
DİA.AZ: - Bir qrup Gəncə Şəhər sakini Avropa.info-ya müraciət edərək YAP-ın icraçı katibi Əli Əhmədova məxsus olan biznes obyektlərinin Nərimam Nərimanov prospektində yerləşən "20 Yanvar" istirahət parkını zəbt etdiyini və bu səbəbdən dəfələrlə əlaqədar orqanlara şikayət etdiklərini bildiriblər. DİA.AZ bildirir ki, avropa.info portalı bu barədə xəbər yayıb. Sakinlərin müraciətini ixtisarla dərc edirik:
"Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun iri biznes sahibi olması heç kəsi təcübləndirməsin. .Gəncədə hamının tanıdığı “Dan ulduzu”, “Piramida” şadlıq sarayları eləcədə 4 mətəbəli iki korpusdan ibarət polkilinkanın Əli Əhmədova məxsus olduğu deyilir. Bu obyektlərdə nəzarəti isə onun Qərbi Azərbaycandan olan həmyerlisi Rübail Həsən oğlu idarə edir. Məlumat üçün bildirək ki, YAP sədr müavini-icra katibi Əli Əhmədovda Göyçə mahalının Dərə kəndində anadan olmuşdur. Millət vəkilinin aldığı maaşla bu qədər nəhəng obyektlərə sahib olmaq mümkündürmü? Qaldı ki, Rübail Həsənoğluna bu günlərə kimi yüngül-sənaye texnikumunda müəllim işləyib. Onun da maddi imkanları daxilində deyil ki, bu qədər maliyyə vəsaitləri olsun. Biz Gəncə sakinlərinin istirahət parkı başadan-başa bu bu şəxsin biznes obyektləri tərəfindən zəbt edilib. Çoxsaylı müraciətlərimizdən sonra Gəncə şəhər icra hakimiyyəti başçısı tərəfindən parkda yeləşən polkilinikanın sökülməsinə göstəriş verildiyi deyilir. Lakin hələlik ciddi nəticə yoxdur"
Bu gün - 09:49
DİA.AZ: - Dünən belə bir məlumat yayıldı ki, bir qrup Gəncə Şəhər sakini mətbuata müraciət edərək YAP-ın icraçı katibi Əli Əhmədova məxsus olan biznes obyektlərinin Nərimam Nərimanov prospektində yerləşən "20 Yanvar" istirahət parkını zəbt etdiyini və bu səbəbdən dəfələrlə əlaqədar orqanlara şikayət etdiklərini bildiriblər.
Bununla bağlı DİA.AZ olaraq apardığımız araşdırma nəticəsində müəyyən olundu ki yayılan xəbərlər əsassızdır. Bu barədə redaksiyamızı məlumatlandıran mənbə bildirdi ki, belə bir hadisə ümumiyyətlə olmayıb.









