DİA.AZ: - Azərbaycanda vəhabilərin radikal qanadı sayılan «xavaric»lərin lideri kimi tanınan Əlixan Musayev bu gün vəhabilərdən yazan ölkə mediası ilə bağlı xütbə oxuyub.
DİA.AZ bildirir ki, əslində özünün ənənəvi cümə çıxışlarında olduğu kimi müxtəlif hədislərdən sitat gətirən Əlixan Musayev bu dəfə vəhabilərlə bağlı həyəcan təbili çalan Azərbaycan mediasına qarğış etməklə yanaşı, digər «müsəlmanları» da mətbuata «bəddua (qarğış) etməyə» çağırıb.
DİA.AZ olaraq vəhabi liderin qarğışlı xütbəsinin səs yazısını diqqətinizə təqdim edirik: