Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                 

GƏNC MÜĞƏNNİDƏN ŞOK AÇIQLAMALAR
Tarix: 4-05-2012, 13:30 | Çap et
GƏNC MÜĞƏNNİDƏN ŞOK AÇIQLAMALAR

“ÇOXU İLƏ EŞQ MACƏRASI YAŞAMIŞAM”

Şou biznes qanunlarını kimin yazdığı hələ də sual altındadır. İddia edənlər çoxdur, amma ümumi fikrə gələn yoxdur. Bəlkə də belə olduğu yaxşıdır. Çünki bu qanunlar sənət üzərində deyil, bayağı qalmaqallar üzərində yazılıb. Şou-biznesin virtual açarının kimdə olduğu da bəlli deyil. Belə görünür ki, yeganə məqsədi qalmaqalla populyarlıq qazanmaq olan şou-biznes aləmi açarını itirib.

Bu barədə şou-biznesin gənc təmsilçisi, müğənni Yaşarın fikirlərini eşitmək maraqlı olardı.

- Özünüz haqda məlumat verərdiniz?

- Yaşar Cəlilov. 1989-cu ilin dekabrında anadan olmuşam. Anam qazaxlı, atam bakılıdır. Dağıstan Universitetinin iqtisadiyyat fakültəsində oxuyuram.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- 2006-cı ildən professional sənətə gəlmişəm. Bu sənətdə ilk addımı 2001-ci ildə atmışam. İki albomum, yeddi klipim var.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Mənim üçün maraqsızdır qalmaqal. Qalmaqal edənlər heçdir həyatda. Ancaq mənim də çox qalmaqalım olub bu həyatda. Danışmaq istəmirəm.

- Həyatda səhviniz nədə olub? Heç peşmançılıq hissi keçirmisiniz?

- Çox səhv hərəkətlərim olub, boynuma alıram. Bədxərcliyimlə dostumu-düşmənimi tanımamışam. Qəlbimə artıq heç kim girə bilməz, cavanlıq etmişəm.

- Məndə olan məlumata görə, şou-biznesdə bəzi xanım müğənnilər var ki, onlarla özəl əlaqələriniz olub. Buna nə deyəcəksiniz?

- Boynuma alıram, olub. Yalnız şou-əhlinə qəlbimi verə bilmərəm, şou əhlini sevə bilmərəm, heç vaxt. Onlardan kiminləsə münasibət qururamsa, o deyil ki, sevirəm onu. Əgər bir gün, bir ay, beş ay birgə yaşayıramsa, demək, mənim üçün cavanlıqdır. Burdan sizin vasitənizlə deyirəm: “heç vaxt rəva bilmərəm ki, sevim onları, yaxud ailə qurum”. Heç vaxt ola bilməz.

- Deməli, bilə-bilə həmin xanımların hissləri ilə oynamısınız?

- Mən sizə söz verdim, səmimi olacağam. Onlar xasiyyətimdən, danışığımdan hiss ediblər ki, münasibət qururamsa, demək, cavanlıq edirəm, sevmək üçün görüşmürəm. Elə müğənni xanımlar olub ki, məndən böyük olublar, kiçik yaşda olanlar da olub. Həmin xanımlar deyə bilməz ki, mən onlara eşq elan etmişəm. Heç vaxt ola bilməz. Sadəcə, əgər hansısa xanım mənim sözümdən çıxmırsa, demək, ondan ayrılmıram, əgər çıxırsa, mənim üçün birgünlük olur. Amma şou əhlinin bir xanımı var, onunla təzəlikcə ayrılmışam.

- Olubmu hansısa xanım yekəxanalığınıza görə sizdən ayrılıb?

- Məni heç kim heç vaxt ata bilməz. Münasibət qurduğum müğənnilərdən mən uzaqlaşmışam. Heç biri də təmənna güdməyib məndən. Əgər təmənna güdsəydilər, uzaqlaşardım. Həyatı boyu şou-biznesdə olan müğənni ilə ailə qurmaq, heç vaxt bu ola bilməz. Qoy yekəxana olduğumu düşünsünlər. Çünki mən onlarla oturub-durmuram. Əgər onlarla oturub-dursaydım, hazırda nömrə 1 mən olardım.

- Bəs niyə 1 nömrəli olmaq istəmirsiniz?

- Ona görə onlarla oturub-durmuram ki, özümə rəva bilmirəm. Şou əhlinin qadınlarının 70%-80%-i ikidilli, ikiüzlü, arsız, tərbiyəsiz, səviyyəsiz, mədəniyyətsizdir. Hamısının da görüşdüyü, saxladıqları var, istər kişi, istər xanım olsun.

- Müsahibənin əvvəlində səmimi olacağınıza söz verdiniz. Deyin görək, sizi bu qədər təsirləndirən xanımlar kimlərdir?

- ...

- Cavab vermədiniz. Onda deyin görək, şou-biznesdə kimlərlə dostluq edirsiniz?

- Elçinlə, Tərlanla, aparıcı İdrislə, Emil Bədəlovla, bir də Abbasla dostluq edirəm.

- Bəs kiməsə hədiyyə almısınız?

- Abbas Bağırova ən bahalı nərd alıb bağışlamışam, halal xoşu olsun. Qadın müğənnilərdənsə heç kimə hədiyyə almamışam. Kiminsə ad günü olarsa, bir ətir hədiyyə edə bilərəm. Amma hər adamın da məclisinə, toyuna getmirəm.

- Bəs sizin üçün özəl olan xanımlara necə, hədiyyə vermisiniz?

- Bayaq qeyd etdiyim kimi, xanım müğənnilər mənimlə təmənnasız görüşüb. Əgər mənimlə görüşürsə, təmənna güdürsə, başıma dəysin o hədiyyə. Heç vaxt almaram, almıram da. Belə fikrim də yoxdur.

- Xanım söhbəti çox yorucu oldu. Deyin görək, istedadınızı ilk dəfə kim kəşf edib?

- Birinci növbədə valideynlərim. Sonra Ağaxan Abdullayev, Arif Babayev, Qəzənfər Abbasov, Sabir Abdullayev, Əlibaba Məmmədov kəşf ediblər, xeyir-dua veriblər.

- Hansı müğənninin sənətini bəyənirsiniz?

- Muğamlara da qulaq asıram. Amma mənim üçün nömrə 1 Röyadır. Çox bəyənirəm onun ifasını, xətrini də çox istəyirəm.

- Sizcə şou-biznesin qanunlarını kim yazır və şou-biznesin açarı kimin əhlindədir?

- Şou-biznesin qanununu müğənnilər özləri yazır. Amma açar Röyanın əlindədir. Çox sevilir, həddindən artıq.

- Bəs deyirlər ki, səhnənin divası Aygün Kazımovadır və şou-biznesin açarı onun əlindədir?

- Günün bu günü Röya yetərincə sevilirsə, demək, şou-biznesin açarı Röyanın əlindədir. Hazırda bütün gənclərin, hamının sevimlisi Röyadır. Aygün xanımı da sevirlər, amma reallıq budur ki, Röya birincidir və hər an onun mahnılarına qulaq asıram.

- Şəlalə sizin üçün nə deməkdir?

- Mənim üçün xanım adıdır. Siz gəlirsiniz gözümün qabağına, sizin adınızdır. Çox səmimi söhbətimiz tutur. Bilmədim nədən oldu, hələ özüm haqda belə danışmamışdım. Şəlalə bir də dağdan aşan çaydır.

- Şou-biznesdə rəqibiniz varmı?

- Heç kim mənim rəqibim ola bilməz. Nömrə 1 mənəm, hamı da bilsin.

- Bəs bir qədər əvvəl dediniz ki, 1 nömrəli Röyadır? Bu qədər təzadlı açıqlamalar verməklə şou-biznes əhlindən qorxmursunuz?

- Allahdan başqa heç kimdən qorxmuram. Kimə lazım olsa, cavabını verərəm. Zəng edib görüşərək və ya internetlə cavabını verərəm. Dediyim sözlərin arxasında dururam.

- Gözə, nəfsə inanırsınız?

- Çox inanıram. Efirə çıxırsan, səhəri xəstələnirsən və ya bir də görürsən ki, maşınını vurmusan.

- Yaşarın fanatları varmı?

- Bilirsiniz nə qədər gənc kukla-kukla fanatlarım var? Onları özüm ərə verəcəm. Boşananları da ərə verəcəm. Getmək istəməyənlərə də özüm baxacam. Hamısını çoxlu öpürəm. Fəxr edirəm ki, bu qədər sevirlər məni.

- Deyəsən, əsəbi insansınız...

- Çox. Hazırda müalicə alıram.

- Saf məhəbbətə inanırsınızmı? Mümkünsə, səmimi olun.

- Sevgi mənim üçün hörmətdir, qayğıdır, bağlanmaqdır. İnanın ki, ilk dəfədir şəxsi həyatımla bağlı bir belə açıqlama verdim. Sevdiyim insan var qəlbimdə. Sadəcə, o, mənim sevgimə cavab vermir. Cavab versə, ailə quraram həmin xanımla.

- Bəs ona olan sevginizi necə isbat edərdiniz?

- Hər cürə hiss etdirərdim. Yalnız heç vaxt ölmərəm onun üçün. Mən ölüm, o da bildiyini etsin? Ağıllı adam bunu düşünməlidir, heç vaxt ölümə getməməlidir.

- Ən baxımlı kanalda “Canlı Səs”də çıxış etdiniz. Rəqibiniz sizi qane etdimi, uduzmaqdan qorxmadınız ki?

- Çıxışım lap xoşuma gəldi. Xəstə olduğum üçün bir az narahat idim. Amma uduzsam da, heyfsilənməzdim. Çünki 12 illik dostum Emil Bədəlova uduzacaqdım. Məni çox qane etdi tərəf müqabilim.

- Toyların sayı azalmayıb ki?

- Yarım saatı 800 manata, bütün toyu ansamblımla 3 000 manata gedirəm. Şübhəsi olanları da qoltuğuma vurub, aparıb göstərə bilərəm. Şükür Allaha, ata “şotuna” dolanmıram. Toylarım MaşaAllah boldur. Bankda da “şotum” var.

- Həyatdan istəyiniz nədir?

- Can sağlığı, xoşbəxtlik.

- Sizcə kənardan necə təsir bağışlayırsınız?

- Dikbaş, yekəxana kimi görsənirəm. Amma belə insan deyiləm, çox səmimiyəm.

- Hissləriniz yalançıdır, yəni sizi tez-tez aladır?

- O qədər aldadıb, sonra səhv olduğunu anlamışam.

- Yaşlı müğənnilər niyə cavan həmkarlarının bir çoxunu bəyənmir?

- Yaşlı müğənnilər cavanların paxıllığını çəkir. Çünki üzdə deyillər. Fikir verin, Səməd Səmədovda heç vaxt paxıllıq hissi yoxdur. “Toylar kralı”mızdır. Həm də üzdə olan kralımızdır.

- Mən eşitdiyimə görə, “Toylar Kralı” titulunun sahibi Manaf Ağayevdir. Sonra iki-üç nəfər var ki, bu titula layiq görülüblər.

- Mən gözümü açandan bilirəm ki, kral Səməd Səmədovdur. Manaf Ağayevin toylar kralı olduğunu sizdən eşidirəm. Səməd Səmədov yaşlıların kralıdır, Yaşar gənclərin kralıdır. Bunu hamı bilsin. Özümə güvənirəm, yaxşı da oxuyuram. Estrada cavanlarındır. Təbii ki, biz də yaşlananda estafeti başqalarına verəcəyik.

- Göz yaşlarının əsiri olmusunuz?

- Uşaq vaxtı valideynlərim məni döyəndə olmuşam. Əlim əzilmişdi, həkim iynə ilə narkozsuz tikib, mən gülmüşəm, hamı diqqətlə baxıb.

- Qısqanc insansınız?

- Həddindən artıq qısqancam. Dostlarımı da, prodüserimi də, mənə yaxın olanları da həmişə qısqanmışam.

- Həyatda kimin üçün yaşayırsınız?

- Ailəm üçün, atam-anam, qardaşım və onun balası üçün yaşayıram. Dörd yaşı var, “Bilməzdim” mahnısını əzbərdən oxuyur.

- Bu mahnının sizin şəxsi həyatınızla bağlılığı olubmu?

- Həyatımla heç bir bağlılığı yoxdur.

- Şou-biznesdə boşanmalara səbəb nədir?

- Tələsirlər, evlənirlər, gərək bir-birini tanısınlar. Məsələn, məni 55 dəfə toylarına çağırsalar, gedəcəm, pulumu da yazdıracam. Mən belələrini heç vaxt toyuma çağırmaram.

- Qorxursunuz ki, çağırsanız, gəlməzlər?

- Sadəcə, onları özümə yaraşdırmıram. Səviyyələri çox aşağıdır. Valideynlərimə rəva bilmirəm ki, belə bir insanlarla üz-üzə dursunlar.

- Şou-biznesdə “rəngli” müğənnilər niyə çoxdur?

- 10 nəfəri tanıyıram ki, mavidir. Elələri ilə heç vaxt bir stolda oturmaram, heç vaxt ola bilməz. Çünki, mən 99% kişilərlə oturub çay içə bilərəm, çörək kəsə bilərəm. Sırğa, silikon taxan kişilərlə bir səhnəyə çıxmaram. Dar şalvarı başa düşmək olur, saçıma jele vuraram, keçəl elətdirərəm, başqa “viddə” çıxmaram, utanaram. Çünki mən Yaşar Cəlilovam. Şəxsən şou-biznesdə bir çoxlarını bəyənmirəm, onları saymıram, dəyər vermirəm.

Şou-biznesi ağıla gələn və gəlməyən hər bir şeyə bənzətmişdilər. Maraqlıdır ki, bu cür tənqidi fikirlər əsasən şou əhlinin yaradıcı təxəyyülünün məhsulu olur. Budəfəki həmsöhbətim də adətdən geri qalmadı. Şou biznes aləmini az qala çirkab adlandırdı. Lakin bir şeyi unutmaq olmaz ki, ağ köynək çirkab ləkəsini daha tez götürür.

Şəlalə kənarında növbəti görüşədək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru