Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ukrayna İran dronlarının çəmini tapdı .....                     Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                 

Əli Kərimli Azərbaycanı necə xilas edir... - "Vay bəə... adamın hər şeyi virtualdı zatən..."
Tarix: 9-12-2016, 11:26 | Çap et
Əli Kərimli Azərbaycanı necə xilas edir...
2005-ci ildən sonra hakimiyyət xeyli arxayınlaşmışdı. 11 il öncə bu günlər iqtidar parlament seçkilərini səs-küylə, qalmaqalla da olsa birtəhər yola verə bildi. Onu yıxmaq üçün siyasi müxalifətlə və Vaşinqtondan gələn “demokratiya desantları” ilə gizli ittifaq quran nazirləri türməyə doldurub hər kəsin gözünün odunu almağı bacarmışdı.


Müxalifətin ayağını meydanlardan kəsib, xeyli zəiflətsə də, narahatlığı qalırdı. Amma hökumət ümidliydi: 2006-cı ilin yayından BTC neft boru xətti istismara veriləcəkdi və ölkəyə neft pulları - milyardlar axacaqdı. Müasir dövrdə siyasətin pulla yönləndirilməsi, iqtidarların təkcə polis və orduyla yox, həm də pulla qorunduğu bir reallıqdı.

2008-ci ildə dünyanı silkələyən iqtisadi böhrandan Azərbaycan demək olar ziyansız ötüşdü. Böhran ölkəni, onun iqtisadiyyatını vurmadı. Əksinə, rəsmi təbliğat “dünya iqtisadi böhranı Azərbaycana heç bir təsir etmədi” tezisi üzərində qurulmuşdu həmin vaxt.

2007-ci ilin yanvar bahalaşmasını da hakimiyyət rahat və tez adlatdı. Çünki o dövrlər Azərbaycan büdcəsinə neft satışından hər gün yüz milyonlar daxil olurdu. Ölkə və onun iqtidarı sürətlə varlanırdı. Neft bumu başqa sahələri də canlandırmışdı - tikinti sektoru həmin dövrlər özünün pik nöqtəsinə çatırdı. Bakı yenidən tikilməyə başlayırdı. Azərbaycan neft milyardlarını qəbul etdikcə, onun vətəndaşları da varlanırdı. Ölkə böyük tikinti meydançasına bənzəyirdi. Yüz minlərlə insan təkcə tikinti sektorundan para qazanırdı. Hələ başqa sahələr də vardı ki, xeyli vətəndaş ordan qidalanırdı.

2015-ci ildən başlayaraq böhran açıq hiss edilməyə başladı. Dalbadal baş verən devalvasiyalar, bahalaşan qiymətlər, hər gün artan xərclər, milli valyutanın dəyərsizləşməsi fonunda qazın, elektrikin qiymətinin bahalaşması da bir yandan cəmiyyəti şok etdi.

Noyabrın 28-dən etibarən ölkədə hər kəs növbəti çaşqınlıq yaşayır. İş o yerə çatıb ki, hətta iqtidar deputatları, ştatlı diferambçılar da duruma açıq etiraz bildirirlər. Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra parlament üzvlərinin müxalif tonda çıxışları yerli medianın manşetlərini bəzəyir. Hakimiyyətin xeyir-duasıyla mandat alan, əksərinin böyük biznesdə payı olan MM üzvləri indi siyasi müxalifətin boşluğunu müəyyən qədər doldurur.
Müxalifət isə hakimiyyətin indiki vəziyyətindən sanki yararlanmaq istəmir. Deyilə bilər ki, yararlanıb nə edəsidi?! Haqlı arqumentdi. Lakin bizim də həmişə təkrarladığımız arqument var: müxalifətin işi, missiyası hakimiyyətə qarşı olmaqdı, iqtidarı xalqa qarşı daha böyük yanlışlardan çəkindirməkdi, hökuməti müəyyən qədər öz iradəsinə tabe etdirməkdi. Fəqət bu bir gerçək ki, bizim ölkənin müxalifəti hakimiyyət üçün heç bir təhlükə törətmir, problem yaratmır. İllərlə aparılan yanlış siyasət, yanlış taktikalar öz nəticəsini verib. Azərbaycan müxalifəti hazırda iqtidarın düşdüyü iqtisadi böhrandan daha dərin olan siyasi böhran yaşayır.

Əslində bizim müxalifət uzun illər öncədən parçalanmağa, bölünməyə, bir-biriylə didişməyə meyllidi. Fundamenti necə qoyulubsa, o cür də gedir, heç dəyişməyib. Ona görə də bu siyasi qüvvə 23 ildən çoxdur, mövcud iqtidarı bələdiyyə seçkilərində belə uda, məğlub edə bilmir. Mənəm-mənəmlik, liderlik xəstəliyi, özünü təcrid düşərgənin sonunu gətirib. Müxalifətə liderlik edən şəxslərin gərəksiz iddiaları, bir-birinə düşmən münasibəti düşərgənin hakimiyyətə qarşı təşkilatlanmasına imkan vermir.

Hökumətin son 10 ildə bu günkü qədər zəif olduğu dövrü kim xatırlayır? Devalvasiyalar və bahalaşma onun ictimai rəydəki mövqelərini zəiflədib. Hətta hakim partiyanın deputatları, jurnalistləri belə son qiymət artımından açıq şəkildə narazılıq edirlər. Hələ danışmayan, fəqət durumdan, proseslərin gedişatından narazı olan xeyli yüksək rütbəli məmur var. Onların bizneslərinə çox ciddi zərbə dəyib son bahalaşmadan. Başqa səbəblər də var...

Normalda belə bir vaxtda siyasi müxalifət fəallaşmalı, etiraz aksiyaları keçirməli, tərəfdarlarının sayını çoxaltmalıdır. Ən azı, buna cəhdlər etməlidir.

“Rejimlə mübarizə aparırıq” deyib, zəhlə tökənlərin hətta facebookda narazı status yazdığını belə görmürük. 23 ildir ana müxalifət olmaq üstündə bir-birini qıran Müsavat və AXCP rəhbərliyini ətalət elə basıb ki, hətta qapalı məkanlarda belə tədbir keçirmirlər.

Bu, iflasın bir rəsmidir. Azərbaycan müxalifəti siyasi cəhətdən tam bankrot olub. Hakimiyyət dünyadakı qlobal böhrana ağ bayraq qaldırıb, onu Azərbaycana buraxmağa məcbur qaldığı, iqtisadiyyat tənəzzülə getdiyi bir zamanda, onun siyasi opponentləri də “oppalara” gediblər. Bu biabırçılığı hətta AXCP sədri Əli Kərimlinin, Milli Şura sədri Cəmil Həsənlinin sosial şəbəkədəki “fəallığı” da pərdələmək gücündə deyil.

Əli Kərimlidən söz düşmüşkən... İki-üç gün öncə onun facebookda bir statusunu oxudum. Azərbaycanın xilas düsturunu tapıb öz aləmində. Bir cocuq qarşokundan muncuq tapıbmış kimi sevincək olub müəllim... Xalqa müraciət edib. Deyib ki, hakimiyyətin yaratdığı böhranlı vəziyyətdən çıxmaq, ölkəni fəlakətdən qurtarmaq üçün siyasi fəallığı artırmaq və... AXCP-yə elliklə üzv olmaq lazımdı...

Gülüncdü. Hətta öz üzvlərini belə inventarlaşdırıb, ortaya siyasi fəaliyyət qoya bilməyən, ətrafındakı ən yaxın adamları da dağılan partiya sədri görün nəyə ümid bəsləyir..." Mən oturum evdə, xalq gəlsin mənə qoşulsun, təşkilatıma yazılsın..."

Sən özün, mənsub olduğun düşərgə aktiv deyilsə, passivlik yaşayırsa, fəlakətin rəsmən özüdürsə, xalq necə siyasi baxımdan fəallaşsın?! Kimə, hansı gücə arxayın olub, güvənib meydana çıxsın?!

AXCP-yə üzv olmaq istəyən vətəndaş hara getsin, Kərimlinin facebookda paylaşdığı elektron blankı doldurub hansı ünvana təqdim etsin? Virtual üzvlükmü? Vay bəə. Adamın hər şeyi virtualdı zatən.

Fikrimcə, bu müraciətdə məqsəd tamam başqadı əslində. İndiki böhranlı vəziyyətdə mühacirətə getmək istəyənlərin sayında artımın olması təbiidir. Azərbaycanlılar, xüsusilə də qeyri-siyasi təbəqənin xeyli nümayəndəsi xoşbəxtliyi, rahat həyatı Avropaya, qismən də ABŞ-a mühacirətə getməkdə görür. Belə bir şəraitdə qərargahı olmayan bir partiyadan bilet almaq xeyli çətindi təbii ki. Canlı, birbaşa əlaqə qurmaq xeyli zaman və enerji alır. Üstəlik, qərargahı olan Müsavat Partiyası bu məsələdə Əli Kərimliyə ciddi rəqibdi. Ona görə də Kərimli “dühası” buna da çarə tapıb. Elektron fəaliyyətə keçib, bazarda ciddi paya sahib olmaq istəyir.
Beləliklə, AXCP sədri Əli Kərimli rəhbəri olduğu partiyanın üzvlük biletini mühacirət etmək istəyən vətəndaşımıza satıb, Azərbaycan xilas edəcək.

Bu qədər yəni...

Azər AYXAN \\musavat.com\\










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru