Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                     Rusiya Cənubi Qafqazda nüfuzunu itirir .....                     Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? .....                     Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər .....                     "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" .....                     “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb .....                     Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi .....                     Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək .....                     Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... .....                     Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir .....                     Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü .....                     Trampdan gözlənilməz QƏRAR .....                     Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi .....                     Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı .....                     Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var .....                     “Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Bu il sülh sazişi imzalana bilər .....                     Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... .....                     "BakıKart" sərnişinləri yolda qoyur .....                     Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib .....                     Xankəndidə Pezeşkianla görüş açıq mesajdır .....                     Toy biznesindən qazanılan MİLYONLAR .....                     Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm .....                     Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı .....                 

ÖLÜMÜ DƏ GÜLƏ-GÜLƏ QARŞILAYAN BÖYÜK KORİFEY
Tarix: 13-03-2013, 13:24 | Çap et
ÖLÜMÜ DƏ GÜLƏ-GÜLƏ QARŞILAYAN BÖYÜK KORİFEY
Vaxtilə onunla birgə çalışan, birgə filmlərə çəkilən, birgə səhnədə, televiziya tamaşalarında oynayan aktyorların çoxu dünyadan köçüb. Həmin qüdrətli rejissorlar da həyatda yoxdur artıq. Onunla bağlı xatirələrini də özləri ilə aparıblar. Onu səhnədə canlı görən insanların çoxu həyatla vidalaşsa da, onun təkrarsız aktyor oyunu müəyyən nəslin yaddaşına həmişəlik yazılıb.

Hər dəfə səhnəyə çıxarkən onu alqışlayır, sonra ürəkdən gülür və yenə də alqışlarla yola salırdılar. Xalq artisti Əliağa Ağayev bu şöhrət çələngini elə-belə qazanmamışdı. Uzun və çətin illərin yorğunluğu qalanmışdı çiyinlərinə. Atasını erkən itirmişdi. Uşaqlıq illəri ağır ehtiyac içində keçmişdi. Ancaq yaşadığı ehtiyaclar ona mane ola bilməmiş, onu böyük bir sənətin cığırına salmışdı.

Əsl müsəlman idi

Bir neçə il əvvəl mərhum aktyorun evində qonaq olub həyat yoldaşı Cəvahir xanımın xatirələrini dinləmişdim. Artıq Cəvahir xanım da haqq dünyasına qovuşub. Onun söhbətlərindən televiziya ekranlarından aktyor kimi tanıdığım Əliağa Ağayevin həm də gözəl bir insan, sədaqətli ailə başçısı kimi tanımışdım. "Əliağa öz istedadının təbiəti ilə daha çox komik idi, həm də orijinal bir komik. Həyatda isə hər şeydən əvvəl gözəl insan idi. Hər ikimiz Gənc Tamaşaçılar Teatrında çalışırdıq. Elə oradaca onunla tanış olub, ailə qurdum. Çox sədaqətli insan idi. Heç zaman xətrimə dəyməz, mənimlə kobud danışmazdı. Sağlığında heç bir bazar-dükan bilməzdim. İşi nə qədər çox olsa da, bütün qayğıları özü çəkərdi. O, qayğıkeş ailə başçısı idi. "Aktyor mətbəxi" deyilən bir ifadə var. Heç kəs aktyorun daxili aləminə müdaxilə edə bilməz. O, mövzunu, oynayacağı obrazı uzun zaman içində gəzdirər, beynində saf-çürük edərdi. Ona görə də nə oynayıbsa, yaxşı alınıb.

1956-cı ildə ekranlarımıza vəsiqə almış "O olmasın, bu olsun" filmində dövrü üçün elə bir xarakter yaradıb ki, istər-istəməz onun klassik aktyor oyununa heyran olursan. Əgər o, başqa rollara çəkilməsəydi də, təkcə "Məşədi İbad"ı ilə özünə ölməz aktyor titulu qazanmışdı. Bu film bir çox xarici ölkələri gəzərək böyük şöhrət qazanıb. Çəkildiyi son film "Papaq" oldu. Heç yadımdan çıxmır, həmin filmin çəkilişlərinə xəstə-xəstə gedirdi. Onu evdə saxlaya bilmirdik. Film hazır oldu, amma premyeranı görmək özünə qismət olmadı”.

Başqalarına yaxşılıq etməkdən zövq alarmış Əliağa Ağayev. Hansısa gənc bir aktyora kömək edəndə və ya kimsə ona yardım üçün ağız açanda can-başla köməyə tələsərmiş: "Dünyada insana təkcə yaxşılıq qalacaq, pis olmağa nə var ki..." deyərmiş. “Təkcə oynadığı Məşədi İbad obrazına görə demirəm, həyatda da əsl müsəlman idi. İçkini sevməzdi. Xorasana ziyarətə getmişdi, Məşədi də olmuşdu. Qurani-Kərimi əzbər bildiyi üçün cibində kiçik Quran gəzdirərdi. Allah adamı idi. Xorasanı ziyarət etməsinə o qədər sevinirdi ki...”

Evdə qəribə məşğuliyyətləri varmış. Dəmir-dümürlə məşğul olar, dadlı yeməklər bişirərmiş. Elə təkcə plovun 40 növünü hazırlayırmış: “Etiraf edirəm, əksər xörəkləri hazırlamağı mənə Əliağa öyrətmişdi. Qonaq-qaranı yaman çox sevərdi. Ona görə də evimizdən qonaq əskik olmazdı. Toylara tamada kimi getməyi xoşlamazdı. Sənətini təmiz saxlamağı, qorumağı bacarırdı. Pula ehtiyacı olduğu vaxtlarda da pul söhbəti etməyi xoşlamazdı”.

Ölümü də qəribə olub Əliağa Ağayevin. Daim insanlara gülüş bəxş etməyə alışan aktyor dünyasını da gülə-gülə dəyişib. Həmin gün sanki teatra "əlvida" deməyə gedib. İş yoldaşları ilə danışıb, xeyli zarafatlaşıb, gülüb. Sonra da bu gülüşü özüylə birgə "Qağayı" restoranına aparıb. Elə orada - dostlarının arasında, gülə-gülə ürəyi dayanıb.

Cəvahir xanım Əliağa Ağayevin sağlığında öz işindən ötrü kimsəyə minnətçi düşməyi xoşlamadığını, amma onun ölümündən sonra özünün qapılara minnətçi düşdüyünü söyləmişdi. Aktyorun yaşadığı binaya barelyefinin vurulmasından ötrü nə qədər qapılar döymüşdü. Yalnız 15 ildən sonra barelyefi divara vurulmuşdu.

Xeyirxah məsləhətçi

Əliağa Ağayevlə bir filmdə, bir səhnədə oynayan və hazırda çox az sayda qalan insanlar da onu təkcə böyük aktyor kimi yox, həm də səmimi insan kimi anırlar. Elə onların xatirələrinin izinə düşüb böyük aktyorun həyatının ayrı-ayrı səhifələrinə bələd olmaq olur.

В«Sehirli xalatВ» filmində pionerlərdən birinin rolunu oynayan Yusif Şeyxov hələ uşaq ikən Əliağa Ağayevlə eyni filmdə çəkildiyinə görə özünü xoşbəxt sayır: В«Rejissor Əlisəttar Atakişiyev “Sehrli xalat”da gözəl aktyor ansamblı yaratmışdı. Əliağa Ağayevin həmin filmdəki Xan obrazı onun kino bioqrafiyasında heç də Məşədi İbaddan geri qalmayan roldur”.

Yaradıcı heyətin peşəkarlığı idi ki, o film uzunömürlüdür. Bu günə qədər filmə baxılır. Filmin uzunömürlü olmasında və bu qədər sevilməsində rejissorla bərabər Əliağa Ağayevin də böyük xidməti varВ». Y.Şeyxov Əliağa Ağayevi xeyirxah insan kimi xatırlayır: В«O, balaca aktyorlara çox mehribanlıqla və xeyirxahlıqla yanaşırdı. Biz uşaq olsaq da, böyük aktyorlarla oynadığımızı başa düşürdük. Yadımdadır, illər ötəndən sonra bir dəfə küçədə bir yoldaşımla söhbət edirdim. Qəfildən kimsə gözümü arxadan qapatdı. Mən həmin adamın kimliyini tapmaq üçün bir-bir tanıdığım insanların adını sadalamağa başladım. Qarşımda duran dostum sonralar mənə heyrətdən gözlərinin böyüdüyünü deyirdi. Gözlərimi qapayanın Əliağa Ağayev olduğunu görüncə, o, çaşıb qalıb. Böyük aktyor mənimlə görüşdü, sənətlə bağlı xeyli məsləhətlərini verdi: В«Sən incəsənətlə məşğul ol. Bu sənətin sirlərinə yaxşı yiyələnВ» dedi.

В«Elə əsl Məşədi İbad budurВ»

Kinoşünas Aydın Kazımzadə Əliağa Ağayevi maraqlı aktyor kimi xatırlayır: В«Mənim nəslim Gənc Tamaşaçılar Teatrında tərbiyə alıb. O vaxt orta məktəbdə oxuyan uşaqlar mütləq bütün tamaşalara getməli idilər. Mən o zaman teatrda Əliağa Ağayevin bir sıra tamaşalarını görmüşəm. O, maraqlı bir aktyor kimi də yadımda qalıb. Ancaq onun oğlu Vaqiflə uşaqlıq dostu olmuşuq. Orta məktəbdə oxuyanda dərslərimizə birgə hazırlaşırdıq. O zaman onlar 44 saylı məktəbin yaxınlığında köhnə evlərdə yaşayırdılar. Mən onlara tez-tez gedib-gəlirdim. Çox vaxt onu evdə güzgü qabağında məşq edən görürdüm. O zaman onun hərəkətlərini başa düşmürdüm. Hətta, oğluna da bununla bağlı suallar verirdim. O da deyirdi ki, atam məşq edir. Sonra Əliağa Ağayevlə ünsiyyətimiz yarandı”.

A.Kazımzadə məktəb illərindən yadında qalan xatirəsini də danışır: “Uşaqlar orta məktəbdə dərslərini yaxşı oxumayanda müəllimlər onların valideynlərini məktəbə çağırırdılar. Vaqifə görə həmişə məktəbə atası gəlirdi. Təsəvvür edin, o qapını açıb В«İcazə olar?В»- deyə sinif otağına daxil olanda hamının üzünə gülüş qonurdu. O, arxa partaya keçib oturana qədər uşaqların gülüşünün qarşısını almaq olmurdu. O kişinin qəribə yerişi var idi. Üzünün mimikası da lap teatrda oynadığı rollar kimi olurdu. Ona görə teatrda güldüyümüz kimi dərsdə də gülürdük. Orta məktəbi bitirəndən sonra hamının yolları ayrıldı. Bir müddət keçəndən sonra mən kinoya gəldim. Yenidən Əliağa Ağayevlə görüşdük. O, hətta mənə bir fotosunu da bağışladı. Fotonun arxasında В«Qardaşım Aydına yadigar verirəmВ» sözləri yazılmışdı. Hərçənd mən onun oğlu ilə yaşıd idim, ancaq o, elə hesab elədi ki, mən ona qardaş kimiyəmВ». A.Kazımzadə Əliağa Ağayevin sənətini əvəzolunmaz adlandıraraq Azərbaycanda komediya janrının əsasını qoyan Kəblə Cahangir və Mirzəağa Əliyev kimi sənətkarların davamçısı hesab edir: “Nəsillər keçdikcə komediya janrının davamçıları bir-bir üzə çıxırdı. Sonradan Əliağa Ağayevi Akademik Dram Teatrına dəvət etdilər. O, В«AzdramaВ»da çox gözəl rollar yaradırdı. Onun televiziya tamaşaları da bənzərsiz idi. O, hətta elə filmlərdə çəkilmişdi ki, o filmlər o qədər nümayiş olunmayıb və yadda qalmayıb. Ancaq onun çox böyük işləri varВ».

A.Kazımzadə В«O olmasın, bu olsunВ» filminin tarixçəsi ilə bağlı maraqlı bir xatirə danışır: В«Demək olar ki, Məşədi İbad roluna Mirzə Babayev təsdiq olunmuşdu. Ancaq Əlisəttar Atakişiyev Gənc Tamaşaçılar Teatrında Əliağanı səhnədə görür və onu filmin sınaq çəkilişlərinə dəvət edir. Aktyorun qrimindən sonra В«Elə əsl Məşədi İbad budurВ» deyir. Əliağa Ağayev də Məşədi İbad kimi tarixə düşdü. Ümumiyyətlə, o, nə oynayıbsa, hamısı təkrarsızdır. O, obrazları oynamırdı, onlarla yaşayırdı. Onun ən böyük ustalığı odur ki, o rolların içərisində əriyirdi – Əliağa Ağayev yaddan çıxırdıВ».

A.Kazımzadə В«Məşədi İbadВ»ın 25 illiyi ilə əlaqədar Əliağa Ağayevin evində qonaq olduğunu xatırlayır: В«O, mənə çox maraqlı söhbətlər danışdı. Həm də öyrəndim ki, o, çox gözəl xörək bişirməyi bacarır. Müəyyən otları, ədviyyatları alır, qurudub saxlayırdı ki, xörək bişirərkən onlardan istifadə etsin. Bir də mənə şikayət etdi ki, В«AzdramaВ»da cavan aktyorlar əruz vəznini yaxşı bilmirlər. В«Mən də onlara deyirəm ki, əgər siz yaxşı aktyorsunuzsa, necə varsa, elə də deməlisiniz. Öyrədirəm, öyrənmək də istəmirlərВ». O böyük aktyor olduğu üçün sənəti də, sənətə yanaşmanı da həmişə yüksəkdə görmək istəyirdi”.

Mən özümü xoşbəxt sayıram

Xalq artisti İlham Namiq Kamal Əliağa Ağayevi Azərbaycan teatr və kinosunun ən böyük sütunlarından biri kimi dəyərləndirir: “O, bütün dövrlərdə – keçən əsrdə və irəlidə gələcək əsrlərdə də tamaşaçıların hafizəsində qalacaq. Onu teatrda canlı görən tamaşaçılar bir qədər yaşlı olarlar. Ancaq Əliağa Ağayevin yaratdığı obrazlar həmişə onların xətrindədir. O, Gənc Tamaşaçılar Teatrının yüksək səviyyəli aktyoru idi və həmişə əsas rolları oynayırdı. O zaman Rusiyadan dəvət olunan rejissor Tuqanovun hazırladığı tamaşalarda baş rollar ona həvalə olunurdu. Onun oynadığı rollar dillər əzbəri idiВ».

1962-ci ildə rejissor Tofiq Kazımov Əliağa Ağayevi Akademik Dram Teatra - Şıxəli Qurbanovun В«Əcəb işə düşdükВ» komediyasında baş rola dəvət edib. Bu rol aktyorun daha həmin teatrda çalışmasına səbəb olub. Bundan sonra aktyor teatrın repertuarında yer alan bütün tamaşalarda əsas rolların ifaçısına çevrilib: В«Mən özümü xoşbəxt sayıram ki, Əliağa Ağayev işləyən teatrda işləmişəm. Bir çox tamaşalarda Əliağa Ağayevlə tərəf-müqabil olmuşam. Qəribə də olsa hətta, bir neçə tamaşada onunla dublyor olmuşam. Ondan aktyor sənətinin xırdalıqlarını, texniki cəhətlərini öyrənmişəm. Eyni zamanda, Azərbaycan televiziyasının bir sıra proqramlarında – В«Yumoristik novellalarВ», В«Səhər görüşləriВ», Yeni il В«Mavi işıqВ»ı çəkilişlərində onunla birgə çəkilmişəm. Azərbaycanda Əliağa Ağayev istedadında aktyor bəlkə də olmayıb. Bir çox komik rollar oynayan sənətkarların istər görkəmdə, istər danışıqda, istərsə də onu təqlidlərində heç biri Əliağa Ağayev ola bilmədi, heç ola da bilməzlər. Çünki Əliağa Ağayev kimi təbii gülüş yaradan sənətkar çox nadir hallarda dünyaya gəlir. Onun yaratdığı obrazlar qalereyası həmişə tamaşaçıların gözü qarşısındadır”.

Bu il görkəmli aktyorun 100 illik yubileyi keçiriləcək. Martın 22-də dünyaya gəlib Əliağa Ağayev. Ölkə başçısının sərəncamı ilə qeyd olunacaq yubiley tədbirləri insanları yenidən böyük bir sənətin izinə salacaq, onlar üçün Azərbaycan teatr və kino sənətinin ən dəyərli səhifələrini vərəqləyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Xankəndidə Pezeşkianla görüş açıq mesajdır - RƏY
Bu gün, 09:45
Toy biznesindən qazanılan MİLYONLAR – Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 09:43
Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm - Paşinyan
Bu gün, 09:38
Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı - AÇIQLAMA
Bu gün, 09:33
İcra başçısının kənd üzrə nümayəndəsi məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Samvel Karapetyanın qardaşı oğlunun evində axtarış aparılır
Bu gün, 09:25
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? - İLGİNC
Bu gün, 09:10
Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... - Yeni Dehlidə “soyqırımı” tanımaq planı
Bu gün, 09:08
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
Bu gün, 09:07
"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru