"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY
Tarix: 22-07-2020, 09:49 | Çap et
 “Pul ödəyib bələdiyyədən özümüzə torpaq almışıq. Əlimizdə sənəd-sübutumuz da var. Ancaq bələdiyyə deyir, “nə torpaq, nə sənəd?” Ərazini başqasına satıb. İçində də bizim daş, qum, sementimiz”. DİA.AZ-ın məlumatına görə, Qobustanın Xilmilli kəndinin sakini Leyla Osmanova belə deyir. 3 övladı olan xanım 1 il əvvəl Qobustan şəhər Bələdiyyəsindən torpaq aldığını söyləyir. Ancaq bu gün aldığı həmin torpaqda ev tikə bilmir. Səbəb də bələdiyyənin torpağı ikinci bir şəxsə satmasıdır:
“Torpağımız Qobustanın Nərimankənd adlanan ərazisindədir. Biz o torpağı 3 il boğazımızdan kəsib, topladığımız pulla almışdıq. 3-4 ay içində də borc-xərclə, daş, qum, tikinti üçün materiallar alıb tökmüşdük həyətə. Bir gün getdik ki, həmin həyətdə başqası tikintiyə başlayıb. Soruşduq, dedilər, “bələdiyyədən sənədimiz var”. Eyni sənəddən bizdə də var. Bələdiyyəyə getdik, sədr Vasif Novruzov dedi ki, sizin sənəd qüvvədən düşüb. Amma pulumuzu da qaytarmadılar”.
Leyla Osmanova deyir ki, bundan sonra Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət ediblər. Şikayətdən sonra Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzov daha da hiddətlənib və onları polislə hədələyib: “Dedi ki, kimə şikayət etmisiz, probleminizi də onlar həll etsin. Necə ki, gedib Prezidentə, Bakıya, mediaya şikayət etmisiz, köməyi də onlardan gözləyin. Qaynanam getdi yanına. Yalvardı-yaxardı, işə yaramadı. Yaşlı qadını polislə hədələyib geri göndərdilər. Yazıq bir müddət özünə gələ bilmədi”.
Bundan sonra ailə Qobustan Rayon İcra Hakimiyyətinə gedib. İcra başçısı bələdiyyə sədrinə tapşırıb ki, onların torpağını geri versinlər. Ancaq bu tapşırığın da bir nəticəsi olmayıb.
“Şikayət etməkdən yorulmuşuq. Problem həll edilmir. Keçən ilin avqustundan dövlət idarələrinin qapılarında sürünürük. 3 körpə uşağım var. Kənddə bir nəfərin evinin zirzəmisini kirayələmişik. Orada yaşayırıq. Mən övladlarımı nə qədər belə şəraitsiz yerdə saxlayacağımı bilmirəm. Artıq pulumuz da qalmayıb ki, nəsə yeni bir yer alaq. Düzünü deyim ki, heç inam da qalmayıb. Yenidən alacağımız yeri də 2 nəfərə satmayacaqları haradan bəllidir. Burada bu boyda qanunsuzluqlar olur, baxan yoxdur”.
Leyla Osmanova deyir ki, son müraciətlərində bələdiyyədən onlara deyilib ki, əlinizdəki sənəd düzgün deyil. Qadın bildirir ki, bu sənəd onlara pulu ödəyəndən sonra verilib: “Belə çıxır ki, dövlət qurumu saxta sənəd verir? Başqa nə ad vermək mümkündür buna? Mən və ailəm illərdir zirzəmilərdə yaşayırıq. Torpağa verdiyimiz pul uşaqlarımın boğazından, geyimindən kəsib yığdıqlarım idi. İndi uşaqlar da böyüyür, bu gün-sabah məktəbə gedəcəklər. Daha pul toplamaq bizim üçün asan olmayacaq. Xahiş edirik, bizim torpağımızı qaytarsınlar. Evimizi tikək, yığışaq”.



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
| • Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15 |
|
|
|
| • Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08 |
|
|
|
| • ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05 |
|
|
|
| • 215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58 |
|
|
|
| • Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56 |
|
|
|
| • Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49 |
|
|
|
| • "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46 |
|
|
|
| • ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43 |
|
|
|
| • Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41 |
|
|
|
| • İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39 |
|
|
|
| • “Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30 |
|
|
|
| • Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19 |
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02 |
|
|
|
|