SƏNƏTÇİLƏRİN PUTİN SEVGİSİ
Tarix: 24-09-2011, 13:00 | Çap et
RUS SƏNƏT ADAMLARININ SEÇİM SİRRİRusiya Dövlət Dumasına dekabrın 4-də keçiriləcək seçkilərə sentyabrın 24-də start veriləcək. Hakim В«Vahid RusiyaВ» Partiyası ilkin seçki qurultayını keçirir. Siyasi elita prezident Dmitri Medvedev və Baş nazir Vladimir Putinin nitqini eşitmək üçün yığışacaq.
Gözlənir ki, ölkənin aparıcı siyasətçiləri ilə yanaşı, qurultaya mədəni elitanın da nümayəndələri qatılacaqlar. Hakim partiya aktyor, musiqiçi və rəqqas üzvlərlə özünün siyasi rənginə rəng qatmağı bacarıb.
ACI TƏCRÜBƏ
Amma partiyanın sənətçi cəlb etmək təcrübəsində xəcalət verəsi anlar da var. Bu ilin əvvəlində keçmiş balerina Anastasiya Voloçkova partiya ilə əlaqəsini kəsdi. O bildirdi ki, onu aldadıb YUKOS-un həbsdə olan rəhbəri Mixail Xodorkovskinin əleyhinə olan ərizəyə imza atdırıblar.
A.Voloçkova 2003-cü ildə В«Vahid RusiyaВ» Partiyasına qoşulub. O, şəxsi bloqunda yazır ki, o vaxt bu addımı həyatını xilas etmək üçün atıb.
KLİNTON ÜÇÜN ÇALAN CAZMEN DƏ PARTİYADADIR
Uzun illər ABŞ-da yaşamış caz ustası, saksofonçu, Boris Yeltsin və Bill Klinton üçün ifa etmiş İqor Butman 2008-ci ildə hakim partiyanın üzvü olub:
В«Mən dostlarımla müzakirə elədim… Fikirləşdim ki, hakim partiya adamlar üçün incəsənətə ehtiyac duyursa, mən niyə onlara qoşulmayımВ».
Aktrisa Larisa Luzina 1999-cu ildən siyasi həyatdadır. O, əvvəlcə Moskva meri Yuri Lujkov və keçmiş Baş nazir Yevgeni Primakov ilə birlikdə çalışıb. İndisə В«Vahid RusiyadaВ»dır. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, əvvəllər daha fəal olub:
В«Yakovlev, Primakov və Lujkov. Mən onların bizi ilk dəfə görüşə dəvət etdiklərini xatırlayıram. Yadımdadır, bu, Alimlər Evində idi. Onlar məni və aktyor Lev Durovu dəvət etdilər. Biz çatanda iclas başlamışdı, çox adam vardı. Onlar necə ilhamla danışırdılar. Xüsusilə Primakovu çox bəyəndim. O, intellektual adam idi və bəzi kəskin şeylər dedi. 3 il sonra mən В«Vahid RusiyaВ»da fəaliyyətə başladım. İndi bir az passivəm, amma ona görə yox ki, getmək istəyirəmВ».
Uzun illər partiyanın rəhbərliyində təmsil olunmuş Moskva meri Yuri Lujkov bu yaxınlarda В«The New York TimesВ»a bildirib ki, hakim partiya Kremlin xidmətçisinə çevrilib.
PUTİNİN SƏLƏFLƏRİ KİMDİR?
AzadlıqRadiosuna danışan sənətçilərin çoxu bildirdi ki, onlar hakim partiyaya şəxsən Putinə dəstək vermək üçün qoşulublar. Soruşanda ki, ««Vahid RusiyaВ»nın Putindən əvvəlki hansı rəhbərlərini tanıyırsınızВ», müğənni Boris Moiseyev küt-küt baxdı:
В«Mən onları tanımıram. Partiya məni maraqlandırmır, amma Putinlə maraqlanıramВ».
PARTİYALAR ARASINDA FƏRQ YOXDUR
Bəs partiyanın hansı baxışları onları cəlb edib? Aktyor Sergey Zuqanov deyir ki, nə В«Vahid RusiyaВ»nın, nə də o biri partiyaların platforması var.
Aktrisa Luzina da oxşar fikirləri bölüşür. Onun fikrincə, bütün partiyalar eyni şeyləri istəyir:
В«Onların hamısı daha yaxşı həyat istəyir. Fikrimcə, В«Vahid RusiyaВ» da hamı üçün yaxşı həyat, ədalət istəyir... Bilirəm ki, mən partiyaya qoşulan vaxtlarda onlar qumar mərkəzləri, kazinolarla mübarizə aparırdılar. Mən də bunu dəstəklədim, çünki özüm də belə şeylərin qurbanıyam. Başa düşdüm ki, onlar hər şeyi dəqiq edirlərВ».
Müsahibələrində aktyorlar onların partiyaya şəxsi mənfəət naminə qoşulmaları haqda ittihamları rədd etdilər.
Saksofonçu Butman deyir ki, o, partiyadan В«Regionda CazВ» adlı layihəsini maliyyələşdirməsini istəyib, amma buna dəstək almayıb. Başqa layihədə isə В«Vahid RusiyaВ» yalnız təşkilatçı kimi töhfə verib.
««VAHİD RUSİYAВ» HAQQINDA DANIŞMAQ İSTƏMİRƏMВ»
2009-cu ildə В«Vahid RusiyaВ»nın mədəniyyət və yaradıcı şəxslərlə əlaqələndiricisi, aktyor və prodüser Aleksey Quskov partiyanı naməlum səbəblərdən tərk edib. AzadlıqRadiosu bunun səbəbini ondan soruşanda isə, cavabı belə oldu:
В«Bu barədə danışmaq istəməzdim. Mən aktyoram. Bundansa niyə problemlərimdən danışmayaq. Mən indi Avropada işləyirəm və hər şey yaxşıdır. Mən В«Vahid RusiyaВ» haqqında danışmayacam. O tərəfdə, ya bu tərəfdə, ya hansısa, beşinci, onuncu tərəfdə iştirak etmək istəmirəm. Mən bunları rədd edirəm, anladınızmı?В».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Bu gün, 19:05 |
|
|
|
| • Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Bu gün, 18:59 |
|
|
|
| • Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Bu gün, 18:40 |
|
|
|
| • “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Bu gün, 18:36 |
|
|
|
| • Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Bu gün, 18:30 |
|
|
|
| • Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Bu gün, 17:40 |
|
|
|
| • İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Bu gün, 17:38 |
|
|
|
| • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
| • "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:31 |
|
|
|
| • "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Bu gün, 17:27 |
|
|
|
| • Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Bu gün, 17:24 |
|
|
|
| • Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Bu gün, 17:22 |
|
|
|
| • “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Bu gün, 17:16 |
|
|
|
| • Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10 |
|
|
|
| • Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09 |
|
|
|
| • Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01 |
|
|
|
| • Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40 |
|
|
|
| • Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
| • Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32 |
|
|
|
| • DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27 |
|
|
|
| • Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19 |
|
|
|
| • Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17 |
|
|
|
| • Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04 |
|
|
|
| • Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00 |
|
|
|
| • Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56 |
|
|
|
| • İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54 |
|
|
|
| • Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45 |
|
|
|
| • Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42 |
|
|
|
| • Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39 |
|
|
|
| • “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27 |
|
|
|
| • Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23 |
|
|
|
| • Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24 |
|
|
|
| • Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21 |
|
|
|
| • Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18 |
|
|
|
| • “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10 |
|
|
|
| • "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01 |
|
|
|
| • “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55 |
|
|
|
| • Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46 |
|
|
|
| • Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08 |
|
|
|
| • Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06 |
|
|
|
| • Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05 |
|
|
|
| • Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03 |
|
|
|
| • Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53 |
|
|
|
| • Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47 |
|
|
|
| • Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
| • Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38 |
|
|
|
|