Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“ANCAQ HEYVANLAR ÜÇÜN QADAĞA YOXDUR”
Tarix: 10-05-2012, 15:21 | Çap et
“ANCAQ HEYVANLAR ÜÇÜN QADAĞA YOXDUR”

“ABIR-HƏYANI UNUDUB HƏR ŞEYƏ ƏL ATIRLAR”

Həyat sınaq məktəbidir, döyüş meydanıdır. İnsan ömrü boyu külüng çalır bu meydanda. Qəlbində min bir niyyətlə cücərtdiyi arzularına qovuşmaq üçün çalışır, çarpışır. Müsahibim həyatın çətin sınaq məktəbindən dərs alıb. Dəyanəti, cəsarəti ilə dəf edib maneələri. Və elə onun nəticəsidir ki, 40 ilə yaxın bir sənət yolu keçib. Bu gün fəxrlə, fərəhlə danışır keçdiyi yoldan. Çünki buna haqqı var gözəl səs sahibi olan Səyyad Əlizadənin.

- Səyyad müəllim, sizinlə çoxdandır görüşmürük, yoxsa siz görünmürsünüz?

- /Gülür/ Əvvəla, xoş gördük. Köhnə dostları görmək mənə sevinc gətirir. Sizin imzanızı hər zaman görürəm və yazılarınızı oxuyuram, müəyyən verilişlərdən izləyirəm. Yəni demək olar ki, efirdən görüşürdük. Amma təxminən 5-6 ildir görüşmürük.

- Bu 5-6 ildə nələr oldu, nə dəyişdi?

- Həyatda da, sənət dünyasında da dəyişən çox şeylər var. Stilimdə, oxu janrımda dəyişikliklər etmişəm. Təbii ki, inkişaf var. Bu müddət ərzində çox işlər görülüb. İstər xarici ölkələrdə, istərsə də paytaxtımızda solo-konsertlər vermişik. 2008-ci ildə səhnə fəaliyyətimin 30 illik yubileyi və "Bəyaz gecələr" ansamblının 15 yaşı qeyd olundu. İndi bilirsiniz ki, sənət dünyasında özünü müğənni adlandıran insanlar da, başqa sahələrdə, məsələn, mətbuatda özünü savadlı jurnalist kimi qələmə verənlər də çoxdur. Jurnalist mənim üçün müqəddəs və əlçatmazdır. Lakin təəssüflər olsun ki, istər bizim sahədə, istərsə də mətbuatda öz peşəsindən sui-istifadə edənlər hələ də var.

- Deyirsiniz ki, inkişaf var. Amma bəzi üzdəniraq müğənnilər inkişafı başqa cür başa düşüb, öz bildikləri kimi hərəkət edirlər. Necə düşünürsünüz, sənətdə sərhəd lazımdır?

- İnsan yer üzünün əşrəfidir. Ancaq heyvanlar üçün qadağa yoxdur. Lakin hər bir insan çərçivə daxilində hərəkət etməlidir. Bir divara nəzər yetirin. O fəxri fərman çərçivədə necə də gözəldir. Lakin onu indi adi kağız parçası kimi divardan asılmış təsəvvür edin. Sizcə o gözəlliyi yenə də görəcəksiniz? Ailədə də, valideyn övlad münasibətində də, dostluqda da, sənətdə də çərçivə olmalıdır. Özlərini müğənni adlandırıb istədikləri kimi hərəkət edənləri hardasa qınamıram. Çünki elə insanlar var ki, onlar gündəmə gəlmək üçün abır-həyasını unudub hər şeyə əl atırlar. Bəs bizim efir məkanları onlara nə üçün şərait yaradırlar? Efir müqəddəs bir yerdir. Elə adamlar var ki, onları nəinki efirə, hətta telekanalın həyətinə buraxmaq belə cinayətdir. Düşünmək lazımdır ki, televiziyaya hər kəs, uşaqlar da, yaşlılar da, qocalar da baxır. Gənclər də belə qənaətə gəlir ki, əgər bu cür çıxışlar, belə davranış efirdə əksini tapırsa, deməli, bu qəbul olunur. Efir məkanının formalaşdırdığı bu nümunəni ertəsi gün həmin gənc tamaşaçı da həyata keçirməyə çalışır.

- Baş verənlər uzun sənət yolu keçmiş bir insanı ruhdan salmır ki?

- Məni təəssüf hissi bürüyür. Həmişə yeni mahnılar üzərində çalışıb yeniliklər etməyə can atmışam. Zaman keçdikcə keyfiyyətini itirən qrammofon vallarındakı musiqiləri, radiomuzda saxlanılan lent yazılarının təxminən iki min dənəsini yenidən bərpa edib rəqəmsal disklərə yazmışıq. "Mən, mən" deyən bəzi üzdəniraqlar sənətdə nə ediblər ki, qürurlanırlar?

- Artıq iki-üç il səhnədə görünənlər deyir ki, bu gün toy bazarında məhz elə biz gündəmdəyik...

- Onlar xəstədirlər. Tanrı onsuz da hansı sahədə olursa olsun, yaratdığı insanın ruzisini verir. Amma dediyiniz insanların bir məqsədi var, yalnız pul qazanmaq. Mənim onlara yazığım gəlir. Bu dünya bir sınaq meydanıdır. Burda yaxşı əməl sahibi olmaq lazımdır, bir-birinə qara yaxmaqla tanınmaq lazım deyil.

- Haqqınızda şayiə eşitməmisiniz ki?

- Bəzən eşitmişəm. Bir dəfə gecəyarısı dostlarım xaricdən zəng edib hal-əhval tutdular. Lakin səhər yenə zəng edib bildirdilər ki, gecə səsini eşidib arxayın olduq, sənə bir söz demədik. Deyirdilər ki, sən avtomobil qəzasına uğramısan. Bəzən məni qalmaqala sürükləmək istəsələr də, alınmayıb. Mənim vaxtıma heyfim gəlir ki, onu belə söhbətlərə sərf edim. Çünki ötən zaman geri qayıtmır. İnsan həyatında savadın çox böyük rolu var. İki ali təhsil almışam. Azərbaycan İnşaat Mühəndisləri institutunun yetirməsiyəm və İncəsənət institutunun vokal şöbəsini bitirmişəm. Təkcə “səsim var, oxuyuram” demək kifayət deyil. İnsanın savadı, dünyagörüşü olmalıdır.

- Əgər müğənni olmasaydınız, özünüzü inşaatda sınayacaqdınız?

- Mən onsuz da inşaatda işləyirdim. Kiyev şəhərində tikinti mühəndisi kimi çalışmışam. Lakin bu sənət məni özünə elə çəkirdi ki, qəriblikdə onsuz qala bilmədim və Bakıya gəldim. Qeyd edim ki, tələbəlik dövründə "Oxu tar" müsabiqəsinin laureatı olmuşam. İstər xaricdə, istərsə də ölkəmizdə yüzə yaxın diplom və mükafatlara layiq görülmüşəm. Amma qazandığım uğurlarla heç vaxt kifayətlənməmişəm. Hər zaman özümə tənqidi yanaşmışam və üzərimdə çalışmışam. Heç vaxt özümdən razı olmamışam. 1987-ci ildə "Təbrizim" albomu işıq üzü gördü və tez bir zamanda sevildi. Beləliklə, ardıcıl olaraq kasetlərim çıxdı. 1993-94-cü illərdə isə "Bəyaz gecələr" yazıldı və mən janrımı dəyişdim. "Bəyaz gecələr" mənə uğur gətirdi, mən öz stilimi, üslubumu tapdım. Yaratdığım bu yaradıcılıq mərkəzi də, ansamblım da "Bəyaz gecələr" adlanır. Albomlar üzərində çalışırıq, demək olar ki, iki ildən bir hit mahnım yaranır. Hər zaman axtarışdayam.

- Sənətdə olduğunuz illər ərzində özünüzə nəyi qadağa qoydunuz?

- Müxtəlif xarakterli insanlar mövcuddur. Özünün tərbiyəsini, əxlaqını qoruyub saxlayan, özünə hörmət edənlər də var, abır-həyasını itirmiş, yüngül həyat keçirən insanlar da. Tutaq ki, hər hansı bir qadınla çərçivə daxilində söhbət etməyi vacib bilirəm. Qarşımdakını anam, bacım sanıram. Yəni hər kəs mənim doğmamdır. Mən sənət adamıyam. Haqqımda yaxşı, ya pis danışıla bilər. İnsan ümumiyyətlə atdığı hər bir addımını düşünməlidir. Amma xalqın sevgisindən sui-istifadə edənlər də az deyil.

- İmicinizi dəyişməyinizi zamanın axarına düşmək kimi qəbul etmək olar?

- Xeyr, xeyr. Mən şou-biznes aləmində deyiləm və özümü orda görmək də istəmirəm. Qoy adım sənət aləmində çəkilsin. Şou və biznesin sənətə heç bir dəxli yoxdur. Şou sirkdə olur, biznes də maddiyyatdır. Sənət başqa şeydir. Elə mahnılar var ki, mən onu oxuya bilmərəm. Hansı ki, zamana uyğun olaraq oxusam, bir partlayış olar. Amma mənlik deyil. Mən sənət üzərində ciddi çalışıram. Bu yaxınlarda Azərbaycan mədəniyyəti günlərində Orenburqda konsertimiz oldu. Konsertin videoyazısı hazırlanıb. Burda daha çox bəstəkar və retro mahnılar yer alıb. Mən hər janrda oxuyuram və oxuduğum mahnılar da uğur qazanıb. Artıq dördüncü duet kaset hazırlamışam və o da tezliklə işıq üzü görəcək. Eyni zamanda keyfiyyətini itirmiş mahnıların bərpası ilə məşğuluq.

İllər aylara, aylar günlərə calanır. Ömür su kimi axıb gedir. Bir soyuq qış ötdü, bir isti yayı da yola salacağıq. Bu il də həyatımızda hansısa bir xatirə iz qoyacaq. Nə vaxtsa yada salıb səhifələyəcəyik. Bəlkə bugünkü söhbətimiz də o xatirə kitabının kiçik guşəsində yer alacaq. Və bu guşədə Səyyad müəllimin dilə gətirdiyi "ən böyük arzum torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır" istəyi o zaman artıq gerçəkləşmiş olacaq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru