Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                     30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... .....                     "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Ermənistan suriyalı ermənilərə pasport verir .....                     Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır .....                     Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir .....                     Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb .....                     “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə .....                     Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət .....                     Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     "Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." .....                     Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda .....                     Putinin Ukraynadan sonrakı ŞOK planı .....                     Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb .....                     "Qeyri-peşəkar xidmət göstərilir.." .....                     SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... .....                     Tum aldı... içindən siqaret kötüyü çıxdı .....                     "Kapital Bank": bunlar sələmçidən də betərdilər... .....                     Həddindən artıq planlaşdırılmış uşaqlıq .....                 

ALİ MƏKTƏBLƏRDƏ QIŞ SESSİYASINDA ŞIDIRĞI ALVER
Tarix: 4-02-2013, 08:48 | Çap et
ALİ MƏKTƏBLƏRDƏ QIŞ SESSİYASINDA ŞIDIRĞI ALVER
HƏR BİR UNVERSİTETİN RÜŞVƏT BAZARINDA ÖZ QİYMƏTİ, ÖZ “TASKASI” VAR

DİA.AZ: - Universitetdə oxuduğum vaxtdan imtahan deyiləndə yadıma Fransa sərkərdəsi və imperatoru Napoleon Bonapartın bir sözü düşür. Napoleonu yuxudan oyadıb düşmənin hücuma keçdiyini xəbər verəndə deyib: “Mən də elə bildim, imtahana çağırırlar...” Zaman ötüb, imtahan qorxusu isə keçib getməyib. Amma bu qorxu, deyəsən o qorxudan deyil...

Xüsusən, ali təhsil müəssəsələrində oxuyan tələbələr üçün imtahanların aşılması çətin bir maneəyə çevrilib. Bütövlükdə imtahan bəzi tələbələrdən ötrü “qara gün”, bəziləri üçünsə real biliklərin nümayiş etdirilməsi vasitəsidir. Artıq universitetlərdə qış sessiyası sona yetmək üzrədir. Bəs görəsən tələbə biliyinin qiymətləndirilməsi prosesi necə aparılır?

“Bizdə neqativ hal yoxdur”

İlk öncə Bakı Dövlət Universiteti (BDU) ilə maraqlandıq. Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova dedi ki, BDU-da imtahanlar yanvar ayının 31-də başa çatıb: “İmtahanlar tam yekunlaşandan və bütün nəticələrin hesablanması başa çatdırılandan sonra statistik məlumatlar verə biləcəyik. Hələlik prorektorluq yəqin ki, hesablamalar aparıb, amma universitet üzrə nəticələr aşkarlanmayıb”.

İmtanların keçirilmə qaydasından danışan BDU sözçüsü dedi ki, qiyabi şöbələrdə test üsulu tətbiq olunur, əyanilərdə isə imtahanlar yazılı monitorinq qaydasında keçirilir: “Monitorinq odur ki, mühazirə müəllimi 1 semestr ərzində mühazirə oxuyur, seminar müəllimi seminar keçir. Yoxlama vaxtı isə nə mühazirə, nə də seminar müəlliminin nəticələri yoxlamaq səlahiyyəti var. İmtahanın nəticələrini kafedranın başqa müəllimlər yoxlayırlar. Onlar isə hansı tələbənin işini yoxladıqlarını bilmirlər. İşlər şifrələnir, müvafiq komissiya tərəfindən yoxlanılır və bir gün sonra nəticələr fakültələrdə elan olunur”.

“Bəs tələbənin vərəqdə müəllimə özünü tanıdan işarələr qoyması halları olurmu?” Suala BDU təmsilçisinin cavabı belə oldu: “Görün, universitetdə nə qədər tələbə təhsil alır. Hamının işarə qoyması ağlabatan deyil. Elə bir işarə olsa belə, kodlaşdırma komissiya həmin işi yoxlamamış ləğv edir”.

“Artıq imtahanlar sona yetib, nəticələri necə hesab etmək olar” sualına cavabda Pərvanə İbrahimova dedi ki, nəticələr hər halda qənaətbəxş hesab edilə bilər: “Universitetdə imtahanların aparılma qaydasında obyektivlik və şəffaflıq əhəmiyyətli vasitə hesab olunduğundan tələbələr bilirlər ki, yalnız oxumaq yolu ilə nəsə əldə edə bilərlər. İnkar etmirəm, əvvəllər köçürtmə və başqa neqativ hallar olurdu. Amma hazırda bütün otaqlar kamera sistemi ilə təhciz olunur. İmtahanlar mərkəzdən də izlənilir. Otağın böyüklüyündən aslı olaraq nəzarətçilər də təyin edilir. Tədris elektron mərkəzi hər bir şeyi diqqətlə izləyir və tələbələr neqativ hallara yol verərlərsə imtahandan kənarlaşdırılırlar”.

Bəs tələbə imtahan zamanı ona aid edilən neqativ halla razılaşmazsa, hansı tədbir görülür, araşdırma aparılırmı? Pərvanə İbrahimovanın sözlərinə görə, tələbə video-yazı ilə razılaşmayanda sübutlar dəqiqləşdirilir və tələbəyə təqdim olunur: “Belə neqativ hallara 1-ci və 2-ci kurslarda daha çox rast gəlinir. O da təcrübəsizlikdən yaranır. Sizi

inandırım ki, universitetimizdə imtahan prosesində köçürtmə və bu kimi neqativ hallar yox dərəcəsindədir”.

BDU təmsilçisindən: “Apardığımız araşdırma zamanı tələbələr bəzən kamera olmayan otaqlarda imtahan verdiklərini dedilər. Buna münasibətiniz necədir?” deyə soruşduq. Pərvanə İbrahimova bildirdi ki, kamerasız otaqlarda imtahan götürülməsi həmin gün imtahanların hədsiz çox olmasından irəli gəlir: “Amma həmin otaqlarda nəzarətçilərin sayı artırılır”.

Həmsöhbətimiz BDU-da imtahanın nəticələrinin baloniya sistemi ilə qiymətləndirildiyini söylədi: “Tələbə 50 bal semestr ərzində, daha sonrakı balları isə imtahan zamanı əldə edir. İmtahandan bir gün sonra isə cavablar elan edilir”.

“Humanitar sahədə testin ləğvinə tərəfdaram”

İmtahanlarla bağlı tələbələrin də fikirlərini öyrəndik.

BDU-nun jurnalistika fakültəsinin 4-cü qiyabi kurs tələbəsi Zərifə Feyzullayeva dedi ki, universitetdə imtahanlar son iki ildir test üsulu ilə aparılır: “İlk üç ildə jurnalistika fakültəsinin tələbələri olaraq bizə yazılı imtahan vermək daha rahat olurdu. Şəxsən mən humanitar fakültələrin test üsulu ilə imtahan verməsinə qarşıyam, bu üsulu düzgün hesab etmirəm. Düzdür, bu semestrdə çətinliyim çox olmadı, bəzi kitabları tapmaq çətin idi, onu da həll edə bildim”.

Ədalət Şahbazov Təfəkkür Universitetinin jurnalistika fakültəsində təhsil alıb, bu il isə İstanbul Universitetinin magistr pilləsində təhsilini davam etdirir: “Türkiyədəki imtahanlar və təhsil sistemi haqqında danışacam. İstər dərsə davamiyyət, istər balların yazılması, istərsə də imtahan zamanı qeyri-leqal yollardan istifadənin əngəllənməsi təhsilin keyfiyyətinin yüksəkliyindən xəbər verir. İstanbul Universitetində təhsil sistemi belədir: Bir ildə 2 dönəm olur, hər dönəmdə dərsə davam edə-edə öncə viza ımtahanları verilir. Bu imtahanlardan sonra isə final imtahanları olur. Viza ımtahanları final ımtahanlarına “100-ün 40-a” nisbətində təsir etdiyi üçün ona yaxşı hazırlaşmaq lazımdır. Yaxşı bal toplamasan bütlərə qalırsan. Büt nədir? Tələbənin öz topladığı baldan razı olmayıb yüksək bal yığmaq üçün həmin fənnin imtahanına təkrar girmək və ya imtahanda kafi bal toplayan tələbənin bütlərə girərək kəsildiyi fəndən keçmək şansıdır. Bu, çox gözəl şansdır. Qış sessiyası burda da var. Mən artıq imtahanları vermişəm. Bir problemlə qarşılaşmadım. İmtahanlar şifahi və yazılı keçirilir. Mövzu verilir, yazırsan, sonra isə stul (təqdimat) olur. İmtahanlarda pul, tapşırıq-filan kimi məsələlər qeyri-mümkündür. Bəlkə də var, amma mən nə eşitmişəm, nə də şahidi olmuşam”.

Azərbaycan Dillər Universiteti, 1 nömrəli ingilis dili fakültəsinin 2-ci kurs tələbəsi Eynulla Feyzullazadə qış sessiyasının istər gedişindən, istərsə də nəticələrindən razıdır: “Otaqlarımızda kamera sistemi olmasa da, nəzarət yüksək səviyyədə idi. Əslində imtahanlar gərəklidir, çünki bir semester ərzində əldə etdiyimiz bilikləri yoxlamaq imkanı əldə edirik. 3 smester imtahan verməyimə baxmayaraq heç bir problemlə qarşılaşmamışam. Bu vaxta qədər qarşılaşdığım bütün müəllimlər tələlbələrin savadını düzgün qiymətləndirməyi bacarıblar. Çəkdiyimiz zəhmətə uyğun bal qazanırıq. Giriş ballarım məni qane edirdi. İmtahanların hamısına 49 və 50 balla girmişəm. Buna uyğun nəticələrim yaxşı olub. Bu semestr 6 imtahan verdik. Hamısı yazılı oldu, heç bir neqativ halla qarşılaşmadım”.

“İmtahanlara 170 man xərcim çıxdı”

İqtisadiyyat Universiteti, ümumi iqtisadiyyat fakültəsinin 4-cü (əyani) kurs tələbəsi İlqar Şakiroğlunun sözlərinə görə, rüşvət müəllimdən müəllimə fərqli olur, fakültədən fakültəyə yox: “Amma bəzi fakültələrdə hər şeyi dekanatlar həll edir. Bizdə baloniya sistemidir deyə müəllim müdaxilə edə bilmir, imtahanlar kompüterlə keçirilir. İmtahana giriş üçün balı isə pulla alırıq. Çox vaxt 40 balı 50 manata verirlər. İmtahana girmək üçün kollokumlara, referatlara müəllim bal yazır, nə yolla yazır, aydın məsələdir. Dekanımız Kamil Qafarov açıq hərəkət etməkdən çəkinir. Bu semestr bir müəllim var idi, məcburən hamımıza kitabını 20 manata satdı, 40 manat da bal yazmağa görə aldı. Bu semestr ümumilikdə 170 manat xərcim çıxdı. Şükür, az xərclədim...”

Təfəkkür Universitetinin adının gizli qalmasını istəyən tələbəsi də qış sessiyasının olaylarından söz açdı: “Hər imtahana 60 manat verib keçdik. Hər sessiyada rektorun qabağına siyahi qoyulur və siyahıda adı olanlar 100 faiz imtahandan keçmiş sayılır. Bizim universitetimizdə xeyli qanun pozuntusu var. Rüşvət, dekanların özbaşınalığı və sair... Pulu dekana versən, özü çox rahatlıqla hər şeyi həll edir. Bu semestr 250 manat xərcim çıxdı. Qayiblərmi də sildirdim, imtahnlarmı da həll etdirdim. Elə uşaq var 600 manat verəsi oldu. Özləri bilə-bilə kəsirlər ki, tələbələr kreditə düşsünlər”.

Səslənən tənqidlər, göstərilən nöqsanlarla bağlı əks-tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Əfruzə Ağayeva – DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru