“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                 

“İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”
Tarix: 19-06-2017, 09:08 | Çap et
“İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”
ABŞ prezidenti Donald Tramp Mayamidə öz tərəfdarları qarşısında çıxışında sələfi Barak Obamanın Kuba və İranla bağlı son illərdə yürütdüyü siyasəti kəskin tənqid edib və onun imzaladığı sazişlərin əksəriyyətindən imtina edib.

Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq “Altılığ”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı. İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Tramp da eyni mövqe sərgiləyir. Çıxışından açıq görünür ki, yeni prezident ABŞ-ı Kuba və İranla “soyuq müharibə” dönəminə qaytarmağa çalışır.

Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp bəyan edib ki, bu ölkələrə qarşı əvvəlki sanksiyalar, blokada qüvvədə qalacaq: “Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərarım dərhal qüvvəyə minir”, - deyə o vurğulayıb. Tramp İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini, hədəfində İranın olacağını da bəyan edib. Bir gün öncə isə ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Ekspertlərə görə, cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Beləliklə, getdikcə məlum olur ki, Barak Obama hakimiyyətinin son illərində İranla münasibətlərin yumşaldılması strategiyasının üstündən prezident Donald Tramp xətt çəkməkdə israrlıdır. ABŞ Barak Obama hakimiyyətinin son illərindən öncəki on illər ərzində tutulan siyasi xəttə-İranla konfrantasiya xəttinə qayıdır. Bu siyasətə qayıdışın isə təkcə İrana deyil, ətraf ölkələri də müxtəlif formalarda təsir edəcəyini ekspertlər vurğulayırlar. Azərbaycanın İranla sərhəd qonşusu, sıx əlaqələri olduğunu nəzərə alsaq, ABŞ-ın İranı yenidən sərt şəkildə hədəfə almaq siyasətinə qayıdışının xeyirimizə, yoxsa zərərimizə olacağı sualı aktuallaşır.

Politoloq Qabil Hüseynli bu mövzuda “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz: “Bunun birinci səbəbi ondan ibarətdir ki, İran qonşu dövlətdir və bizi həmin ölkə ilə tarixi, mədəni, dini bağlar bağlayır. İkincisi ondan ibarətdir ki, orada 35 milyona yaxın soydaşlarımız yaşayır. Yəni hədəfdə sanki həm də bizim soydaşlarımız olacaq. Üçüncüsü, Trampın bu siyasəti heç də dəqiqliklə dünya reallıqlarını özündə əks etdirmir. İrana qarşı sanksiyaların bir qismi götürülmüşdü və İran sanki dünyaya açılmağa başlamışdı. İndi təzədən İranla münasibətlərin əvvəlki gərginliyə qaytarılması yaxın Şərqi həddindən artıq təlatümlərə gətirib çıxaracaq. Heç bir dövlət istəməz ki, qonşuluğunda müharibə alovlansın. Çünki o alovun sıçrama ehtimalı böyükdür. Vaşinqtonun İrana qarşı düşündüklərinin içində rejim dəyişikliyi məsələsi, hətta hərbi müdaxilə variantı da var. Bu, xeyli qaçqınlar ordusu yarada bilər. Bundan əziyyət çəkən əsas ölkələrdən biri məhz Azərbaycan olar. İrana qarşı güc tətbiqi Azərbaycan da daxil, əksər bölgə dövlətləri üçün ciddi təhlükələr yarada bilər. Tramp Obama dövrünü təftiş etməklə yanlışlıqlara yol verir. Xüsusilə İran siyasətində yanlışlıqların olduğu qənaətindəyəm. İrana qarşı ənənəvi sərt siyasətə qayıdış, sərt addımlar onun qonşuluğunda olan Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıra bilər. Ancaq əhəmiyyətin artması heç də həmişə müsbət effekt vermir, ölkəyə xeyir gətirmir”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Donald Trampın İranı konkret olaraq hədəfə çıxarmaqda məqsədinin nə olduğunu şərh etdikdə öncə onun komandasına diqqət etmək, yəhudi lobbisinin, İsrailin onun hakimiyyətə gəlməsində roluna baxmaq lazımdır: “Tramp əgər hakimiyyətdə konstitusiyanın ona verdiyi müddətdə qala biləcəksə, İran siyasətinə öncəlik verəcəyi ortadadır. Rusiya məsələsinin sərt şəkildə gündəmə gəlib-gəlməyəcəyi isə Rusiyanın İran məsələsində davranışına bağlı olacaq. Mənə belə gəlir ki, Rusiyaya doğru reveransların Tramp tərəfindən edilməsinin bir səbəbi də ondan ibarətdir ki, Tramp Rusiyanı sadəlövhcəsinə neytrallaşdırmaq niyyətindədir. Hansı ki, praktiki olaraq bunun mümkün olma ehtimalı sıfıra yaxındır. Rusiyanın 300 illik cənub strategiyasından imtina etməsini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən ABŞ-da daxili vəziyyəti nəzərə alsaq, Konqresin, Senatın, Maliyyə Palatasının xarici siyasətdə rolunu nəzərə alsaq, düşünürəm ki, Trampın bu strategiyanı həyata keçirməsi qeyri-mümkün olacaq. Amerika daxili balanslaşdırıcı güclər buna imkan verməyəcək və Tramp yenidən qlobal strategiyaya dönməli olacaq. Amma İran məsələsi gündəmdə olacaq. Çünki bunda maraqlı olan başqa böyük güclər də var. İran məsələsinin gündəmə gəlməsi, İranın hədəf seçilməsi ehtimalı çox yüksəkdir”.

S.Əkbərin fikrincə, İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir: “Çünki Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi İranda yerləşir, Azərbaycan türklərinin böyük hissəsi İranda yaşayır. Azərbaycan Respublikasının da İranla həmsərhəd olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. İran məsələsi gündəmə gələcəksə, bu o deməkdir ki, istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan məsələsi gündəmə gələcək. Onu da nəzərə alaq ki, ABŞ İranda yumşaq dəyişiklik strategiyasını həyata keçirmək istəyir. Bu isə o deməkdir ki, Vaşinqton yumşaq gücdən, İrandaxili faktorlardan, ilk növbədə Cənubi Azərbaycan məsələsindən daha çox istifadə etməyə çalışacaq. Belə vəziyyətdə isə Azərbaycan Respublikasının da kənarda qalması demək olar praktiki imkansız olacaq. Biz istəsək də, istəməsək də bu məsələyə-prosesə cəlb olunacağıq. Azərbaycanı bu məsələdə tərəf seçməyə həm Rusiya, həm də ABŞ məcbur etməyə çalışacaq. Bütövlükdə region qızışacaq, Azərbaycan Respublikasının ABŞ, Avropa Birliyi və İsrail üçün önəmi artacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru