Əsas Səhifə > Ölkə / Manşet > Nurçulara Bakıda daha samballı zərbə hazırlanır - Onların obyektləri bağlanır

Nurçulara Bakıda daha samballı zərbə hazırlanır - Onların obyektləri bağlanır


18-03-2014, 11:25
Nurçulara Bakıda daha samballı zərbə hazırlanır - Onların obyektləri bağlanır
DİA.AZ: - В«Bakıda Fətullah Gülən cameəsinə şok zərbə hazırlanırВ». Bu ilginc məlumatı DİA.AZ-a məlumatlı mənbələr ötürüb.

Redaksiyamızın elektron ünvanına daxil olan informasiyada qeyd olunur ki, çoxdandır В«nurçuВ» mövzusu ilə silkələnən ölkə gündəmi təkcə Elnur Aslanovun görəvdən alınması ilə müşaiyət olunmayacaq: В«Yeni dəyişiklər də planlaşdırılırВ».

Mənbə iddia edir ki, əslində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin nurçularla və vəhabilərlə bağlı söylədiyi fikirlərin ardından başlanan prosesin inkişafı gözlənilən idi: В«Sanki Şeyx onlarla bağlı В«fətvaВ» verdi. İndi isə davamı olacaqВ».

Xatırladaq ki, xeyli əvvəlindən nurçulara məxsus təhsil və iaşə ocaqlarının, gəlir məkanlarının da hədəfdə olduğunu söyləmişdik. Bu barədə diaaz.space-a ötürülən son xəbərdə isə bildirilir ki, yaxın günlərdə, ən uzağı Novruz bayramından sonra nurçuların Bakıdakı restoranları, dönərxanaları, çay evləri bağlanacaq: В«Bu addım kütləvi halda baş verəcək. Artıq bu barədə Azərbaycanda fəaliyyətdə olan Türkiyəli iş adamlarının birliyi də məlumatlandırılıbВ».

Geri qayıt