Ramazanda insanlar vicdani və mənəvi baxımdan kamilləşir - deputat
Tarix: 28-06-2017, 09:38 |
Çap et
"Artıq Ramazan ayını başa vurduq və bu günlər ilboyu yaxşı əhval-ruhiyyə ilə yaddaşımızda qalacaq".
Bunu Ramazan ayı ilə bağlı fikirlərini SalamNews-la bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Ramazanda insanlar həm düşüncələrini, həm davranışlarını, digər insanlarla münasibətlərini gözdən keçirirlər, yaxşılığa doğru dəyişirlər. Yəni Ramazan insanların vicdani və mənəvi baxımdan kamilləşməsi ayıdır. Hesab edirəm ki, bütün insanlar bu ayın savabından, fəzilətindən istifadə etsələr, daha yaxşı olar.
Ramazan orucunu, Allaha şükür ki, Allahın buyurduğu şəkildə, qaydalara uyğun tutmağa çalışdıq. Millətimizə, cəmiyyətimizə Ramazan bayramının xeyirli olmasını diləyirəm, xeyir-bərəkət gətirməsini diləyirəm. Bütün xalqımın bayramı mübarək olsun!"