ERMƏNİ FOTOQRAFIN İŞTAHASI
Tarix: 11-01-2012, 14:20 |
Çap et
MƏŞHUR AKTRİSANIN BAŞI DƏRDDƏDİR
Hollivudun ən qalmaqallı aktrisalarından biri Lindsi Lohan oğurluq etdiyi üçün ev dustağı edilmiş, sonra da məhkəmənin qərarı ilə morqda xadimə kimi çalışmışdı.
Bundan sonra da o, 1 milyon dolların müqabilində "Playboy" jurnalı üçün lüt soyunaraq fotosessiyaya çəkilmişdi.
Milli.Az "Entertaiment"ə istinadən bildirir ki, 25 yaşlı aktrisa çox "gur" dövrdən sonra bir qədər sakitləşmək qərarına gəlib.
O, "Philipp Plein" modalar evinin yeni geyim kolleksiyasının reklam kampaniyasına çəkilib.
Çəkilişlərdə Lindsi gözəl, aristokratik və bir qədər mühafizəkar xanım obrazındadır.
Bununla belə, aktrisa aldığı qonorarı itirə bilər, çünki erməni fotoqraf Qriqor Balyan məhkəməyə müraciət edərək Lohana qarşı iddia qaldırıb. Balyanın dediyinə görə, "Hollywood" gecə klubundan çıxarkən Lindsi Lohan idarə etdiyi maşınla onu vuraraq qaçıb.
Aktrisanın mətbuat katibi bu iddiaya cavab verib: "Balyanın istəyindən xəbərimiz çoxdur. Hər gün Lindsinin şəxsi həyatına kobud müdaxilə edən çoxsaylı paparassilərin nə etdiklərini izləmək məcburiyyətində deyiləm".
Lindsinin problemləri bununla da bitmir. O, 2009-cu il üçün 93701 dollar məbləğində vergiləri ödəmədiyindən Los-Anceles Vergi Departamenti məhkəməyə üz tutmaq niyyətindədir.
Məhkəmə vergi müfəttişlərinin iddiasını təmin edərsə, aktrisanın evi, maşınları və bütün bank hesabları müsadirə olunacaq.