"MƏN KİŞİYƏM, QADIN DEYİLƏM"
Tarix: 3-07-2013, 13:31 |
Çap et
Azərbaycanlı müğənni Niyam Salami xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxanı barışdırmaq fikrində deyil
DİA.AZ Day.Az-a istinadən bildirir ki, N.Salami müğənnilərin hər ikisi ilə dost olduğunu, onlardan hər hansı biri ilə münasibətləri korlamaq istəmədiyini deyib.
"Röyanın yaxın dostu olduğumu bilsə də, Aygün xanım qapılarını üzümə açdı. Bununla bağlı aramızda heç bir problem olmayıb. Deməli, o, özünə əmindir. Mən kişiyəm, qadın deyiləm.
Ona görə də qadınlar arasındakı qalmaqala qarışmağı sevmirəm. Onlar özləri hər şeyi həll edəcəklər. Konkret halda mən heç nə edə bilmərəm", - N.Salami ATV telekanalındakı verilişlərdən birində deyib.