
DİA.AZ: - MTN-nin sabiq polkovniki Rövşən Heydərovun qızı, hüquq müdafiəçisi Səyarə Heydərova (Sabiq millət vəkili G.Əhmədova ilə bağlı yayımlanan kasetlərin Rusiyada ekspertizasının təşkil edən) avrasiya.net-ə müsahibə verib. DİA.AZ xatırladır ki, avrasiya.net-ə MTN-nin sabiq müstəntiqi, hazırda Fransada məskunlaşan Ramin Nağıyevlə E.Abdullayev arasında olan yazışmanı, R.Nağıyev və Emin Nəcəfzadənin ona yazdığı mesajları da S.Heydərova təqdim etmişdi. R.Nağıyevin onun ekspertiza məsələsini açıqlamasından sonra tərəflər arasında söz davası başlayıb.
- Elşad Abdullayevin sözçüsü Elnur Məcidli sizi tanımadığını deyir?
- Mən belə axmaqları tanımıram. Onlar mənə yazdılar, məni izlədilər, əlimdə sübutlar var. Elnura demək istəyirəm ki, əl çəkin məndən. Yoxsa hamınızı diz üstə qoyaram. Mən Elnura göndərdim ki, Raminlə Elşad arasında gedən söhbətdə mənim öldürülməyimdən danışılır. Bunu isə Elnur qeyri-ciddi hesab edir.
- Elşad sizi niyə axtarıb?
- İstəyib ki, mən susam, axı onun yaydığı kassetlərdə montaj yerləri var, o ekspertizanın aparılmasından qorxub.
- Maraqlıdır, sən bu vaxta qədər niyə onlarla əlaqə saxlayıb məsələni aydınlaşdırmamısan?
- Ona görə ki, onların hamısını həbs edəcəklər. Onda məni istintaqa çəkib soruşacaqlar ki, niyə onlarla əlaqə saxlamısan. Bu səbəbdən onlarla ünsiyyətdə olmamışam.
- Elnur deyir ki, sənin adını birinci Ramin Nağıyev çəkib.
- Bu düzdür, amma bu Elşadın xahişi ilə olub. Raminin nəyinə lazım idi ki, ekspertiza məsələsini qaldırsın. Bu Elşada lazım idi. İndi özünüz fikirləşin ki, Ramin niyə bu məsələni gündəmə gətirdi.
- Əgər sən ekspertiza ilə məşğul olmusansa onda demək Gülər Əhmədova ilə də görüşmüsən.
- Yox, mən yalnız onun oğlu Toğrulla görüşmüşəm.
- İnandırıc deyil. Gülər bu işi oğluna tapşırmaz.
- Mən Güləri heç vaxt görməmişəm. Heç əvvəl də.
- Bəs Ramin Nağıyevi necə, tanıyırdın?
- Mən ümumiyyətlə onu tanımırdım. Dekabrın 11-də ekspertiza məsələsini gündəmə gətirəndə adını gördüm. Həmin gün atamın ad günü idi.
- Bəs Ramin Nağıyevin əlinə ekspertiza sənədləri necə kecib?
- Mən bu barədə demişəm ki, Rusiyada bütün ekspertiza prosesi FTX-nin nəzarətindədir. Elşadla Raminin isə FTX-də dostları var və bu sənədlər də dostlarının köməkliyi ilə onların əlinə keçib.
- Toqrulla görüşürsüzmü, görüşmüsünüzsə nədən danışırsız?
- Bəli , görüşürəm. Ekspertiza məsələlərindən danışırıq, kasetlərin montajından danışırıq.
- Kasetləri yenidən verin də ekspertizaya?
- Bu onların işidir, daha mən bu işlə məşqul olmuram.
- Gülər ekspertizadan imtina etdi. Bəs niyə səndən əl çəkmədilər. Onlara nə demək istərdin?
- Mən onlara – Elşad, Ramin və Elnura demək istəyirəm ki, gec-tez onları həbs edəcəklər. Arxanızda kimin dayandığını deyəcəksiz. Elşad, sən özünə yaxşı kampaniya seçməmisən. Ramin həmişə sərxoş olur və hamıya sənin məxfi planlarından danışır. Mən inanmıram ki, sən 15 min avroya görə Raminlə küsüşmüsən. Siz bir yerdəsiniz. Amma heç nə edə bilmirsiz. Raminə heç nə demək istəmirəm, o, yazdı, zəng etdi sonra da məni günahkar çıxartdı, Elnur Məcidli də həmçinin. Amma sonradan mən facebbok-da məlumat göndərdim, qoy oxuyub nəticə çıxarsınlar. Elşad, səni həbs edəndə onda mən şahid kimi gələcəm, görüşərik. Öz aramızdır, bəsdir kasetləri nontaj etdin. Bəllidir ki, 4-8 proqramdan istifadə edirsən. Kameranın yerləşdirilməsindən tutmuş, səsə qədər hamısı montaj olunub.
- Eynullanı Elşadla birləşdirən nədir?
- Şantaj.
- Niyə Elşadın başqa qardaşını yox, Mahiri oğurladılar və onun sağ olduğu da bildirilir.
- Mahir oğurlanmayıb, adam oğurluğu o qədər də sadə və asan deyil, özü də MTN mayorunu. O sağdır və onun pulları da Elşaddadır. Elşad özü deyir ki, Mahir oktyabrın 13-də itib. Ayın 14-də isə bu barədə bildirib, 3 əündən sonra isə ərizə verib. Bilirsiniz, heç kim, heç kimi oğurlamayıb. Mahir 2001-ci ildə də itmişdi. Sonradan tapıldı. Qoy Elşad cavab versin: doğrudanmı onun qardaşı 2001-ci ildə oğurlanmışdı? Bu 10 il ərzində itkin düşmək faciədir. Əgər Elşad Mahiri belə çox istəyirsə və onun axtarışını aparırsa niyə bu vaxtadək onun ölümünə yas saxlamayıb və s. Amma qardaşının oğurlanması ilə bağlı rəsmiləri, hətta Ramiz Mehdiyevi belə ittihamlayır. Elşad gərək Mahiri oğurlamayanların siyahısını tərtib etsin, bu onun axtarışını asanlaşdırar. Elşad Mahiri oğurlayanların sayını artırmaqla elə bil ki, mitinqdə oğurlanıb. Bir də Elşad deyir ki, Mahiri zirzəmidə saxlayıb sonra Rusiyaya aparıblar. Mənə elə bir girov göstərin ki, 3 ay saxlanılsın sonra da şəhəri taksi ilə gəzsin. Sərhədi o özü keçib, o zabit kimi bunu istəmirdisə etməzdi də. Rusiyaya gedib sonrada Bakıya qayıdıb. Elşad artıq başını itirib. Elşad, tezliklə sənlə bağlı youtube-də kaset yerləşdirəcəm. Bu kaset sənin kasetlərin kimi saxta olmayacaq...









