AZƏRBAYCANIN HAKERLƏRİNDƏN AĞIR İTTİHAMLAR
Tarix: 16-01-2013, 14:21 | Çap et
 DİA.AZ: - Redaksiyamıza В«Anonymous Legion /Azerbaijan/В» Beynəlxalq Haker Qrupunun adından son günlər bir sıra müxalifət qəzetlərinin və portallarının veb-saytlarına hücumlarla bağlı bəyanatı daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan bəyanatın müəllifləri В«AzadlıqВ» və В«Yeni MüsavatВ» qəzetlərinə qarşı ittihamlar irəli sürüblər. Və biz bu sarıdan onların da mövqelərini işıqlandırmağa hazır olduğumuzu bəri başdan bildiririk. Eyni zamanda bəyanatın mətnini olduğu kimi diqqətinizə təqdim edirik:
В«Müxalif saytlara hücumla bağlı ittihamlara dair bəyanat
Ölkənin bir sıra müxalif yönlü KİV-də bir sıra qəzetlərin, o cümlədən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin saytlarına haker hücumu ilə bağlı məlumatlar yayılıb.
Bu “xəbər” anlaşılmazdır və daha çox həmin KİV-lərin “sarı” mətbuata yaxın olmalarını göstərir.
Mənbələrin təhlili baxımından bacarıqsızlıq, ölçülüb-biçilmiş rəyin olmaması, peşıkarlıqdan uzaq olma, “haker” adlandırılan bizləri qəzəbləndirir.
“Haker” mövzusu bu məsələdə çox rahatdır. Çünki hər-hansı bir texniki problem yaşananda hər şeyi haker hücumunun üzərinə atmaq olar. Bilirlər ki, heç kim bunu yoxlamayacaq.
Belə ki, xəbərdə deyilir ki, yanvarın 11-i gecə, bir sıra müxalif yönlü resurslar (“Müsavat”, “Azadlıq”, “Qafqazinfo”) haker hücumuna məruz qalıb və nəticədə serverin işi dayandırılıb.
Müstəqil araşdırma göstərdi ki, adıçəkilən hər üç informasiya resursu müxtəlif serverlərdə yerləşir və xəbərdən məlum olmur ki, bu serverlərdən hansının işi dayandırılıb.
Əlbəttə ki, sensasiya ardınca qaçarkən və ən sadə texniki naşılığı gizlətmək üçün məhz “haker hücumu” kimi səbəb və bundan daha da artığını gətirmək olardı.
Daha sonra “haker hücumunun həyata” keçirildiyi ölkələri sayarkən yalnız Rusiya və Ukraynanın adı çəkilib, digər ölkələri isə ümumiyyətlə yaddan çıxarıblar.
Və nəhayət, “hücumun” növü barədə məlumat həmin xəbəri yazan resursun texniki səviyyəsini böyük şübhə altına alır. Hansısa səbəbdən guya ki, “baş verən haker hücumu” DDOS hücum kimi qiymətləndirilib və bununla bərabər hücum edənlərin sayını 70 kimi göstəriblər.
Cənab redaktorlar, növbəti dəfə bu rəqəmi bir az böyük göstərin və hücumlar edilən ölkələrin siyahısını bir az düzəldin. Bəlkə o zaman sizin “haker hücumları” barədə xəbərləriniz bir az doğruya oxşayar.
Belədə isə sizin dediyiniz rəqəm istənilən populyar saytın heç maksimum yüklənmə sayı deyil.
Yuxarıda deyilənləri nəzərə alaraq: xəbərlərdə göstərilən texniki problemlər daha çox resursların texniki işçilərinin qeyri-peşəkarlığına daha çox oxşayır və belə görünür ki, başı bəlalı redaktorlar bundan aşağı səviyyəli xəbər hazırlamağa çalışıblar.
Xüsusi olaraq onlar üçün qeyd etmək istəyirik ki, DDOS hücum həddindən artıq çox sayda hücum edənlərin iştirakı ilə və geniş coğrafiyaya malik olur. Azərbaycan praktikasında saytların həqiqi DDOS hücumu dəf etmələri faktları olub. Bu hücumlar zamanı 70 yox, 20 min resursun iştirakı qeyd olunub.
Bundan başqa xatırlatmaq lazımdır ki, orta-statistik internet səhifə bir saniyədə bir neçə yüz oxucu yükünü daşımağa qadirdir və bu da son hədd deyil.
Bəzi texniki şərtlər daxilində bu rəqəm min və daha da çox arta bilər. 70 kompyuterin “nüfuzlu KİV” kimi özünü göstərən resursun saytının fəaliyyətini dayandaırmağa müvəffəq olduğu barədə gülməli məlumat isə yalnız texniki işçilərin qeyri-peşəkarlığının nümayişidir.
Səmimi olaraq təəssüf bildirmək lazım gəlir ki, “işbaz” redaktorlar texniki işçilərinin səviyyəsinin qaldırmaları əvəzinə öz qeyri-peşəkarlıqlarını məzhəkəyə çevirməyi üstün tutdularВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25 |
|
|
|
|