
"BAKCELL"DƏN YENİ FÜRSƏT KAMPANİYASI
Aprelin 9-dan başlayaraq “Bakcell” mobil operatorunun “CİNeration” tarif paketinin hər bir istifadəçisinə həftə sonu şəbəkədaxili pulsuz danışmaq imkanı yaradılıb.
“CİNeration” istifadəçiləri 2434 nömrəsinə pulsuz SMS göndərməklə pulsuz danışıq bonusunu əldə edə bilərlər.
Bonusları yalnız həftəlik minimal 5 manatlıq balans artımından sonra almaq mümkündür və bonus növbəti həftəyə şamil olunmur.
Bonusları daimi əldə etmək üçün “CİNeration” istifadəçiləri hər həftə balanslarını 5 manat artırmalıdırlar.