"Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər" - deputat
Tarix: 13-12-2016, 08:56 |
Çap et
Rusiya-Türkiyə yaxınlaşması ümumilikdə Qarabağ prosesinə müsbət təsir göstərə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı son zamanlar Ankara-Moskva arasında gedən danışıqları şərh edib:
“Bu, çox müsbət bir amildir. Ancaq hələ nəticə verib-verməyəcəyi açıq məsələdir. Ona görə ki, bir çox nöqtələrdə maraqlar toqquşur. Söhbət Suriya, Kipr və digər siyasi məsələlərdən gedir. Ancaq ümumilikdə götürsək, Rusiya-Türkiyə yaxınlaşması Qarabağ prosesinə müsbət təsir göstərə bilər”.