BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                 

VAQİF MUSTAFAYEVƏ SƏRT İTTİHAM
Tarix: 30-03-2012, 11:49 | Çap et
VAQİF MUSTAFAYEVƏ SƏRT İTTİHAM

“KİNO ÇƏKMƏK ƏVƏZİNƏ “SPACE”DƏ OTURUB PUL QAZANIR”

Son illər Azərbaycanda müxtəlif bədii filmlər, bir sıra yeni seriallar çəkilsə də, onların səviyyəsi tamaşaçıları qane etmir. Xalq artisti, prezident təqaüdçüsü Elmira Şabanova da Azərbaycan kinosunun bugünkü səviyyəsindən razı deyil. Elmira Şabanova Modern.az saytına müsahibəsində başqa maraqlı məqamlara da toxunub.

- Elmira xanım, Azərbaycan kinosunun bugünkü səviyyəsi sizi qane edirmi? Son illər çəkilən filmləri bəyənirsinizmi?

- Azərbaycan kinosu tənəzzülə uğrayıb. Demək olar ki, son illər heç bir maraqlı film çəkilməyib. Yavər Rzayevin çəkdiyi “Qocalar” filmini nisbətən maraqlı ekran əsəri saymaq olar. Mən də bu filmdə rol almışam. Amma yaradıcı heyət təcrübəsiz olduğu üçün film uğur qazana bilmədi.

- Sizcə, yaxşı film çəkmək üçün nə etmək lazımdır? Axı, Azərbaycan kinosunun zəngin ənənəsi var...

- Yaxşı filmi yaxşı rejissor çəkə bilər. Qocaman rejissorların çoxu dünyasını dəyişib. Üzdə olan digər rejissorların isə işləmək üçün heç bir şəraiti yoxdur. Kino çəkmək çətin işdir. Kinoda fantaziya olmalıdır. Rejissorun əlində yaxşı ssenari olmasa, o, yaxşı film çəkə bilməz. Təəssüf ki, gənc rejissorların əksəriyyəti təcrübəsiz, ssenaristlər isə bacarıqsız olduğu üşün Azərbaycan kinosu inkişaf edə bilmir.

- Amma bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda kino sənayesinin sürətlə inkişaf etdiyini bildirmişdi...

- Əbülfəs Qarayev yaxşı adamdır. Hər halda Polad Bülbüloğludan pis nazir deyil. Kino səneyesinin geriləməsinin günahını onun üzərinə atmaq doğru deyil. Nazirlikdə kino yaradıcılığına məsul olan şöbə var. Bu problemlərlə həmin adamlar məşğul olmalıdırlar. Amma həmin adamlar kinonun nə olduğunu bilmədikləri üçün belə acınacaqlı vəziyyət yaranıb.

- Bəlkə məsuliyyətin yarısnı da rejissorların üzərinə qoyaq...

- Rejissorların çoxunu pul maraqlandırır. Kinoda isə pul olmadığı üçün heç kim bu sahəyə can yandırmır. Elə götürək Vaqif Mustafayevi. Vaqif istedadlı rejissordur. Amma bədii film çəkməyə həvəs göstərmir. Ona pul lazımdır. “Space” televiziyasında oturub pulunu qazanır.

- Bəs, Kinematoqrofçular İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əgər siz xatırlatmasaydınız, Kinematoqrafçılar İttifaqının mövcudluğunu tamamilə unudacaqdım. Bu qurumun hansı işlə məşğul olduğu mənə aydın deyil. Bir qrup adam kabinetdə oturub, maaş alır. Eşitdiyimə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Kinematoqrofçular İttifaqının arasında konflikt var. Bunlar onları bəyənmirlər, onlar da bunları. Bunun ağrısını isə Azərbaycan kinosu çəkir.

- Son illər Azərbaycanda serial çəkilişinə maraq artıb. Yerli serialları izləyirsinizmi?

- Azərbaycanda çəkilən serialların səviyyisi çox aşağıdır. Heç bir seriala axıra kimi baxa bilmirəm. Rejissor işi zəifdir. Aktyorların əksəriyyəti isə təcrübəsiz olduğu üçün yeni çəkilən seriallar populyarlıq qazana bilmirlər.

- Yəqin bu, ilk növbədə ənənələrin olmaması ilə bağlıdır. Bir də mənə elə gəlir ki, bizim serial qəhrəmanları daha çox təqlidçiliyə yol verirlər.

- Haqlısınız. Azərbaycan serialları Türkiyə seriallarının uğursuz variantıdır. Aktyorlarımız özlərini türklərə oxşatmaq istəyirlər. Halbuki, Türkiyədə çox səviyyəli seriallar çəkilir. Məsələn, mən “Möhtəşəm yüzıl”ı maraqla izləyirəm. “Aliyə” də ən çox bəyəndiyim türk seriallarında biridir. “Haziran gecəsi” də yaxşı serialdır. Bəs, bizimkilər nə çəkirlər? “Küləklər şəhəri” adlı bir serial var. Bu seriala baxanda az qalır ki, adamın ürəyi ağzına gəlsin. Nə qədər baş kəsmək, adam öldürmək olar? Ekran əsəri həm də tamaşaçını tərbiyələndirməlidir.
“Küləklər şəhəri”nə baxan gənc ordan hansı tərbiyəni götürə bilər? Bu serialın ssenarisi də çox zəifdir. Serialda çəkilən adamların aktyorluq sənətinə yaxından-uzaqdan heç bir dəxli yoxdur.

- Elmira xanım, tamaşaçılar sizi daha çox “Gəlinlər” tamaşasındakı Şərəf obrazı ilə tanıyırlar. Azərbaycan səhnəsinin ən stajlı qaynanalarından biri kimi “Qaynana” serialını necə qiymətləndirirsiniz?

- “Gəlinlər” tamaşası efirə gedəndən sonra rəhmətlik Nəsibə Zeynalova zəng vurub, məni təbrik etdi. Dedi ki, Elmira, mən əzazil qaynana yaratmışdım, amma səm müdrik qaynana oldun. İnanırsınız, bu tamaşa yaxşı mənada çox ailələrin taleyində rol oynadı. Amma “Qaynana” serialı haqqında bu sözləri söyləmək mümkün deyil. Sənubər yaxşı aktrisa olsa da, serial maraqlı alınmayıb. Hətta bəzən çox şit səhnələr olur. Mən bu serialı da axıra kimi seyr edə bilmirəm.

- Yerli seriallarda çəkilmək üçün dəvət alırsınızmı?

- Məni tez-tez müxtəlif seriallara dəvət edirlər. Hətta bir müddət öncə Yuli Qusman da mənə rol təklif etmişdi. Amma həmin rolu bəyənmədiyim üçün Qusmanın təklifini qəbul etmədim. Düşük, səviyyəsiz, şit seriallarda çəkilməyi özümə sığışdırmıram. Əgər mənə təklif olunan hansısa rol ürəyimcə olsa, məmnuniyyətlə sənətə qayıdaram.

- Amma Sizin səviyyəsiz hesab etdiyiniz seriallarda çəkilən xalq artistləri də var...

- Mən, heç kimi qınamıram. Aktyor insandır. O, hardasa işləyib pul qazanmalıdır. Serial çəkilişi ilə məşğul olan adamlar əsasən tanınmamış aktyorlarla işləməyə üstünlük verirlər. Onlar beş-on manat alıb, istənilən rolda çəkilməyə razılıq verirlər. Əsasən ucuz işçi qüvvəsindən istifadə edən rejissor bir-iki tanınmış aktyoru da seriala cəlb edib, özünü sığortalamaq istəyir. Yaşar Nuri kimi istedadlı aktyorun “Bacanaqlar” serialında nə işi var? Yaşar səhnədən ayrı qala bilmədiyi üçün bu serialda çəkilməyə razılıq verdi. Sonra nə baş verdi? Yaşar Nuri belə düşük bir serialda çəkildiyi üçün xəstələndi. Aktyoru tamaşaçı məhəbbəti yaşadır. Amma indi çəkilən seriallarda rol alan aktyorlar tamaşaçıların rəğbətini deyil, nifrətini qazanırlar.

Seymur VERDİZADƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru