Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

71 YAŞLI AKTYORUMUZ PROBLEM İÇİNDƏ
Tarix: 5-05-2012, 14:05 | Çap et
71 YAŞLI AKTYORUMUZ PROBLEM İÇİNDƏ

BİR OTAQLI EV VƏ ÖMÜRLÜK PREZİDENT TƏQAÜDÜ...

Həyat olumla ölüm arasında kiçik bir epizoda bənzəyir. Yaşından asılı olmayaraq istənilən insan yaşadığı illərin necə gəlib keçdiyini hiss etmir. Dəyərli insan odur ki, bu epizodu baş rol qədər ifa edə bilsin, yəni ömrünü mənalı yaşasın. Dahi rejissor, pedaqoq Konstantin Stanislavskiy demişdir: "istedadlı aktyor rolu oynamamalıdır, yaşamalıdır". Bu isə o deməkdir ki, insan həyatda olduğu kimi olmalıdır, yəni səmimi.

Bugünkü həmsöhbətim epizodik rolları baş rol qədər dəyərləndirə və təqdim edə bilən xalq artisti Ağaxan Salmanlıdır.

- Özünüz haqda məlumat verərdiniz?

- 1941-ci ildə oktyabrın 29-da Suraxanıda anadan olmuşam. İlk sənət təhsilini Suraxanıda "Fəhlə-gənclər" dram dərnəyində, daha sonra 1960-1964-cü illərdə Teatr institutunun Dram-kino aktyorluğu fakültəsində almışam. İlk peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlinin "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlamışam.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Atam poeziya həvəskarı olub. "Əli Fani" təxəllüsü ilə şeirlər, qəzəllər yazırdı. Yadımdadır, evimizdə tez-tez ədəbi məclislər qurulurdu. Mən də onlara qulluq edirdim. Anam isə bağçada tərbiyəçi işləyirdi. Bağçada müxtəlif səhnəciklər hazırlayanda anam da məni o tədbirə cəlb eləyirdi. Yəqin ki, o mühitin mənə təsiri oldu. Məktəbi bitirdim, aktyor olmaq istədiyimi bildirəndə, evdə narazılıq oldu. Evdə dedilər ki, bu sənətdə aclıq olur. Amma ürəyimin səsinə və istedadlı olmağıma inanıb bu sənətə gəldim.

- Övladlarınızdan sizin sənəti seçən oldumu?

- 1974-cü ildən ailəliyəm. İki oğlum, dörd nəvəm var. Övladlarımın biri hüquqşünaslığı, biri də iqtisadiyyatı seçdi. Heç biri bu sənəti seçmədi.

- Yetmiş bir il kiməsə çox görünə bilər. Ola bilər ki, o qədər sürətlə keçdi, bütün yaşadıqlarınız yuxu kimi göründü?

- 2006-cı ildən xalq artistiyəm. "Qızıl dərviş" Prezident mükafatı almışam. Artıq qocalmışam, yetmiş bir yaşım var. İstəyirəm Prezident təqaüdü alım, ömürlük təqaüd. Müraciət eləmişəm. Ev istəyirəm, heç olmasa birotaqlı olsun. Üç otaq istəmirəm, bir otaq istəyirəm. Yeni Suraxanıdan gündə gedib-gəlmək olmur. Üç avtobus dəyişirəm. Bu il qar yağdı, üç dəfə yıxıldım, yaxşı ki, ayağım qırılmadı. Altmış beş yaşından teatrdan çıxardıblar, müqavilə ilə işləyirəm. Yaşlı insanam, əlbəttə, bu illər yuxu kimi görünür. Bu gün sabaha ümidlə yaşayıram.

- Nə əcəb kinolara və ya seriallara dəvət almırsınız?

- Mən deyə bilmərəm. Aktyor seçimi çox çətin, qəliz məsələdir. Seriallara çəkilirəm. İranlıların bir serialı çəkildi, səksən seriyalı. "Firdos"a çəkildim.

"Lider" tv-dən bir serial gedir. Cavanlar çox maraqlanır. Lağlağı deyil, elit, yığcam yumordur. Çox gözəl, cavan, seçmə aktyorlar çıxış edir.

- Haqsızlıq görəndə necə reaksiya verirsiniz?

- Tez əsəbiləşirəm. Haqsızlıq, yalan görəndə od püskürürəm, sakitləşmirəm, haqsızlıqla heç vaxt barışmıram.

- Bu sənətdən nə qazandınız?

- Xalq artistiyəm. 50 manat alıram, xalqın məhəbbətindən istifadə edirəm. Yaxşı rəğbət, alqış qazandım, sevgi-məhəbbət qazandım, xalqla çox gözəl münasibətim var. Marşrutda gedəndə sevgilərini bildirirlər. Tanıyırlar, hörmət qoyurlar. Bütün rollarımla böyük uğur qazandım. Sizə bir hadisə danışım. Günlərin bir günü rayonda qastroldayam. Rəhbər kimi getmişəm, maliyyə işlərinə mən baxıram. Biz tamaşada nə oynayırdıqsa, qayıdıb gələndə dövlətə pul keçirməliydik axı. İnanın, bir böyük klubdur, biletlər satılmayıb, tamaşaçı az, çıxırıq səhnəyə, alqışlar olur, təzədən qayıdırıq. Dilxoram. Dostlar deyir, narahat olma, hər şey yaxşı olacaq. Ondan qabaq bir klubda da olmuşdu tamaşamız. Pul yığılmışdı. Amma burda böyük klub olsa da, heç nə yığılmadı. Bu, nə qədər olmasa, pis şeydir. Mən də tamaşanı başlamamışdan qabaq dedim: "aktyoru yaşadan alqışlardır". Çıxıb tamaşa oynadım, qayıdıb çamadanı açdım, gördüm boşdur. Pullar yoxdur. Dedim, pullar hanı, dedilər, sən demədin ki, əsas alqış lazımdır? Sən alqışları götür, biz də pulları, böləcəyik ortadan, sən get alqışla yaşa.

- Bəs unudulmaqdan necə, qorxmursunuz?

- İnanın, çox pis şeydir. Hərdən olur, yolda yaxınlaşıb deyirlər ki, adınız yadımdan çıxıb, amma tamaşalarınıza baxmışam. Çox əsəbiləşirəm. Deyirəm, əlli altı ildir səhnədəyəm, adımı bilmirsənsə, get fikirləş. Çox pis oluram.

- Küsülü olduğunuz aktyor həmkarınız varmı?

- Ad çəkməyəcəm, küsülü olduğum üç-dörd aktyor var. Bilirsiniz ki, on il bundan əvvələ qədər hamı məni «Мне это надо (Bu, mənə lazımdır)В» replikası ilə tanıyırdı. O vaxt çox məşhur idim. Bir gün rejissor məni çağırdı, ciddi rol verdi. Mən də dedim, hamı məni görsə, güləcək, ciddi tamaşada oynamağım tezdir. Adını çəkmək istəmirəm, həmin aktyor indi pensiyadadır, başladı gülməyə. Lağla dedi: "Sən neyləmisən ki?" Mənə çox pis təsir etdi, hələ də onunla danışmıram. Küsülü olduqlarımdan rəhmətə gedən də var. Neyləyim, xasiyyətim pisdir.

- Həyat sevgi ilə xoşdur, bəs sevgisiz həyat niyə boşdur?

- Sevgi elə bir varlıqdır ki, hörmət istəyir özünə qarşı. Həyat mənalıdır. Sevgi olmasa, əlbəttə həyat boş olar. Həyatın özü sevgidir. Oğlanla qız bir-birini sevir. Ümumiyyətlə, gül toxumsuz bitməz. Hətta heyvana sevgi göstərirsən, o da istər-istəməz sevgisini sənə bildirir.

- İlk məhəbbətiniz neçə yaşında olub?

- İnsanda 99,9 faiz hissiyyatla olur o məhəbbət, tanış olursan, bir də görürsən qismət olmur sənə. Sonra fikirləşirsən yaxşı ki, qismət olmayıb, düz eləmişəm ayrılmışam. İlk məhəbbətim uşaq bağçasında altı yaşımda olub. Yumru, göygöz qız var idi, bizi harasa gəzməyə aparanda heç kimin əlindən tutmurdum, yalnız o qızdan bərk-bərk yapışırdım. Başqa qız olanda da qışqırırdım, şivən qoparırdım, əlindən tutmurdum. Mən özüm utancaq insanam. Mədəni Maarif texnikumunda oxuyanda öz tələbə yoldaşımı sevdim, onunla ailə qurdum. Sonra da texnikumdan ayrıldım. Ömrümün sonuna qədər də ailəmə xəyanət etmədim.

- Niyə iş görmək istəyən imkan axtarır, iş görmək istəməyən bəhanə?

- Çox gözəl, müdrik kəlamdır. İş görmək istəyənin kürəyində qurd olur. Təbii haldır, iş görmək istəməsin, hazıra nazir olsun.

- Dostluq müqəddəs bir qala kimidir, əsil dost qalanın hakimidir. Əsil dostlarınızı necə tanımısınız?

- Çox ağırdır bu haqda danışmaq. İnanın ki, əsil dost barədə yanılmışam. Həyatda təmənna güdüblər dostlarım məndən. Artıq heç kimə yaxın durmuram, görəndə də qaçıram. Açıqlama verim. Dəfələrlə dostlarım məni çay içməyə dəvət ediblər, gedib çay içmişik, heç əlini cibinə salan olmayıb, çayın, yeməyin pulunu mənə verdiriblər. Bir, iki, üç dəfə, gördüm belədir, sonra deyəndə ki, gedək çörək yeməyə, deyirəm, toxam. Dostlarıma müraciət edirəm, haçansa gördünüz getmirəm, bilin ki, cibimdə pulum azdır, ona görə getmirəm. Dost tərəfindən yarımamışam. Tələbəlik vaxtında da dəfələrlə məndən istifadə ediblər. İmkanım olanda istəyirəm hamıya köməklik edim, hədiyyə alım.

- Xəyanətə münasibətiniz necədir?

- Nifrət edirəm xəyanət sözünə.

- Həyatda nədən qorxursunuz?

- Sırtıq, həyasız insanlardan qorxuram. Sırtıq insan görəndə tez uzaqlaşıram ki, salamdan sonra hal-əhval tutmasın. Çox vaxt da görəndə yolumu dəyişirəm, uzaq qaçıram.

- Həyatda səhviniz nə olub?

- Çox utancaq insanam. Bir haqsızlıq görəndə cavab verə bilmirəm, tutuluram.

- Heç qalmaqala düşmüsünüz?

- O qədər. Bir aktyor tamaşada oynayanda tez-tez söz yadından çıxırdı. Hər dəqiqə tamaşanı saxlayırdılar. Məşqi yenidən başlayanda sözü dedim ki, təkrar etsin. Əl qatdı özünə ki, mənim fəaliyyətim səndən yüksəkdir, sən niyə sözü mənə deməlisən. Öz-özünə coşdu-daşdı, tamaşa qurtarandan sonra da dedi: "səni saldım "Qara kitaba"". Dedim: "yoxsa "Ağ kitab"da idim". Gülüb keçdim. İndi həmin aktyor təqaüddədir. Mən öz xatirələrimdə də bu qalmaqallar haqda yazıram. Burdan ona deyirəm, mesajım çatsın ona. Sənin öz fəaliyyətin nədir ki? Milli teatrda sən "narodnısan", nəsən ki? Belə hadisələr çox baş verib. Dəfələrlə xırda söhbətə görə qalmaqal olub. Sənət aləmidir də.

- Bəs tamada kimi toylara gedirsinizmi?

- On ildir getmirəm.

- Bəzi aktrisalar tamaşa oynamaqla bahalı ev, maşın alır. Sizcə bu nə qədər realdır?

- Bilirsiniz, elə qızlar var ki, tanıyıram, seriala çəkilir, pulunu yığıb 2000 manat edir, gedib kreditə maşın alır. Ata-ana himayəsindədir, kömək olur da. Kim bilir, villa alanlar nə işlə məşğul olur. Deyə bilmərəm necə alırlar. Zəhmətlə, bizim maaşla heç cür bahalı villa almaq olmaz. Bilsəm necə alırlar, mən də o yolla gedərdim, villa alardım.

- Bəs rəqibiniz kimdir bu sənətdə?

- Rəqibim yoxdur. Çünki mən həmişə I olmuşam. Zəhmət çəkmişəm, bütün enerjimi qoymuşam bu sənətə. Mən necə ailəmi sevirəmsə, ondan qat-qat çox sənətimi sevirəm.

- Yaşlı sənətkarların cavan aktyorları bəyənməmələrinin səbəbi nədir?

- Mən şəxsən bütün cavanların uğurlarına sevinirəm, onları alqışlayıram. İstedadlı gəlir bu sənətə, dolana bilmir, çıxıb gedir. İstedadsız da var, əlindən başqa iş gəlmir, məcbur olur bu sənətə gəlir, qalır, başlayır tamaşalarda oynamağa. Allah elə insanların cəzasını versin. Cavanlara dəstək olmalıyıq.

- Güclü insansınız?

- Bəli, güclü olmağım ağlımdan, iradəmdən irəli gəlir. On ildir siqareti tulladığım. Lazım olsa, çəkərəm də, hər şey iradədən asılıdır.

- Qısqanc insansınız?

- Qısqanclıq hansı kəsdə yoxdur ki? Qadınlara bir mesajım var ki, heç vaxt qısqanclıq etməsinlər. Kişi hara getsə də, axşam olanda evinə gəlir. Kişilərə qayğı lazımdır, sevgi lazımdır.

- Göz yaşlarının əsiri olursunuz?

- İnanın ki, göz yaşlarım ovcumdadır.

- Nəyə heyfsilənirsiniz?

- Kasıb olduqları üçün artistlərə qız vermirlər. Ona görə çox pis oluram.

- Ölmək asandır, yoxsa yaşamaq?

- Mən ölməmişəm, deyə bilmərəm. Yaşamaq asandır. Şəxsən mənim üçün yetmiş bir yaşın hər günü bir ömürdür.

- Şəlalə nə deməkdir sizin üçün?

- Allaha qurban olum, şəlalə elə bil bütün əsəbləri sakitləşdirir. Ölürəm də şəlalə üçün. Təbiətin gözəlliyi hər şeyə dəyər.

Hər bir tamaşanın əvvəli olduğu kimi sonu da qaçılmazdır. Əsas odur ki, sonda hamı ayaq üstə sənə əl çalsın. Bu isə o deməkdir ki, hər kəs xoş xatirələrdə yaşaya biləcək tərzdə ömür sürməlidir.

Şəlalə kənarında görüşənədək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru