxşını da.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Dünən, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Dünən, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru