ATV-ni əldən verən İbrahimov qardaşları yenidən efir məkanına qayıdırlar – “Khazar İslands” onların xilaskarı oldu...
Tarix: 30-10-2014, 11:32 |
Çap et
DİA.AZ: - «Khazar İslands»ın hesabına ayaqda durmağı bacaran İbrahimovlar yenidən «yuxarıların» etimadına layiq görülüblər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, artıq onlara hətta yeni fürsətlər də tanınıb:
«İbrahimov qardaşları böyük zərbələr almalarına rəğmən duruş gətirə bildilər və «Khazar İslands» layihəsinin arxasından nəinki qaçmadılar, əllərində sərvətləri də bu layihəyə yönəltməklə, böyük etimada layiq görüldülər. Hazırki məqamda onlara yenidən toparlana bilmələri üçün əlavə fürsət də tanınıb».
Mənbənin iddialarına görə, hətta İbrahimov qardaşları yenidən telekanal açma yolunda da müvafiq icazəni ala biliblər: «Onlar yenidən efir məkanına qayıdırlar. Artıq yeni kanalın adı da bəllidir. «Əyləncə» TV adlanacaq yeni kanal İbrahimov qardaşlarına məxsus olacaq».
DİA.AZ xatırladır ki, “Khazar İslands” layihəsinin icraçısı olan “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli bir çox ittihamların hədəfinə çevrilsə də, ona qarşı hansısa hüquqi addımın atılması da imkansız hesab olunur.