"BİZDƏ ŞOU-BİZNES DÜZ İRƏLİLƏMİR"
Tarix: 27-03-2012, 13:05 |
Çap et
SAFURA ƏLİZADƏ KİMDƏN GİLEYLƏNDİ
Toylarda oxumayan sənətçilərdən biri də Safura Əlizadədir. Sənətçi üçün əsas gəlir mənbəyi el şənlikləri olduğu halda, Safura bundan imtina edib. Onun qazanc yeri şou-proqram və konsertlərdir. Müğənni Milli.Az-a danışır ki, əvvəl toya gedənlərə bir o qədər haqq qazandırmırdı:
«Amma illər keçdi və mən şou-biznesə daha çox yaxınlaşdım. Sonra onlara haqq qazandırdım. Çünki bizdə sənət sənətçiyə əsasən toy, şou-proqramlardan pul qazandırır».
Safura şou-biznes ənənələrinin düzgün istiqamət almadığından da giley etdi.
«Bizdə şou-biznes düz irəliləmir. Sənətçi əgər konsertindən, diskindən pul qazana bilmirsə, deməli, problemlər var. Mən şəxsən toya getmirəm. Şou-proqramdan pul qazanıram. Xaricdə nəinki konsertlər, radio və televiziya verilişlərində çıxışıma görə pul alırdım. Verilişlərin reytinqini məna yükü olan mövzularla qaldırırlar. Eyni zamanda yüksək etika var. Bu günlərdə MTV-də izləyirdim ki, Beyonse-un mühafizəçisi bilmədən kameranın önündən keçdi. Dərhal Beyonse tamaşaçılardan, efir əməkdaşlarından üzr istədi. Mən hər bir işin sanballısını görmək istəyirəm. Bizdə bəzən sənətçi və teleaparıcılar bir-birlərinə elə bir mövzu ilə reytinq qazandırırlar ki, sanballı görünmür", - deyə sənətçi bildirdi.