Bu il hansı məmurların "papka"ları qoltuqlarına veriləcək... - Antikorrupsiya prosesi 2015-ci ildə daha da şiddətli xarakter alacaq
Tarix: 22-01-2015, 11:20 | Çap et
 Bu il bəzi rüşvətxor məmurların yuxusu ərşə çəkilə bilər, çünki qüvvəyə on il əvvəl minmiş bir qanun 2015-ci ildən tətbiq edilə bilər. Söhbət hələ 2005-ci ildə qüvvəyə minmiş “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanundan gedir. Beləliklə, qanun qüvvəyə minəcək və Azərbaycan xalqının haqqı-nahaqdan, ağı-qaradan seçə bilmək imkanı yaranacaq.
Əks halda, indi şərəfli və dövlət məmurlarını da rüşvətxorların gözünə qataraq qınayanlar çoxdur. Əslində qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil. “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib.O vaxt bir sıra qeyri-hökumət təşkilatları (QHT) da bu işdə hökumətə dəstək vermək niyyətində olublar. 2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən Konstitusiya Araşdırmaları Fondu da gəlir bəyannaməsinin formasını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Eyni zamanda, təşkilat tərəfindən həmin qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və Prezident Administrasiyasına göndərilib. Həmçinin, təşkilat tərəfindən həmin gəlir bəyyannaməsini hansı qaydada tərtib etməklə bağlı Nazirlər Kabinetinin qərar layihəsi də hazırlanıb. QHT-yə həmin zaman Vergilər Nazirliyindən məlumat gəlib ki, həmin təkliflər nəzərə alınacaq. Amma bu günə qədər gəlir bəyyannaməsinin rəsmi forması təsdiq edilməyib. Məsələyə cavabdeh olan nazirliklər də bəyannamə formasının çoxdan hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini bildirirlər. “Biz, bəlkə də, səkkiz ildir ki, bu formanı hazırlayıb Nazirlər Kabinetinə göndərmişik, amma fakt budur ki, məmurlar hələ ki, bəyannamə təqdim etmirlər”, - deyə mənbə bildirib. Nazirlər Kabinetinin bu məsələni niyə gecikdirdiyini isə öyrənmək heç cür mümkün deyil. Bir çox ekspertlər məsələnin maliyyə amnistisiyasının tətbiqi ilə həll ediləcəyini düşünürlər. Sabiq millət vəkili Əliməmməd Nuriyev bu məsələni 2004-cü ildə parlamentdə qaldırıb. ”Əgər maliyyə amnistiyası tətbiq edilərsə, gəlir bəyyanamələrinin tətbiqinə keçmək asanlaşar. Bu, bütün vəzifəli şəxslərə öz gəlirlərini leqallaşdırmaq imkanı verəcək” deyən sabiq millət vəkili bu məsələnin sürətləndirilməsinin vacibliyini vurğulayırdı: “Gəlir bəyannaməsi mühüm bir alətdir. Bu, həm vəzifəli şəxslərin gəlirlərinin dinamikasını öyrənməyə imkan verir, şəffaflığın təmin edilməsinə yardımçı olur, həm də qanunsuz varlanmanın qarşısını alır”. Əlbəttə ki, maliyyə amnistiyası tətbiq edilərsə, iqtisadiyyata investisiyalar artar, yeni iş yerləri açılar, əmlaklar leqallaşar və təbii ki, ölkə üzrə vergi bazası da genişlənər. Qeyd edək ki, 2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. Fərmandan sonra güman olunurdu ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən artıq məmurla elektron formada gəlir bəyyannamələri təqdim edəcəklər. Amma bununla belə, hələ də Azərbaycan məmurları gəlir bəyyannamələri tətbiq etmir. Bu məsələnin tətbiqində maliyyə amnistiyası ilə yanaşı başqa bir problem də var. Gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. Həmçinin, bütün məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan nəzarət sistemi də yaratmaq lazımdır. Amma praktiki olaraq, indiki halda bir sıra nüfuzlu məmurların gəlirlərinə nəzarət etmək mümkün deyil. Bəlkə də, elə bu üzdəndir ki, hökumət gəlirlərin bəyan edilməsi mexanizminin tətbiqindən çəkinir. Bu səbəbdən məmurları gəlir bəyyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlər verilməsi vacibdir. Bir sıra postsosialist ölkələrin bu sahədə zəngin təcrübəsi var. Həmin ölkələrdə belə bir nəzarət üçün heç bir nazirliyə, dövlət qurumuna bağlı olmayan xüsusi komissiyalar yaradılıb. Çünki belə bir qurum hər hansı nazirliyə bağlı olduqda, ona təsir etmək imkanları asanlaşır. Adətən belə komissiyaya dövlət məmurları ilə yanaşı cəmiyyətdə böyük nüfuzu olan ictimaiyyət nümayəndələri də daxil edilir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
| • Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11 |
|
|
|
| • «Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07 |
|
|
|
| • GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56 |
|
|
|
| • Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53 |
|
|
|
| • Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52 |
|
|
|
| • ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50 |
|
|
|
| • Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47 |
|
|
|
| • İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29 |
|
|
|
| • AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20 |
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
|