Nurçulara Bakıda daha samballı zərbə hazırlanır - Onların obyektləri bağlanır - Hamısı bir gündə
Tarix: 18-03-2014, 11:25 |
Çap et
DİA.AZ: - «Bakıda Fətullah Gülən cameəsinə şok zərbə hazırlanır». Bu ilginc məlumatı DİA.AZ-a məlumatlı mənbələr ötürüb.
Redaksiyamızın elektron ünvanına daxil olan informasiyada qeyd olunur ki, çoxdandır «nurçu» mövzusu ilə silkələnən ölkə gündəmi təkcə Elnur Aslanovun görəvdən alınması ilə müşaiyət olunmayacaq: «Yeni dəyişiklər də planlaşdırılır».
Mənbə iddia edir ki, əslində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin nurçularla və vəhabilərlə bağlı söylədiyi fikirlərin ardından başlanan prosesin inkişafı gözlənilən idi: «Sanki Şeyx onlarla bağlı «fətva» verdi. İndi isə davamı olacaq».
Xatırladaq ki, xeyli əvvəlindən nurçulara məxsus təhsil və iaşə ocaqlarının, gəlir məkanlarının da hədəfdə olduğunu söyləmişdik. Bu barədə dia-az.life-a ötürülən son xəbərdə isə bildirilir ki, yaxın günlərdə, ən uzağı Novruz bayramından sonra nurçuların Bakıdakı restoranları, dönərxanaları, çay evləri bağlanacaq: «Bu addım kütləvi halda baş verəcək. Artıq bu barədə Azərbaycanda fəaliyyətdə olan Türkiyəli iş adamlarının birliyi də məlumatlandırılıb».